Lisenziya alan poçt şöbələrinin sayı minə çatıb
|
“Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində lisenziya alan poçt şöbələrinin sayı minə çatıb. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin Hüquq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib.
Y.Əhmədovun sözlərinə görə, bəzi texniki işlər həyata keçirildikdən sonra belə şöbələrin sayı daha çox olacaq. Şöbə müdiri eyni zamanda şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb
|
Azərbaycanda bu ilin iyul ayı ərzində Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bu günə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 29 278 873 AZN, 199 791 ABŞ dolları və 593 Avro təşkil edir. Artım manat hesabında qeydə alınıb. Dollar və avro hesabında rəqəm dəyişməz qalıb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir
|
Azərbaycanda Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında razılaşdırılmış 2012/2013-cü təlim-tədris ili üzrə kurs planına əsasən, 2012/2013-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan olunub. Müsabiqədə 2012-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə təqdim olunacaq. Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 1 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.
|
02.08.12 Məqaləni oxumaq
|
|
|
|
Mahmud Əhmədinejad: “Bu, ağıldankəm siyasətçilərin ən gülünc addımlarındandır”
|
İran prezidenti Mahmud Əhmədinejad neftə tələbat artdığı bir vaxtda dünyanı enerji mənbəyindən məhrum etməyin “gülünc addım” olduğunu vurğulayıb: “Bu, ağıldankəm siyasətçilərin ən gülünc addımlarındandır. Onların neftə ehtiyacı olduğu halda neftdən təzyiq aləti qismində istifadə edirlər”. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Əhmədinejad eyni zamanda, ABŞ prezidentliyinə namizəd Mitt Romninin İsrail səfərini də şərh edib. “Allaha and olsun ki, prezident olmaq üçün İsrailə gedib, sionistlərin ayaqlarını öpməyə dəyməz. Sionistlər rüsvayçıdırlar. Onlar tarixin ən alçaq insanlarıdır. Onlara tərəf heç baxmağa da dəyməz”.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
Hələbdə minlərlə adam mühasirədə qalıb
|
Suriyanın Hələb şəhərində hökumət qoşunları ilə müxalifətçilər arasında döyüşlər davam edir. Şəhəri tərk etmək istəyən minlərlə adam mühasirədə qalıb. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin qaçqınlar üzrə idarəsindən məlumat verilib.
Şahidlər bildirir ki, Hələbdə ərzaq və qaz çatışmazlığı yaranıb. İndiyə qədər Hələb şəhərini 200 min adam tərk edib. Müxalifət bildirir ki, şəhərdə 3 minə qədər silahlı tərəfdarı var.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
Əfqanıstandakı Fransa ordusu tabeçiliyindəki bazanı təhvil verib
|
Əfqanıstandakı Fransa ordusu tabeçiliyində olan hərbi bazanı Əfqanıstan hakimiyyətinə təhvil verib. Əfqanıstandakı Fransa əsgərləri gələn ilin sonunadək bu ölkəni tərk etməlidirlər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Surobi bazasının verilməsilə bağlı xüsusi mərasim keçirilib. Bu baza paytaxt Kabilin 50 kilometrliyində yerləşir.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
İraqda terror hücumları ABŞ-ın kəskin tənqidi ilə qarşılanıb
|
İraqda iyul ayının 23-də həyata keçirilən terror hücumları ABŞ-ın kəskin tənqidi ilə qarşılanıb. “KƏLAMİNFO” “Lenta.ru ”ya istinadən xəbər verir ki, son iki il ərzində yol verilən ən qəddar zorakılıq səbəbi ilə 115 adam həlak olub, onlarla insan yaralanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Niland deyib ki, “biz hücumları qətiyyətlə pisləyirik. Günahsız insanların hədəf alınması qorxaqlıqdır, xüsusilə də müqəddəs Ramazan ayında. Mən bunu qeyri-adi hal adlandırmaq istərdim. Lakin təəssüflər olsun ki, müqəddəs ayda terrorçuların hücumları qeyri-adi hal deyil”.
Viktoriya Niland son illər İraqda təhlükəsizlik vəziyyətinin düzəldiyini deyib. O bildirib ki, Amerikanın İraqın təhlükəsizlik qüvvələrinə dəstəyi davam etdiriləcək.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
Son 2 ayda İraqda 551 adam öldürülüb
|
Son vaxtlar İraqın paytaxtı Bağdadda hücum və partlayışların artdığı müşahidə olunur. “KƏLAMİNFO” “Lenta.ru ”ya istinadən xəbər verir ki, təkcə bu ilin iyulunda İraqda törədilmiş hücumlarda 271 adam ölüb. İyunda isə ölkədə törədilmiş hücumlarda 280 adam ölüb.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda bu gündən orta ixtisas məktəblərinə ərizə qəbulu başlanır
|
Bu gündən Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər sabahdan avqustun 24-dək internet vasitəsi ilə elektron ərizələrini doldura bilərlər. Abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq edirlər. SQK-lar hər gün (şənbə və bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Abituriyentlər tələb olunan sənədləri təyin olunan SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirməklə yanaşı, hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. Cari tədris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dır. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
|
01.08.12 Məqaləni oxumaq
|
|
|
|