|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
Azərbaycanda sabah ali məktəblərə növbəti qəbul imtahanı keçiriləcək
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputat: “Morninqstar seçilən səfir olacaq”
|
“Hesab edirəm Richard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri kimi təsdiq olunması maraqlı bir siyasi hadisədir. Ən azı R.Morninqstar ABŞ siyasi elitasında kifayət qədər tanınmış bir şəxsdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib.
Millət vəkili qeyd edib ki, R.Morninqstar bir diplomat kimi bölgəni yaxşı tanıyan, Cənubi Qafqazla bağlı bir çox layihələrdə önəmli rol alan, xüsusən enerji məsələlərində həlledici mövqelərdə olmuş bir adamdır: “Təbii ki, belə bir təcrübəli və bölgənin problemlərini bilən bir şəxsin Azərbaycana səfir təyin olunması müəyyən məqsədlərdən xəbər verir. Fikrimcə, onun səfirliyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafına xidmət edəcək”.
M.Qasımlı deyib ki, Vaşinqtonun bu səfir təyinatında ənənəvi üç hədəfi - təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi-iqtisadi islahatlar, demokratikləşmə istiqamətində müsbət nəticələr verəcək: “Morninqstar seçilən səfir olacaq”.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
“Genosid Almanax–3” kitabı işıq üzü görəcək
|
“İrəli” Ədəbi Məclisinin “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində Almanax silsiləsindən olan 3-cü kitab “Genosid - Almanax” kitabı yaxın vaxtlarda işıq üzü görəcək. “İrəli” İctimai Birliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, kitabın çap olunmasında əsas məqsəd gənclərin son 100 ildə məruz qaldığımız hadisələrdən və Azərbaycan həqiqətlərindən xəbərdar olmasıdır.
Qeyd edək ki, kitabda Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlunun yazıları ilə yanaşı, müasir orta yaşlı nəsil ziyalıların, millət vəkili, tanınmış jurnalistlərin, 30-dan çox gənc yazarın və xarici ölkələrin alim və yazarlarının Qarabağ və soyqırımı haqda məqalələri, əsərləri dərc olunacaq.
Xatırladaq ki, “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində indiyədək “Almanax–1”, “Xaç kölgəsi” və “Almanax–2” kitabları işıq üzü görüb. Kitablar 1000 tirajda nəşr olunub. 20-dən çox gənc yazarın əsərləri, eləcə də ivrit, fars, ingilis, rus, ərəb dillərindən tərcümə edilmiş əsərlər çap olunub.
|
26.07.12 Məqaləni oxumaq
|
|
|
İran və İsrail bir-birini ittiham edir
|
Bolqarıstanda İsraildən olan turistləri daşıyan avtobusun partlamasında İranın günahlandırılmasına İran cavab verib: “İsrailin bu iddiası əsassızdır”. İyulun 25-də BMT Təhlükəsizlik Şurasında Orta Şərq üzrə debatda İranın BMT-dəki səfiri Məhəmməd Xazai beş İsrail turistinin və bir bolqar avtobus sürücüsünün ölümünə səbəb olan hücumda İsraili ittiham edib. İsrailin BMT-dəki səfirinin müavini Haim Vaysman bu ittihamı “qorxunc” adlandırıb və əlavə edib ki, “amma bu, təəccüblü deyil, çünki eyni hökumət 2001-ci ilin 11 sentyabr hadisələrini də konspiroloji hücum adlandırıb və Holokostu təkzib edib”. Vaysman iddia edib ki, Bolqarıstanda, ümumiyyətlə, son aylarda dünyada baş verən bir neçə terror olayında İranın barmağı var.
|
26.07.12 Məqaləni oxumaq
|
|
|
Ünvanlı sosial yardımların ödəniş sistemi təkmilləşdirilib
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımlarının mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı olub. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir.
|
26.07.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarova Kolumbiyanın “Ali komandor" ordeni təqdim olunub
|
Kolumbiyaya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının sədr müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrupla görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Edqar Nino Azərbaycana etdiyi səfəri xatırlayaraq, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Elmar Məmmədyarovun bu rəsmi səfərinin iki ölkə arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
|
26.07.12 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: “Minsk Qrupunun əlində böyük imkanlar var”
|
“İndiyə qədər, elə bu gün də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun əlində böyük imkanlar var. Amma təəssüf ki, onlar bu imkanlardan istifadə etmirlər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ölkəmizin ATƏT PA-dan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
O qeyd edib ki, son vaxtlar, ümumiyyətlə, Minsk Qrupu həmsədrləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini vacib amil kimi ortaya qoyurlar.
Vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə yaranmış intensivləşmə həmsədr dövlətlər arasında qısqanclıq yaratmamalıdır: “Bu intensivləşmə nəticəyə hesablanmış proses olmalıdır. Hər halda Azərbaycanın artan iqtisadi və hərbi gücü ermənilərlə yanaşı, onları dəstəkləyən dairələri də narahat edir. Bu, problemin həll olunmasında gücdən daha çox sülh imkanlarından səmimi şəkildə istifadə etmək istəyən və nəticə əldə olunmasında maraqlı olan qüvvələri də narahat edir”.
|
26.07.12 Məqaləni oxumaq
|
|
|
Elnur Aslanov: “Dağlıq Qarabağdakı qondarma rejim rəsmi İrəvan tərəfindən idarə olunur”
|
“Dağlıq Qarabağda atılan istənilən addım, o cümlədən də qondarma prezident seçkiləri danışıqlar prosesinə ciddi ziyan vurur”.
“KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bildirib ki, Ermənistan daha konstruktiv mövqe göstərməli və regionda status-kvonun qorunmasına deyil, vəziyyətin dəyişməsinə və sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır. Onun sözlərinə görə, Avropa İttifaqı və bir çox digər ölkələr qondarma rejimdə keçirilən şounu pisləyiblər və öz mövqelərini qətiyyətlə ortaya qoyublar: “Bu gün Dağlıq Qarabağdakı qondarma rejim rəsmi İrəvan tərəfindən idarə olunur”.
|
26.07.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri ilə görüşüb
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kolumbiya Respublikasında olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar ilə görüş keçirib.
Xanım Maria Angela Holguin Cuellar Azərbaycan Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Kolumbiyaya həyata keçirilən bu səfəri yüksək qiymətləndirdiyini və böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 2011-ci ilin oktyabr ayında Kolumbiya ticarət missiyasının Azərbaycandan səfərdən çox məmnun qayıtdığını qeyd edən xanım Maria Cuellar iki ölkə arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğunu bildirib və siyasi sahədə mövcud olan yüksək əlaqələrin digər sahələr üçün də səmərəli zəmin yaradacağına əminlik ifadə edib.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Kinematoqrafçılar İttifaqı Azərbaycan filmlərini Rusiyadan gətirəcək
|
Rusiya Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri ölkəyə qaytarılacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlama verən Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, Moskvada Azərbaycanın 300-dək bədii filmi var. Həmin ekran əsərlərini alıb Bakıya gətirmək üçün isə böyük məbləğdə vəsait lazımdır: “Rusiya Dövlət Film Fondunda 1923-cü ildən 1989-cu ilədək çəkilmiş ekran əsərləri saxlanılır. Sovet dövründə hansı respublikada çəkilməsindən asılı olmayaraq filmlərin orijinalları Moskvaya təhvil verilirdi. Biz 23 illik kirayə və saxlanma xərclərini ödədikdən sonra öz filmlərimizi ala bilərik”.
Filmlərin qaytarılması ilə birbaşa yeni yaradılan Kinematoqrafçılar İttifaqı məşğul olacaq. Yaxınlarda təsis edilən qurumun icraçı katibi olan C.Quliyevin sözlərinə görə, təşkilatın qarşısında duran əsas məsələlərdən biri məhz budur: “Filmlərin qaytarılması üçün maliyyə ayrılması haqqında dövlətə müraciət edəcəyik.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|