|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
Xələf Xələfov: “Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib”
|
Sentyabra qədər Aşqabadda Xəzərin statusu ilə bağlı beştərəfli formatda növbəti danışıqlar keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
O qeyd edib ki, Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib: “Bu məsələnin həll edilməsi üçün bu potensialdan istifadə ediləcək”. Onun sözlərinə görə, beştərəfli formatda Xəzərin statusuna dair ümumi məsələlər müzakirə edilir, statusla bağlı Konvensiya layihəsi üzərində iş aparılır: “Eyni zamanda həm Türkmənistan, həm də İranla ikitərəfli formatlarda müzakirələr qüvvədə qalır. Bu sahədə nümayəndə heyətlərinin fəaliyyəti davam etdirilir”.
|
09.07.12 Məqaləni oxumaq
|
|
|
BDU ilə MDU arasındakı müqavilə yeniləndi
|
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, universitetin fəxri doktoru, akademik Viktor Antonoviç Sadovniçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər.
Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tərəflər arasında əməkdaşlıq haqqında artıq vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək yenidən imzalanıb. Nümayəndə heyəti BDU-nun elmi laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev Muzeyinə baş çəkib, Konfutsiy İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsində həyata keçirilən innovasiya layihələri ilə tanış olublar. V.Sadovniçi “BDU-nun fəxri qonağı” adına layiq görülüb və o, BDU-ya xeyli sayda kitab hədiyyə edib. Görüşdə rektor köməkçisi Vyaçeslav Vyaçeslavoviç Qoryaçko, beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri, prorektor Nikolay Vladimiroviç Semin də iştirak edib.
|
09.07.12 Məqaləni oxumaq
|
|
|
Gənclərimiz beynəlxalq tədbirdə
|
Azərbaycan Tələbələr Birliyi (ATB) 7-14 oktaybr 2012-ci il tarixlərində Bakıda “Wind of - European Migration Twenty Years after the Collapse of Communism" adlı beynəlxalq tədbir təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, Avropa Komissiyası “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının maliyyə dəstəyi ilə tədbirin keçirilməsində məqsəd Avropa Birliyi və tərəfdaş ölkələrdə Sovet rejiminin dağılmasından sonrakı dövrdə Avropaya inteqrasiyanı müzakirə edə bilməkdir. Azərbaycanla yanaşı Hollandiya, Çexiya, Fransa, Latviya, Türkiyə, Belarus, Moldova, Rusiya, Ukraynadan 30-dan çox gənc iştirak edəcəyi tədbirdə əsas olaraq Şərq-Qərb miqrasiyası, Avropa mobillik proqramları, Avropa Birliyinin daxilində miqrasiya, beynəlxalq miqrasiyanın əhəmiyyəti və bütün bunlarda gənclərin rolu kimi mövzular da müzakirə obyektinə çevriləcək.
ATB Avropa Komissiyasının ”Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramı çərçivəsində gələcəkdə də daha uğurlu layihələrlə çıxış edəcəyini və beynəlxalq məsələlərin müzakirəsində azərbaycanlı gənclərin rolunun artırılmasına önəm verəcəyini bildirib.
|
09.07.12 Məqaləni oxumaq
|
|
|
Kofi Annan Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib
|
BMT-nin xüsusi nümayəndəsi Kofi Annan prezident Bəşər Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, səfərin detalları ilə bağlı açıqlama verilməyib.
Annan Suriyada 16 aydır davam edən böhrana son qoymaq üçün beynəlxalq ictimaiyyətin təqdim etdiyi ən ətraflı planın müəllifidir. Almaniya televiziyasına müsahibə verən prezident Əsəd Birləşmiş Ştatları üsyançılara siyasi dəstək verməkdə və Annanın planının gerçəkləşməsinə mane olmaqda ittiham edib. Altı maddədən ibarət olan Annan planında aprel ayından başlayaraq hökumət qüvvələri və prezident Əsədi hakimiyyətdən devirməyə çalışan müxalifət qüvvələri arasında atəşkəs rejiminin tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin atəşkəsin şərtlərinə əməl edilməyib.
BMT-nin keçmiş baş katibi Suriyaya səfərini beynəlxalq ictimaiyyətin ölkədə böhrana son qoymaq üçün cəhdlərinin baş tutmadığını deməsindən bir gün sonra edir.
|
09.07.12 Məqaləni oxumaq
|
|
|
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 7 (11)
|
Ətraf mühiti kim çirkləndirir...
2012-ci ilin 6 ayı ərzində 1343 akt və 460 protokol tərtib edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2012-ci ilin 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1343 akt və 460 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 583 icrası məcburi olan göstəriş verilmişdir.
|
09.07.12 Məqaləni oxumaq
|
|
|
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 6 (10)
|
Uğurlu ekoloji siyasət
Təbiətin hər qarışına qayğı ilə yanaşmaq Vətənə sevgimizin tərkib hissəsi olmalıdır və bu sevginin təzahürü kimi təbiəti, onun gözəlliklərini gələcək nəslə çatdırmağı hər bir vətəndaş özünə borc bilməlidir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramı təsdiq edilərək icrasına başlanıldı. Respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişləndi, milli parklar yaradıldı, ətraf mühitin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirildi.
|
07.07.12 Məqaləni oxumaq
|
|
|
Ərdoğan Bodrum tətilini yarıda kəsəcək
|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu həftənin əvvəlində getdiyi Bodrum tətilini yarıda kəsəcək. “KƏLAMİNFO” “Habertürk.com” saytına istinadən xəbər verir ki, baş nazir Suriyanın vurduğu təyyarədə şəhid olan pilotların dəfn mərasimində iştirak etmək üçün sabah Malatyaya gedəcək.
Şəhid pilotların nəşləri bu gün Malatyaya aparılıb. Sabah keçiriləcək mərasimdə CXP lideri Kamal Kılıçdaroğlu da iştirak edəcək.
|
07.07.12 Məqaləni oxumaq
|
|
|
TQDK-dan şagirdlərə ciddi xəbərdarlıq
|
Ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək. Ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-də təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdirsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
|
07.07.12 Məqaləni oxumaq
|
|
|
Musa Qasımlı: “Bu, Özbəkistan-Azərbaycan münasibətlərinə sarsıdıcı zərbə olardı”
|
“Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onun üzərinə öhdəlik qoyurdu ki, Qarabağ münaqişəsində Ermənistanın yanında olsun. Bu da Özbəkistan-Azərbaycan, eləcədə Özbəkistanın Türkdilli ölkələr arasındakı nüfuzuna sarsıdıcı zərbə olardı. Ona görə də Özbəkistanın KTMT-ni tərk etməsi başadüşüləndir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib.
O qeyd edir ki, Rusiyanın KTMT çərçivəsində Mərkəzi Asiya üzərindən apardığı Əfqanıstan siyasəti bu ölkələrə heç nə vəd etmir: “Rusiya Əfqanıstanda yalnız öz maraqlarını güdür, digər KTMT ölkələrini öz maraqları üçün istifadə edir”. Ekspert deyir ki, ümumilikdə Özbəkistanı hər hansısa bir Təhlükəsizlik Şurasının üzvü olmağa heç nə məcbur etmir: “Ermənistan başadüşüləndir ki, KTMT onun üçün çox əhəmiyyətlidir. Çünki o, bir ölkənin - Azərbaycanın ərazisini işğal edib və indi özünü qorumalıdır. Amma kim Mərkəzi Asiya ölkələrinə hücum eləmək istəyir? Belə bir hal yoxdur”.
|
07.07.12 Məqaləni oxumaq
|
|
|
ATƏT-in baş katibinin Bakıya səfər proqramı açıqlanıb
|
Azərbaycana səfəri nəzərdə tutulan ATƏT-in baş katibi Lamberto Zannierin səfər proqramı açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ATƏT-in Bakı ofisindən veriblər.
Baş katib iyulun 8-də Bakıya gələcək və həmin gün Vətəndaş cəmiyyətinin təmsilçiləri ilə “Dəyirmi masa” ətrafında görüşü olacaq. Görüşdə əsasən ATƏT-in Bakı ofsinin partnyor təşkilatları və əlavə olaraq daha iki QHT təmsilçisi qatılacaq. L.Zannierin Azərbaycanda hər hansi siyasi partiya təmsilçisi ilə görüşü nəzərdə tutulmayıb.
Rəsmi görüşlər isə iyulun 9-da olacaq. L.Zannier Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşəcək.
|
06.07.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|