Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Elmar Məmmədyarov Səudiyyə Ərəbistanında İslam Zirvə Toplantısının fövqəladə sessiyasında iştirak edir
    Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının dördüncü fövqəladə sessiyasında iştirak edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zirvə toplantısı zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət müzakirə edilir. Sessiyanın sonunda Yekun Bəyannamənin və eyni zamanda Fələstin, Myanmar, Suriya və Mali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulub.
    16.08.12 Məqaləni oxumaq
     
    Azərbaycanda magistraturaya boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb
    Bu gündən etibarən Azərbaycanın ali təhsil müəssisələrinin magistratura mərhələsinə boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatına başlanılır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Qəbul olunanlar avqustun 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. Xatırladaq ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
    15.08.12 Məqaləni oxumaq
     
    Misirdə 14 yaraqlı ölümə məhkum edilib
    Misir məhkəməsi 14 radikal islamçını ölümə məhkum edib. Onlar ötən ilin yayında Sinay yarımadasında 7 nəfərin qətlində ittiham olunurdular. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, yaraqlılar həmin vaxt bank və polis bölməsinə hücum edərək 7 nəfəri qətlə yetiriblər. Ölənlərin əksəriyyəti polislər olub. Yaraqlıların hökmdən 10 gün əvvəl Qəzzə bölməsindən Misir və İsrail sərhədindəki nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində isə 16 sərhədçi ölüb.
    15.08.12 Məqaləni oxumaq
     
    Suriyanın milli barışıq naziri: “Qaçqınların taleyi Suriyanın öz işidir”
    Hərbi münaqişə nəticəsində evlərini tərk edən qaçqınların taleyi BMT-nin və başqa beynəlxalq təşkilatların deyil, Suriyanın öz işidir. Bunu Suriyanın milli barışıq naziri Əli Heydər deyib. “KƏLAMİNFO” xəbər verir ki, açıqlamanı rəsmi “SANA” agentliyi yayıb. BMT-nin humanitar əməliyyatlar üzrə rəhbəri Velerie Amos dünən Suriyanın hakimiyyət nümayəndələri ilə ölkədəki humanitar vəziyyəti müzakirə edib.
    15.08.12 Məqaləni oxumaq
     
    Azərbaycanda bu gündən etibarən rezidenturaya ərizə qəbulu başlayır
    Bu gündən etibarən Azərbaycanda rezidenturaya ərizə qəbulu başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizə qəbulu avqustun 24-dək davam edəcək və internet vasitəsilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən və “TQDK-nın virtual ödəmə kartın”dan istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olmalı və oradakı “Namizədin elektron ərizəsi” formasını doldurulmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya 7725 SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirilməlidir. Azərbaycanda baza ali tibb təhsili olan şəxslər rezidenturaya qəbul olunmaq hüququna malikdirlər. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək olan müddətdə öz elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edib götürülməlidir.
    15.08.12 Məqaləni oxumaq
     
    DAK-da yeni təyinatlar olub
    Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncamlar imzalayıblar. Sərəncamlara əsasən, DAK-ın tərkibində Qarabağ Departamenti yaradılıb və Namiq Rəhimli DAK-ın Qarabağ Departamentinin rəhbəri təyin edilib. Məlumatı “KƏLAMİNFO”ya DAK-ın mətbuat xidmətindən veriblər. Bundan başqa, digər sərəncamla Rüstəm Şəbiyev DAK Gənclər Təşkilatının yeni sədri təyin olunub.
    15.08.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerjan Kazikanovla görüşüb
    Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmək məqsədilə bu ölkənin Məkkə şəhərinə səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerjan Kazikanov ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib. Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də ölkəmizin Qoşulmama hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə məlumat verib. Yerjan Kazikanov Azərbaycanın BMT TŞ-də müvəffəqiyyətli fəaliyyəti ilə əlaqədar Elmar Məmmədyarovu təbrik edib. Nazirlər görüşdə həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşünün gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisini qəbul edib
    Ombudsman Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə diplomatik missiyasını başa vuran Bakı təmsilçisi Zeki Qazioğlunu onun xahişi ilə qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Ombudsman Azərbaycanın dünya dövlətləri, o cümlədən türk dünyasının bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq və tərəfdaşlıq əlaqələri qurduğunu söyləyib. Müvəkkil insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülən işlər barədə ətraflı məlumat verib. E.Süleymanova Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilən bir milyon azərbaycanlının hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu vurğulayıb. Qeyd olunub ki, xalqların, bütün tərəqqipərvər bəşəriyyətin, sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırkı dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir. Ombudsman insan hüquqları sahəsində, digər prioritet məsələlər əsasında, şəbəkə şəklində əməkdaşlığa üstünlük verdiyini söyləyib, tərəfdaşlığın daha da artırılmasını vacib sayıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Prezident Koreya səfirini qəbul edib
    Prezident İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahəni əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirib. Koreyaya son səfərini xatırlayan prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu deyib və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyətinə toxunan dövlət başçısı ölkəmizdə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğuladı və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Konrad Adenauer Fondunun proqram rəhbərini qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə Proqram rəhbəri xanım Canan Atılqanı qəbul edib. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Konrad Adenauer Fondu ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu, eləcə də birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Avq.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031