Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Musa Qasımlı: “Bəzi ixtisaslar üzrə təhsil haqları həqiqətən çox yüksəkdir”
    Azərbaycanda ali məktəblərin elə ixtisasları var ki, təhsil haqları həqiqətən də xeyli yüksəkdir. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Onun sözlərinə görə, elə bu səbəbdən də bəzi gənclərimiz fərdi qaydada təhsil almaq üçün xarici ölkələrə üz tuturlar: “Bu ölkələr arasında Türkiyə, Şimali Kipr üstünlük təşkil edir. Amma yaxşı olardı ki, Azərbaycanda təhsil haqları azaldılardı, tədrisin keyfiyyəti artırılardı, universitetlər yataqxana şəbəkələrini qurardılar. Xaricə gedən gənclərimiz də o ölkələrdə təhsilə xərclədikləri pulu özümüzə xərcləyərdilər”.

    Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Bülənd Arınç ölkədə təhsil haqqının ləğv edildiyini bildirib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, jurnalistlərə açıqlama verən B.Arınç deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın  qəbul edəcək qərarı ilə universitet tələbələrinin təhsil haqqından azad olunması rəsmiləşəcək. 2011-2012-ci tədris ilindən etibarən 1 milyon 524 min 380 tələbənin təhsil haqqından azad olunmasını nəzərdə tutan qərarın yaxın günlərdə rəsmən elan ediləcəyi bildirilir. 
    30.08.12 Məqaləni oxumaq
     
    BMT Baş Assambleyasının gündəliyinə işğal olunmuş ərazilərlə bağlı 2 bənd salına bilər
    Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasının gündəliyinə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 2 bənd salına bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

    O qeyd edib ki, BMT-nin Baş Assambleyasının gündəliyinə 2004-cü ildən bəri Azərbaycanın işğal olunmuş ərazilərinə dair 2 bənd hər dəfə salınır. Azərbaycan bununla bağlı qətnamə layihəsinin müzakirəyə salınmasına dair məsələni daim diqqətdə saxlayır: “Bu 2 bəndin biri konkret olaraq işğal olunmuş Azərbaycan əraziləri, digəri isə Azərbaycanın da üzv olduğu GUAM ərazisindəki həll olunmamış münaqişələr ilə bağlıdır”.
    30.08.12 Məqaləni oxumaq
     
    Səfir Elxan Poluxov CAR parlamentinin spikeri ilə görüşüb
    Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov fəaliyyət göstərdiyi ölkənin Qərbi Keyp (Western Cape) əyalətinin paytaxtı Keyp Taun (Cape Town) şəhərində rəsmi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”a CAR-dakı səfirliyimizdən veriblər.

    Səfər zamanı E.Poluxov parlamentin spikeri M.V.Sisuslu ilə tanışlıq görüşü keçirib. Qəbula görə təşəkkürünü bildirən E.Poluxov CAR parlamentində rəsmi qonaq qismində ilk Azərbaycan diplomatı olmasından qürur duyduğunu deyib. Həmsöhbətə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasi sistemə keçdiyini bildirən səfir bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib.
    Daha sonra səfir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayıb və bu münasibətlərin dövlətlərarası əlaqələrdə xüsusi rol oynadığını bildirib.
    30.08.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovun İrana səfəri başlayır
    Sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

    O qeyd edib ki, E.Məmmədyarovun səfərinin məqsədi “Qoşulmama hərəkatı”na üzv ölkələrinin xarici işlər nazirlərinin zirvə toplantısında iştirak etməkdir: “Biz “Qoşulmama hərəkatı”na artıq 1 ildir ki, üzvük və bu, Azərbaycan üçün vacib təşkilatdır. Bu hərəkat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı təcavüzkar dövlət kimi tanıyır”.
    E.Abdullayev deyib ki, nazirin Tehrana səfəri zamanı ikitərəfli görüşlər nəzərdə tutulub və hazırda bu görüşlərə hazırlıq gedir: “Görüşlərin mahiyyəti barədə yaxın günlərdə açıqlama veriləcək”.
    O qeyd edib ki, səfər avqustun 31-i başa çatacaq.
    30.08.12 Məqaləni oxumaq
     
    ABŞ-da dövlət çevrilişinə cəhd olub
    ABŞ-da prezident Barak Obamaya qarşı sui-qəsd və dövlət çevrilişi hazırlayan 4 hərbçi tutulub.

    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onlar hərbi bazanın silah anbarını ələ keçirməyi, Virciniya ştatının daxili təhlükəsizlik idarəsinin binasını və ştatın su ilə təminatı sistemini partlatmaq niyyətində olublar. Bundan sonra isə onlar Obamaya qarşı sui-qəsd və ABŞ-da dövlət çevrilişi həyata keçirməyi planlaşdırıblar.
    30.08.12 Məqaləni oxumaq
     
    Yaponiya və Şimali Koreya son dörd ildə ilk dəfə bir araya gəliblər
    Bu gün Yaponiya və Şimali Koreya hökumət rəsmiləri son dörd ildə ilk dəfə birbaşa danışıqlar aparmaq üçün bir araya gəliblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Pekində təşkil olunan danışıqlarda İkinci Dünya müharibəsi zamanı Koreya yarımadasının şimalında ölən Yaponiya vətəndaşlarının qalıqlarının qaytarılması müzakirə olunacaq. Yaponiya həmçinin 1970-ci və 1980-ci illərdə öz vətəndaşlarının Şimali Koreya hökuməti tərəfindən oğurlanması məsələsini qaldıra bilər.
    29.08.12 Məqaləni oxumaq
     
    ABŞ-da qasırğa həyəcanı
    ABŞ prezidenti Barak Obama Meksika körfəzi sahilindəki ştatlarda yaşayan vətəndaşlara qasırğa ilə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obama bildirib ki, hazırda yaxınlaşmaqda olan İsaak tropik qasırğası çox böyük daşqınlara səbəb ola bilər. Bu səbəbdən yerli rəsmiləri bütün xəbərdarlıqlara və çağırışlara əməl etməyə çağırıb: “Əgər sakinlərin evakuasiyası tələb olunarsa, buna qulaq assınlar”.
    Hazırda Luiziana, Missisipi, Alabama və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib. İsaak qasırğasının 7 il əvvəl Katrina qasırğasının vurduğu Nyu-Orlean şəhərini vurması gözlənilir.
    29.08.12 Məqaləni oxumaq
     
    Fələstinin Azərbaycandakı səfiri ADU-da olub
    Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov  Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”a ADU-nun mətbuat xidmətindən veriblər. Rektor Səməd Seyidov  yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırıb. O, Universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu deyib.  S.Seyidov  Çin, Yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını qeyd edib. Rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını xatırladan rektor ADU-da bu istiqamət üzrə artıq 10 tələbənin təhsil aldığını bildirib.
    Rektor səfiri Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində yenidən ADU-ya dəvət edib. Səfir ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. O,  yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu da dilə gətirib.
    29.08.12 Məqaləni oxumaq
     
    Azərbaycanın telekommunikasiya operatorları beynəlxalq konfransa qatılacaqlar
    Azərbaycanın telekommunikasiya operatorları sentyabrın 18-19-da İstanbulda keçiriləcək “Capacity Eurasia 2012” beynəlxalq konfransı çərçivəsində telekommunikasiya sənayesinin başlıca məsələlərini nəzərdən keçirəcəklər. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan konfransda telekommunikasiya xidmətlərinin ilkin tədarükçüləri olan “Delta Telecom” və “Azertelecom” şirkətləri ilə təmsil olunacaq.
    Konfrans çərçiivəsində toxunulacaq əsas məsələlərdən biri məlumatların işlənməsi mərkəzlərinin yaradılması və səmərəli istifadəsi, yeni xidmətlərin, veb-servislərin, əlavələrin, “bulud” servislərinin modellərinin və s. tətbiqinin stimullaşdırılması olacaq.
    Həmçinin, genişzolaqlı xidmətlərin, “3G”, “WiMAX”, “4G/LTE”-nin işə salınmasında investisiya planlaşdırma məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
    Konfrans Avrasiyada qabaqcıl beynəlxalq və regional operatorları, xidmət tədarükçülərini birləşdirir. Konfransın işində yeni biznes imkanları haqqında müşavirə və diskussiya keçirəcək 300 nümayəndə heyəti və telekommunikasiya operatorlarının iştirakı gözlənilir.
    29.08.12 Məqaləni oxumaq
     
    Elman Abdullayev: Dünya birliyi beynəlxalq hüquqa zidd hərəkətlərə biganə yanaşır
    Azərbaycanın işğal olunmuş ərazilərində son günlər hərbi təlimlərin keçirilməsi Ermənistanın aqressiv siyasətinin göstəricisidir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    O, təəssüflə qeyd edib ki, dünya birliyi beynəlxalq hüquqa zidd bu hərəkətlərə biganə yanaşır: “Azərbaycanın bu barədə mövqeyini dəfələrlə ortaya qoymasına baxmayaraq, Ermənistan tərəfi hələ də təlimləri davam etdirir”.
    29.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Avq.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031