Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Türkiyə İraqın vitse-prezidentinə müvəqqəti qeydiyyat icazəsi verib
    Türkiyədə olan İraqın vitse-prezidenti Tarıq Əl-Haşimiyə müvəqqəti qeydiyyat icazəsi verilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Taşimi səhhətindəki problemlərlə əlaqədar aprelin 9-da Türkiyəyə gəlib. 90 günlük viza müddəti başa çatdıqdan sonra Haşimi qaçaq vəziyyətinə düşəcəyi üçün Türkiyənin Daxili İşlər Nazirliyi ona müvəqqəti yaşamaq üçün icazə verib.
    30.07.12 Məqaləni oxumaq
     
    Əfqanıstandakı daha bir gürcü hərbçi ölüb
    Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən daha bir gürcü hərbçi ölüb. 28 yaşlı kapral Givi Pansulaya bu ilin yanvarında Əfqanıstanda yaralanıb. O, Amerika və Almaniyadakı hospitallarda müalicə kursu keçib, sonra Gürcüstanın Qori şəhərindəki hərbi hospitalda müalicə olunub. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, buna baxmayaraq, həkimlər kapralın həyatını xilas edə bilməyiblər. Gürcüstan Müdafiə Nazirliyi hərbçinin ailəsinə və yaxınlarına başsağlığı verib, onun dəfn xərcini boynuna götürüb. Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda 20-dək gürcü hərbçi həlak olub.
    30.07.12 Məqaləni oxumaq
     
    Şimali Koreyada leysan və fırtına fəlakətə çevrilib
    Şimali Koreyada keçən həftədən davam edən leysan və fırtına fəlakətə çevrilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, rəsmi mənbələr fəlakət nəticəsində 88 nəfərin öldüyünü, 134 nəfərin yaralandığını bildiriblər. Ölkədə 5 mindən çox evin tamamilə dağıldığı, 12 mindən çox evə ziyan dəydiyi bildirilir. Fəlakət nəticəsində 62 mindən çox şimali koreyalı evsiz qalıb.
    30.07.12 Məqaləni oxumaq
     
    I ixtisas qrupu üzrə qabiliyyət imtahanı başa çatır
    Bu gün Azərbaycanda ali məktəblərə qəbulla bağlı I ixtisas qrupu üzrə qabiliyyət imtahanı başa çatır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
    30.07.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Qarşıdan gələn seçkilərdə də onlar bu missiyadan istifadə edəcəklər…”
    “Hesab edirəm Azərbaycanın daxilindəki siyasi mübarizə qarşıdan gələn prezident seçkilərində də özünü göstərə bilər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, müxalifətçilik missiyası siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı təbii ki, labüd olacaq: “Lakin kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir və donos yazır. Əminəm ki, qarşıdan gələn seçkilərdə də onlar bu missiyadan istifadə edəcəklər”. M.Qurbanlı bildirir ki, Azərbaycandan kənarda dövlətin, Azərbaycan xalqının maraqlarına zidd fəaliyyət göstərən hər bir adam milli maraqları tapdamış sayılır.
    30.07.12 Məqaləni oxumaq
     
    İranın əhalisi 75 milyondan artıqdır
    İranın Statistika Mərkəzinin rəisi Adil Azər ölkə əhalisinin sayının 75 milyon 149 min 669 nəfər olduğunu elan edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, İranda əhalinin siyahıya alınması hər 10 ildən bir aparılır.

    Lakin  keçən il qəbul edilmiş yeni qanuna əsasən, istisna olaraq ölkədə keçən il əhalinin siyahıya alınması keçirilib. Bu qanunla növbəti siyahıyaalma beş il sonra yenidən keçiriləcək. İran əhalisinin 2006-cı ildə sayı 70 milyon 495 min 782 nəfər kimi göstərilmişdi. Hazırkı statistikaya əsasən, son beş il ərzində ölkə əhalisinin sayı 5 milyon 253 min 887 nəfər, ya da hər il təxminən  1 milyon 50 min 777 nəfər artıb. İran əhalisinin 50.5 faizini kişilər və 49.6 faizini isə qadınlar təşkil edir. Əhalinin 28.5 faizinin kəndlərdə və 71.5 faizinin isə şəhərlərdə yaşadığı qeyd edilir.
    28.07.12 Məqaləni oxumaq
     
    Komitə sədri: “Ermənistanın Azərbaycana vurduğu zərər beynəlxalq ekspertlər tərəfindən hesablanmalıdır”
    Bakıda “Dövlətlərarası münaqişələr zəminində baş verən itki və tələfatların dəyərləndirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib.

    “KƏLAMİNFO”nun məlumatına görə, tədbirin təşəbbüsçüsü Milli Məclisin üzvü Xanhüseyn Kazımlı simpoziumdakı çıxışı zamanı bildirib ki, istər ölkədaxili, istərsə də Azərbaycanın hüdudlarından kənarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hər bir toplantıda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması birmənalı şəkildə təsdiqlənir və qəbul olunur: “Münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın prezidenti İlham Əliyevin bütün səviyyələrdəki fəaliyyəti Azərbaycan xalqının iradəsinin tərənnümü olmaqla həm də beynəlxalq ictimaiyyət tərəfindən olduqca məqbul hesab olunur”.
    28.07.12 Məqaləni oxumaq
     
    Nizami Mərkəzində Kino günü qeyd olunacaq
    2012-ci il avqustun 2-də Nizami Kino Mərkəzində Kino Gününə həsr olunmuş bədii gecə keçiriləcək. “KƏLAMİNFO” Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına əsasən xəbər verir ki, proqramda təbriklər və təltiflərlə yanaşı, dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Dolu" bədii filminə ilkin baxış yer alıb.

    Qarabağ müharibəsi mövzusunda çəkilmiş filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.
    28.07.12 Məqaləni oxumaq
     
    TQDK sədri I ixtisas qrupu üzrə keçid balının 150-yə salınması səbəblərini açıqlayıb
    “Bəzi mütəxəssislər belə fikir yürütdülər ki, dövlətin pulları aşağı ballı uşaqlara təhsil verməyə gedir. Biz müsabiqədə iştirak etmək üçün minimal balı aşağı saldıq. Amma dövlət sifarişli yerlərə 250-dən aşağı bal toplamış bir uşaq da qəbul olmayacaq.

    Bu il I ixtisas qrupu dövlət sifarişli yerlərin sayı 4 min 146, 250 baldan yuxarı bal toplayan abituriyentlərin sayı isə 6 min 92 nəfərdir. I ixtisas qrupunun informasiya texnologiyaları, neft-qaz mühəndisliyi kimi ixtisaslarında çox yüksək müsabiqə vəziyyəti gözlənilir”.  “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında I ixtisas qrupu üzrə imtahanlarda keçid balının 150-yə salınmasının səbəblərini açıqlayarkən bu fikirləri deyib. “Bu sahədə kadr qıtlığı hiss olunur.
    28.07.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək”
    “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin dəqiqləşdirilməsinə başlayıb. Bu, Ermənistan üçün bir siqnal olmalıdır.

    Əgər Ermənistan öz qeyri-konstruktiv mövqeyində qalmaqda davam edərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, Ermənistan gec də olsa ayılsa və öz mövqeyini düzəltsə, danışıqlarda hər hansı bir razılığı əldə olunması mümkün ola bilər. Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu, qayıdış proqramı, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq”.
    28.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyul.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031