Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2012
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Elmar Məmmədyarov Qazaxıstana dəvət olunub
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib.
    O qeyd edib  ki, E.Məmmədyarov Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclasında iştirak üçün dəvət alıb: “Sentyabrın 12-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclası keçiriləcək və Azərbaycan tərəfinin iclasda iştirakı ilə bağlı nazir Elmar Məmmədyarovun adına dəvət gəlib”.
    29.08.12 Məqaləni oxumaq
     
    Qazaxıstanın xarici işlər naziri ilin sonuna qədər Azərbaycana səfər edəcək
    Qazaxıstanın xarici işlər naziri Yercan Kazıxanov ilin sonuna qədər Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib.
    O qeyd edib ki, hazırda səfərin vaxtı və proqramı üzərində iş gedir. Səfir eyni zamanda bildirib ki, noyabrın 19-20-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.
    29.08.12 Məqaləni oxumaq
     
    Miqrasiya orqanlarında çalışmaq istəyən namizədlərin imtahanının vaxtı açıqlanıb
    Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar 2 iyul 2012-ci il tarixdən 3 avqust 2012-ci il tarixədək elan olunan sənəd qəbulu başa çatıb. Dövlət Miqrasiya Xidmətindən “Azadinform”a verilən məlumata görə, müsabiqənin test mərhələsi bu il sentyabrın 2-i Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında – Bakı Qızlar Universitetinin inzibati binasında saat 11:00-da keçiriləcək. Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi ”ni 30 avqust 2012-ci il tarixədək (30 avqust daxil olmaqla) saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202 ünvanından - Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.
    29.08.12 Məqaləni oxumaq
     
    “A” və “Yad dildə”dən sonra kimdir?
    Azərbaycanda Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə start verilir. Artıq 3-cü dəfədir keçirilən ədəbiyyat müsabiqəsinin məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına yönəltmək, müasir ədəbiyyatımızın və oxu mədəniyyətimizin sosial dəyərini daha da artırmaq, eləcə də istedadlı yazıçıların əsərlərini təbliğ etməklə ədəbiyyatımızı zənginləşdirilməkdir. MKM-in təsisçisi və “Əli və Nino” Nəşriyyat evinin rəhbəri Nigar Köçərli bizə açıqlamasında müasir ədəbiyyatımızın inkişafı problemlərini aktuallaşdıran MKM layihəsinin ilin əsas mədəni hadisələrindən biri olduğunu deyir: “Bu mükafat ədəbiyyata xidmət üçün təsis olunub və bu məqsəd həmişə öz qüvvəsində qalacaq. Yenə də əsas niyyətimiz ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın ictimai önəmini artırmaq və ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir”. O, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyat üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlarını bildirdi: “Bu 3 il müddətində MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”. 
    29.08.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Belarusda rəsmi səfərdədir
    Prezident İlham Əliyev bu gün Belarusa rəsmi səfərə gəlib. “Azadinform” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyevi Belarus prezidenti Aleksandr Lukaşenko qarşılayıb. Belarus dövlətinin başçısı Azərbaycan prezidentini salamlayıb. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının qısa söhbəti olub.
    29.08.12 Məqaləni oxumaq
     
    Abdulla Gül xəstəxanada müalicə olunur
    Qulağındakı ağrı səbəbilə Qırğızıstan səfərini yarıda kəsən prezident Abdulla Gül Ankaradakı Hacəttəpə Xəstəxanasında müalicə olunur. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, prezident Hacəttəpə Universitetinin Tibb Fakültəsinin qulaq-burun-boğaz şöbəsində müayinə olunub. Müayinənin nəticələrini dəyərləndirən həkimlər Abdulla Gülün qulağında əməliyyat aparılmamasına qərar veriblər. 
    Gecəni xəstəxanada qalan prezidentin müalicəsinə başlanıb.
    25.08.12 Məqaləni oxumaq
     
    “Daily Times” qəzetində “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib
    Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanda böyük oxucu kütləsinə malik olan nüfuzlu ingilis dilli “Daily Times” qəzetində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər.

    Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi qeyd olunub.
    25.08.12 Məqaləni oxumaq
     
    Qarabağ Muzeyi yaradılacaqmı?
    “İşğal altında olan muzeylərin əksəriyyəti ikinci həyatlarını yaşayırlar, çətinliklə də olsa fəaliyyətlərini davam etdirirlər. Ərazilər qaytarılandan sonra yenə əvvəlki kimi işləyəcəklər”. Bunu “KƏLAMİNFO” açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov bildirib. O, nazirliyikdə işğal altında olan muzeylərin gələcək taleyinə nikbin yanaşıldığını əlavə edib:

    “Bakı və Sumqayıt şəhərlərində pərakəndə fəaliyyət göstərən muzeylərin birləşdirilməsini məqsədəuyğun saymırıq. Onların şərait məsələsinə gəlincə, hazırkı vəziyyəti yaxşılaşdırmaq imkanımız yoxdur. Ona görə də onları bir yerə yığaraq Qarabağ Muzeyi yaratmağa tələsmirik. Qarabağ Muzeyi yalnız Qarabağda yaradılmalıdır”. Onun sözlərinə görə, bu təşəbbüs yeni deyil, hələ 1990-cı illərdə irəli sürülüb, lakin ideya gerçəkləşdirilməyib. 
    25.08.12 Məqaləni oxumaq
     
    Suriya BMT-nin yeni təyin olunmuş xüsusi səfiri ilə işləməyə hazırdır
    Suriya hökuməti bəyan edib ki, BMT-nin ölkəyə yeni təyin olunmuş xüsusi səfiri Lahdar İbrahimi ilə işləməyə hazırdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Suriyanın xarici işlər nazirinin müavini deyib ki, döyüşlərin davam etməsinə baxmayaraq, Dəməşq ümid edir ki, İbrahimi konfliktə son qoyulması üçün “milli dialoqa” yol aça biləcək. 
    Dünən Suriya qüvvələri Dəməşqətrafı və Hələb şəhərini güllələyiblər. Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupu deyir ki, avqustun 23-də ölkədə 100 insan öldürülüb.
    25.08.12 Məqaləni oxumaq
     
    Belarusda aparıcı müxalif siyasətçini seçkiyə buraxmayıblar
    Belarus Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkisində iştirak etmək üçün 362 namizədin qeydə alındığını bildirib. 110 deputatın seçiləcəyi parlament seçkisi bu il sentyabrın 23-də baş tutacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, seçki komissiyası bəyan edib ki, 124 müraciət ərizəsi rədd edilib, 7 namizəd isə seçkidən uzaqlaşdırılıb. Qeydiyyata alınmayanlar arasında aparıcı müxalif siyasətçi Aleksandr Milinkeviç də var. Seçki rəsmilərinin dediyinə görə, Milinkeviçin öz tərəfdarlarından topladığı imzaların əksəriyyəti saxtadır və namizəd öz gəlirləri və əmlakı barədə düzgün informasiya verməyib. Milinkeviç bu addımı siyasi adlandırır və bununla bağlı məhkəməyə müraciət edəcəyini deyir.
    25.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Avq.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031