|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
Əmanətlərin qaytarılmasına indiyədək 147 milyon manat xərclənib
|
İyulun 30-na olan məlumata görə, “Kapital Bank”ın xidmət məntəqələrinə 449 min 69 müraciət daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Elmar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu müraciətlərdən 393 min 16-sı məntəqələrdən mərkəzə təqdim edilib. Bu dövr ərzində 263 min 215 əmanətçiyə ümumilikdə 147 131 879,60 manatlıq vəsait ödənilib: “Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin verilməsi 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında olmaqla “Kapital Bank” tərəfindən ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində həyata keçirilir”.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
Partiya sədrinin müavini: “…belə müxalifətin ittihamları da əsassız olur”
|
“Faktiki olaraq Azərbaycan siyasi müstəvisində qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevə ciddi nativ ola biləcək siyasətçi yoxdur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.
Onun fikrincə, bu, artıq Azərbaycan siyasi səhnəsinin reallığıdır: “Ona görə də iqtidar son dərəcə maraqlıdır ki, qarşıdan gələn seçkilər azad və ədalətli keçsin. Bu, elə belə də olacaq”.
Onun sözlərinə görə, İlham Əliyev həm Azərbaycan daxili siyasi mühitində, həm də beynəlxalq arenada özünü güclü siyasi lider kimi artıq təsdiq edib.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
Ermənistanda əsir düşən azərbaycanlı əsgər ilə görüş olub
|
Ermənistandakı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BQXK-nin Azərbaycan nümayəndəliyindən veriblər.
İyulun 31-də təşkilatın nümayəndələri azərbaycanlı əsirə baş çəkiblər. Ona ailəsindən 1 qızıl xaç məktubu çatdırılıb, ondan isə 2 qızıl xaç məktubu alınıb.
Qeyd edək ki, iyulun 26-da Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Ermənistan silahlı bölmələrinə əsir düşüb.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|