|
Səhifələr : # « 1 2 3 4 5 6 » #
İran xarici işlər nazirinin müavininin nə vaxt gələcəyi bilinmir
|
Azərbaycana səfəri təxirə düşən İranın xarici işlər nazirinin müavini Səid Abbas Ərəqçinin Bakıya nə vaxt gələcəyi məlum deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, səfərin təxirə salınması İran xarici işlər nazirinin müavininin gərgin iş qrafiki ilə bağlıdır: “Səfər qeyri-müəyyən tarixə qədər təxirə düşüb”.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavininin səfəri bu günə planlaşdırılmışdı.
|
28.07.12 Məqaləni oxumaq
|
|
|
Moskva Əsədin getməsi tələblərinin zorakılığı artırdığını iddia edir
|
Moskva iddia edir ki, Bəşər Əsədin hakimiyyətdən çəkilməsi tələbləri bu ölkədə qarşıdurmanın səngiməsinə imkan vermir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov Moskvada BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiclə birgə mətbuat konfransında Qərbin Əsəddən hakimiyyətdən getmək tələblərini tənqid edib: “Biz Suriyada zorakılığa dərhal son qoya biləcək təkliflər veririk. O biri tərəf isə deyir ki, yox, ya rejim təslim olmalıdır, ya da biz pul və başqa vasitələrlə silahlı müxalifəti dəstəkləməkdə davam edəcəyik. Onlar terrora haqq qazandırırlar. Ən əsas məsələ budur. Və belə dəstək davam edərkən hansı humanitar əməllərdən danışmaq olar?”
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Suriya hökumət qüvvələri müxalifə qarşı hücum hazırlayır
|
Suriya hökumət qüvvələri Hələb şəhərindəki müxalif döyüşçülərin hədəflərinə şiddətli hücum hazırlayır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatında deyilir ki, Hələb şəhərində artilleriya hücumları zamanı bir qız ölüb, 7 nəfər yaralanıb. Məlumatda eləcə də, Həma və Deir Əs-zur şəhərlərində ölümlə nəticələnən toqquşmaların baş verdiyi, İdlib şəhərində isə hərbi maşının partladıldığı deyilir. Fəallar hökumət qüvvələrinin Hələb şəhərindəki hərbi əməliyyatlarda vertolyot və tanklardan istifadə etdiyini bildirirlər.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Rusiyalı casuslar övladlarını agent etmək istəyib?
|
İki il əvvəl ABŞ-da aşkar edilmiş rus casusları öz uşaqlarını agent kimi “işə” cəlb etməyi planlaşdırıb və onların ən azı biri valideynlərinin təklifinə razılıq verib. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın keçmiş rəsmi nümayəndələrinə əsasən Wall Street Journal qəzeti verib. Qəzetin yazdığına görə, Amerikada anadan olmuş, ya da boya-başa çatmış uşaqlar onlara etibarın daha yüksək olmasına görə öz valideynlərindən daha effektiv fəaliyyət göstərə bilər. Vaşinqtondakı Rusiya səfirliyinin nümayəndəsi Wall Street Journal qəzetində məlumatları şərh etməkdən imtina edib.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Suriya deputatı Türkiyəyə qaçıb
|
Suriyanın Hələb əyalətindən seçilmiş deputatı İxlas əl-Bədəvi Türkiyəyə qaçdığı barəsində məlumat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, o, “Sky News Arabia” televiziyasına bildirib ki, Bəşər Əsəd rejiminin “minimum hüquqlarını tələb edən xalqına qarşı repressiyaları və amansız işgəncələrinə görə” ölkədən qaçmaq qərarına gəlib. Əl-Bədəvinin may ayında seçilmiş Məclisin ilk üzvü olduğu bildirilir. Deputatın bu açıqlaması Suriya qoşunlarının Əsəd rejiminə qarşı müqavimət göstərənlərin qarşısını almaq üçün ölkənin ən böyük şəhəri və ticarət paytaxtı Hələbin ətrafına toplaşdığı ərəfəyə təsadüf edir.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
TQDK ali hərbi məktəblərin vakant yerlərinə müsabiqə elan edib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən cari tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər iyulun 27-dən avqustun 4-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
TQDK sədri orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixi və yeri haqda danışıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumat verən TQDK sədri bildirib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının sentyabrın 1-2-də keçirilməsi gözlənilir. M.Abbaszadə deyib ki, orta ixtisas təhsili müəssisələrinə müsabiqə vəziyyəti ildən-ilə artır. “Bu il ötən ilə nisbətən 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yerin artıq olduğunu, imtahan keçiriləcək regionların sayı və hansı regionlarda imtahan keçiriləcəyi 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatdıqdan sonra müəyyən ediləcək” - deyən sədr imtahanlar daha çox regionlarda keçirilməsinə çalışacaqlarını bildirib: “Hətta iri kəndlərdə də imtahan keçirməyi planlaşdırırıq. 9 illik bazada texnikumlara imtahan verənlər daha çox yeniyetmə uşaqlardır. Ona görə də həmin uşaqlar və onların valideynlərinin imtahanlara daha asan getməyini istəyirik”.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Bu gün 15 408 abituriyent IV ixtisas qrupu üzrə imtahan verir
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. “KƏLAMİNFO” xəbər verir ki, bu gün eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) də qəbul imtahanı keçirilir. Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək imtahana 1 min 174 nəzarətçi-müəllim və 115 imtahan rəhbəri cəlb olunub.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başlanır
|
Avqustun 1-dən etibarən orta ixtisas təhsil müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) ərizə qəbulu başlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında verib. O bildirib ki, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurub, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. TQDK sədri bildirib ki, cari tədris ilində ümumi orta təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10 min 404 nəfərdir. Onlardan 4 min 866-sı dövlət sifarişi üzrə, 5 min 538-i isə ödənişli əsaslarladır. Qeyd edək ki, orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumatı və qəbul aparılan ixtisasların siyahısını “Abituriyent” jurnalının 4-cü sayından əldə etmək olar.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb
|
Bu ilin ilk yarısında yol polisi əməkdaşları tərəfindən 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Bu barəd “KƏLAMİNFO” Respublika Baş Dövlət Yol Polisi İdarəsində məlumat verilib. Məlumata görə, 2012-ci ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində yol polisi əməkdaşları 449986 yol hərəkəti qaydası pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9116, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 47440, ötmə qaydalarının pozulması üzrə 6089, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15989, sərnişin daşıma qaydalarının pozulması üzrə 2548 fakt aşkar edib. Yol hərəkəti qaydası pozuntusuna görə 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|