|
Səhifələr : # 13 14 15 16 17 18 19 20 21 #
Uşaq cərrahı Qafar Cəfərov: “Azərbaycanda 3 ildə 2 min 56 uşaq ölüb”
|
Ölkə başçısının “İctimai nəzarət gücləndirilməlidir” bəyanatından sonra yaradılan Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi masa keçirib.
“KƏLAMİNFO” xəbər verir ki, 2011-ci ildə yaranan qurumun indiyədək monitorinqini apardığı dövlət qurumlarından danışılarkən cənub bölgəsi də daxil olmaqla 15 rayonda 2 təhsil və 3 səhiyyə şöbəsində yüksək səviyyədə göstəricilər müşahidə ediblər. SHQH-nın sədri Azad İsgəndərovun sözlərinə görə, monitorinqin nəticələri Saatlı Rayon və Şirvan Şəhər Təhsil Şöbələri, Masallı, Hacıqabul və Şirvanda səhiyyə şöbələrinin yüksək səviyyədə xidmətlərinə görə fərqləndiyini göstərir. A.İsgəndərov dövlət tərəfindən digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də aparılan islahatların əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahədə bu gün ən yaralı sahə uşaq ölümü sayının gizlədilməsi faktlarıdır.
|
05.07.12 Məqaləni oxumaq
|
|
|
Yəməndə “Əl-Qaidə” yaraqlıları öldürülüb
|
Yəməndə “Əl-Qaidə” yaraqlısı olduqları ehtimal edilən 4 nəfər öldürülüb. “KƏLAMİNFO” “Röyters”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, onlar iki hava zərbəsi nəticəsində öldürülüb.
Yəmənin hakimiyyət orqanları 14 yaraqlının həbsi haqqında məlumat verib.
|
05.07.12 Məqaləni oxumaq
|
|
|
Prezident Neft Fondunun 2011-ci il büdcəsinin icrasını təsdiqləyib
|
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası təsdiq edilib.
Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, sərəncama uyğun olaraq, Neft Fondunun 2011-ci il büdcəsinin icrası gəlirləri 15 628 352,8 min manat, xərcləri 9 606 595,4 min manat səviyyəsində olmaqla təsdiqlənib.
|
05.07.12 Məqaləni oxumaq
|
|
|
Səfər Əbiyev Rusiyanın Kalininqrad şəhərinə yola düşüb
|
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Rusiyanın Kalininqrad şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Əbiyev Kalininqradda MDB iştirakçısı dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: “Üç mindən çox müəllimə ehtiyac var”
|
“Ölkədə üç mindən çox müəllimə ehtiyac var. Bunların doxsan faizinə qədəri rayonlarda olan boş yerlərdir. Bakı şəhərində müəllimə az ehtiyac var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. Nazir xatırladıb ki, müəllimlərin işə qəbulu ilə bağlı elan verilib və qəbul elanda göstərilən qaydalara əsasən aparılacaq: “Ən çox ehtiyac duyulan ucqar kəndlər və dağ rayonlarına müəllimlər imtiyazı ödənilməklə göndəriləcək”.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: Əcnəbilərin Azərbaycanda ali təhsil alması üzərində düşünməyə ehtiyac var
|
Hazırda “2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23 ölkənin 200-dən çox universitetində 825 nəfər azərbaycanlı gənc təhsil alır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. Təhsil Nazirliyində İtaliya və Litvaya səfəri, həmçinin azərbaycanlıların xaricdə, eyni zamanda əcnəbilərin ölkəmizdə təhsilinə həsr olunan təqdimatda nazir deyib ki, azərbaycanlı tələbələr əsasən Türkiyə, Almaniya, Kanada, Rusiya və digər ölkələrdə təhsil alır. Nazir xatırladıb ki, ötən tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin 35 faizi tibb üzrə təhsil alır.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
BDU-ya yataqxana kompleksinin tikintisi üçün maliyyə vəsaiti ayrılıb
|
Bakı Dövlət Universitetinə yataqxana kompleksinin tikintisi üçün dövlət başçısının sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Gəncədə 3 universitetin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir qeyd edib ki, oradakı Gəncə Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur: “Yataqxanaların tikilməsi Azərbaycana gələn əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq”.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Bu gün respublikanın 13 rayonunda buraxılış imtahanı keçirilir
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları keçirir. İmtahan respublikanın 13 şəhər və rayonunda, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Dillər Universitetində “Məzun günü” qeyd olunub
|
ADU-da 2011-2012-ci tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin “Məzun günü” keçirilib. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açıb. Rektor məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, universitetin tələbələri ilə fəxr etdiyini dilə gətirib. O, həmçinin ADU-nun beynəlxalq əlaqələrindən, qazandığı uğurlardan söz açıb. Çıxışının sonunda rektor ADU-nun bir ailə olduğunu iştirakçıların diqqətinə çatdırıb və müəllimlərə, valideynlərə öz minnətdarlığını bildirib.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Ukrayna üçün viza rejiminin sadələşdirilməsi təklif edilib
|
Avropa Komissiyası Ukrayna üçün viza rejiminin sadələşdirilməsini təklif edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Avropa Parlamentinin bir sıra üzvləri təklifi tənqidlə qarşılayıblar. Onlar bildiriblər ki, Avropa Birliyi oktyabrda Ukraynada keçiriləcək parlament seçkisinədək indiki rejimlə bu cür razılığa getməməlidir. Avropa Komissiyası sənədi cümə axşamı imzalamalıdır. Amma qüvvəyə minməsi üçün onu ilin sonunadək Avropa Parlamenti də təsdiqləməlidir.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 13 14 15 16 17 18 19 20 21 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|