|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
Müəllimlərin işə qəbulu üzrə keçirilən ingilis dili imtahanının nəticələri məlum olub
|
Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilən ingilis dili imtahanının nəticələri məlum olub. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahanın nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib.
Qeyd edilib ki, bu gündən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb.
Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə mübarizə aparacaq.
|
13.08.12 Məqaləni oxumaq
|
|
|
İranda iki günlük matəm elan olunub
|
İranda avqustun 13-ü və 14-ü iki günlük matəm elan olunub. Şənbə günü Təbriz şəhəri ətrafında baş verən zəlzələdə 227 adam həlak olub, 1380 adam yaralanıb. Bu haqda İran Daxili İşlər Nazirliyindən məlumat verilib. Artıq əməliyyat axtarış tədbirləri başa çatdırılıb. 600-dən çox kənd ziyan çəkib. İranın Qırmızı Aypara Cəmiyyəti 16 min adam üçün 6 minə yaxın çadır qurub.
“KƏLAMİNFO” “Franc-Press”ə istinadən xəbər verir ki, Tehran başqa ölkələrin yardımından imtina edib. Avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 bal, 11 dəqiqə sonra isə 6,3 bal gücündə zəlzələ olmuşdu. İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb. İran zəlzələ bölgəsi olduğundan burda tez-tez dağıntılar olur. 2003-cü ildə Bam şəhərində baş verən zəlzələ nəticəsində 25 mindən çox adam ölmüşdü.
|
13.08.12 Məqaləni oxumaq
|
|
|
Məlahət İbrahimqızı: “7 yaşa qədər qız uşaqlarının sayında kəskin azalma var”
|
“Son bir neçə ildə Azərbaycanda 7 yaşa qədər oğlan uşaqlarının sayında artım, qızlarda isə kəskin azalma var”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
O qeyd edib ki, uşaqlara qarşı təcavüzün ən erkən və ən ağır forması kimi ana bətnində qız uşaqlarının abort etdirilməsi faktı çoxalıb: “Azərbaycanda ulturasəs müayinəsi ancaq cinsin müəyyən olunması üçün istifadə olunur. Bu da əsasən ondan ibarətdir ki, ana bətnində uşağın cinsi qız olaraq müəyyən olunursa, əksər hallarda uşaq ana bətnində ləğv edilir. Ona görə də getdikcə qızların sayında ciddi azalma var”. Deputat deyir ki, xeyli vaxtdır bunun qanunvericiliklə tənzimlənməsi aktual olsa da, məsələ hələ də açıq qalır: “Hesab edirəm ki, bu məsələyə vaxtında münasibət bildirmək lazımdır, ən azı qanunla bu məsələ qadağan olunmalıdır”.
|
13.08.12 Məqaləni oxumaq
|
|
|
TÜRKPA CICA-ya üzv qəbul olunub
|
TÜRKPA-nın dünyanın nüfuzlu təşkilatlarından biri olan CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunması ilə bağlı müraciətinə baxılıb və 24 üzv ölkənin təmsil olunduğu təşkilatda TÜRKPA-nın müraciəti müsbət qəbul edilib. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər.
CICA-nın yaradılması haqqında ilk təşəbbüs 5 oktyabr 1992-ci il tarixində, BMT Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təşəbbüsün arxasında duran əsas məqsəd Asiyada sülhün və təhlükəsizliyin təmini üçün effektiv və məqbul bir strukturun yaradılması istəyi olub. CICA-nın təsis edilməsi haqqında iki əsas sənəddən biri olan CICA Üzv Dövlətləri Arasında Münasibətlərin Əsas Prinsipləri haqqında Bəyannamə 14 oktyabr 1999-cu il tarixində Almatıda keçirilən Xarici İşlər Nazirlərinin İlk Görüşündə qəbul edilib.
|
13.08.12 Məqaləni oxumaq
|
|
|
Lukaşenko: “Oyuncaq işinə adekvat cavab tapacağıq”
|
Belarus prezidenti Aleksandr Lukaşenko İsveçlə yaşanan diplomatik böhranın Minsk səmalarında uçan təyyarədən atılan oyuncaq ayılarla bağlı olmadığını deyib. “KƏLAMİNFO” Belarusun rəsmi xəbər agentliyi “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko jurnalistlərlə söhbətində: “Bəziləri bu problemi oyuncaq ayıyla və ya fillə əlaqələndirir. Amma bunlar tamamilə ayrı-ayrı məsələlərdir” deyib. Belarus prezidenti iddia edib ki, Stokholm və Minsk arasında səfirlərin dəyişdirilməsinə dair razılaşma olsa da, sonradan İsveç tərəfi bu razılaşmanı pozub və nəticədə diplomatik konflikt yaranıb. “Oyuncaq ayı” məsələsinə gəlincə, Lukaşenko bunun yalnız İsveçin deyil, Litvanın da rol oynadığı ayrı mövzu olduğunu deyib: “Bu mövzu da İsveç və Litvadan beynəlxalq standartlar çərçivəsində izahat tələb edir. Hazırda biz bununla məşğuluq. Onların cavabları beynəlxalq normalara uyğun olmasa, biz bu oyuncaq işinə adekvat cavab tapacağıq”.
|
11.08.12 Məqaləni oxumaq
|
|
|
Orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı açıqlanıb
|
Azərbaycanda 2012/2013-cü tədris ili üçün tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə plan yerlərinin sayı açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
TQDK sədri deyib ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsinə 8727 plan yeri ayrılıb.
|
11.08.12 Məqaləni oxumaq
|
|
|
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
|
Avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcəklər. Tədbir çərçivəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir.
Avqustun 13-14-də İqtisadiyyat Nazirlərinin 2-ci görüşünə hazırlıq məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının 2-ci iclası keçiriləcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq üzrə 4 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarının 2-ci iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılacaq.
|
11.08.12 Məqaləni oxumaq
|
|
|
Ukrayna müxalifəti MSK-nı məhkəməyə verir
|
Birləşmiş Ukrayna müxalifəti məhkəmə yolu ilə Mərkəzi Seçki Komissiyasında keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş nazir Yuri Lutsenkonun deputatlığa namizədliyinin qeydə alınmasına nail olmaq istəyir. “Dəyişiklik cəbhəsi”nin lideri Arseni Yasenyukun sözlərinə görə, ölkə Konstitusiyası və beynəlxalq qanunlara görə, onların ikisi də parlament uğrunda mübarizə apara bilərlər. Onun sözlərinə görə, Avropa insan haqları məhkəməsi seçkiyə 3 ay qalmış Ukrayna məhkəməsinin Timoşenko barəsində çıxardığı siyasi motivli qərarı ləğv edə bilər.
|
10.08.12 Məqaləni oxumaq
|
|
|
Qəbələ Peşə Tədrisi Mərkəzində 136 məzuna diplom verilib
|
Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib. “KƏLAMİNFO” Mədəniyyət və Turizm Nazirliyinin elektron xəbər xidmətinə istinadən bildirir ki, tədbirdə Peşə Tədrisi Mərkəzinin üçillik fəaliyyətindən, ötən müddətdə əldə etdiyi nailiyyətlərdən, məzunların iş yerlərində qazandığı uğurlardan danışılıb. Bildirilib ki, müəssisənin əsas məqsədi turizm sektoru üçün peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədə nail olmaq üçün təhsil ocağı turizm obyektləri ilə sistemli şəkildə iş aparır, xarici dövlətlərin təcrübələri ilə yaxından maraqlanır. Çıxış edənlər Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin ölkəmizdə turizm sektorunun inkişafına layiqli töhfə verdiyini və təhsil ocağını bitirən məzunların turizm rayonlarındakı hotellərdə və istirahət mərkəzlərində işlə təmin olunduqlarını bildiriblər.
Təhsil mərkəzinin barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı, mehmanxana inzibatçısı, mühasib, fərdi kompyuter operatoru ixtisaslarına yiyələnən 136 məzununa diplomlar təqdim edilib.
|
10.08.12 Məqaləni oxumaq
|
|
|
Bu il Prezident təqaüdünü hər qrup üzrə maksimal bal toplayan 25 nəfər alacaq
|
Azərbaycanda bu il Prezident təqaüdünü hər qrup üzrə maksimal bal toplayan 25 nəfər alacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qruplarda ballar fərqli olduğundan, ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın.
M.Abbaszadə qeyd edib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında və yaxud "Abituriyent" jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.
|
10.08.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|