Almaniyada faşist qalmaqalı ikinci istefaya səbəb olub
|
Almaniyada faşist qalmaqalı ikinci istefaya səbəb olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Almaniya kəşfiyyatının rəhbəri Heinz dan sonra iqrçi qruplaşmanın illərlə fəaliyyət göstərdiyi Türingen əyalətinin kəşfiyyat rəhbəri Tomas Sippel də istefa verib. İrqçi cinayətləri araşdıran Federal Məclis Araşdırma Komissiyası keçən həftə Federal Konstitusiyanı Müdafiə İdarəsinin (kəşfiyyat qurumu) irqçi qruplaşma ilə bağlı bəzi sənədləri məhv etdiyini ortaya çıxarmışdı.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Suriyalılar İordaniya ilə sərhədə sığınıblar
|
Homs şəhərinin sakinlərinə təcili beynəlxalq yardım göstərilməlidir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Suriya müxalifətinin liderləri məlumat veriblər. Qahirədə müxalifət lideri Burhan Galuin dünya ictimaiyyətini “Suriya xalqının özünümüdafiə hüququna hörmət etməyə” çağırıb. Suriyanın müxtəlif şəhərlərində silahlı toqquşmalar davam edib. Minə yaxın suriyalı isə Deraa əyalətindəki döyüşlərdən xilas olmaq üçün İordaniya ilə sərhədə sığınıb.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Nəzakət Teymurova: “Üzdəki qırış da bir gözəllikdir”
|
Bu gün Xalq artisti, prezident təqaüdçüsü Opera və Balet Teatrının solisti Nəzakət Teymurovanın ad günüdür.
Yubileyini evdə yaxın ətrafları ilə qeyd etdiyini deyən muğam ifaçısı “KƏLAMİNFO”ya açıqlamasında ilk təbriki kimdən aldığını da bildirdi: “Məni ilk təbrik edən yaxın rəfiqəm və qızım Nigar oldu. Hələ də təbriklər davam edir. Hazırda ailəmlə bağdayam. Tələbələrim, yaxın dostlarım və ailəmlə bərabər ad günümü burada qeyd edəcəyik”.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Sergey Narışkin Azərbaycana gəlir
|
İyulun 8-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakıya gələcək. “KƏLAMİNFO” xəbər verir ki. bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib. O, qeyd edib ki, 2 gün davam edəcək səfər çərçivəsində S.Narışkin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşəcək, tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə ediləcək.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu: “Misirin gücü, bizim gücümüzdür”
|
Misirin yeni prezidenti Məhəmməd Mursi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə XİN rəhbəri ölkəsinin Misirlə daimi əməkdaşlığa hazır olduğunu vurğulayıb. “Misirin gücü, bizim gücümüzdür. Misirin güclü olması regionda stabillik deməkdir. Türkiyə ilə Misir qardaşdır və hər iki ölkə daimi əməkdaşlığa hazırdır” - deyə Davudoğlu bildirib.
Əhməd Davudoğlu həmçinin prezident Abdulla Gülün Misir prezidenti Muhamməd Mursini Türkiyəyə dəvət etməsi barədə təklifini çatdırdığını da bildirib.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
|
İlham Əliyev: Bakıda böyük olimpiya infrastrukturu yaradılır
|
“Bu gün Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Dövlət idmanın inkişafı üçün konkret addımlar atır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində London Yay Olimpiadasına yola salınan Azərbaycan idmançıları ilə görüşdə bildirib.
Prezident vurğulayıb ki, bu gün idman cəmiyyətimizin ayrılmaz hissəsidir, idmançılara olan hörmət yüksək səviyyədədir: “İdmançıların məişət problemlərinin həlli yüksək səviyyədə həyata keçirilir. Bütün bu amillər idmanın daha da inkişafına təkan verir, gənclərdə və yeniyetmələrdə idmana olan marağı daha da artırır”.
Prezident qeyd edib ki, bu gün dünyada Azərbaycan idman ölkəsi kimi tanınır: “Beynəlxalq idman aləmində layiqlin yerimiz var. İndi Azərbaycan idmançıları hər bir rəqib üçün ciddi sınaqdır”.
|
04.07.12 Məqaləni oxumaq
|
|
|
SAM-ın əməkdaşı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Sammitində iştirak edəcək
|
İyulun 3-10-u tarixlərində Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri dos. dr. Rövşən İbrahimov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sayca 2-ci Beynəlxalq Model Qlobal Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərinə gedəcək. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər.
Tədbirin məqsədi gənclər arasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin münasibətlərinin necə formalaşdığını müzakirə etmək və öyrənməkdir. Tədbirdə foruma 57 üzv dövlətdən 190-a yaxın tələbə, media nümayəndələrinin iştirakı gözlənilir. R.İbrahimovun Yüksək Səviyyəli Məsləhətçi Şurasının üzvü kimi iştirakı və eyni zamanda forum iştirakçıları qarşısında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
|
03.07.12 Məqaləni oxumaq
|
|
|
Suriyalı hərbçilər kütləvi şəkildə Türkiyəyə keçdilər
|
100-ə yaxın suriyalı hərbçi, o cümlədən, bir general və yeddi zabit Türkiyə ərazisinə keçiblər. Onlar Türkiyədən sığınacaq istəyiblər. “KƏLAMİNFO” “Hurriyyet”ə istinadən xəbər verir ki, söhbət sərhədə yaxın ərazidə yerləşən artilleriya diviziyasının hərbçilərindən gedir.
Bu, Suriya hərbçilərinin Türkiyəyə qaçması ilə bağlı ilk hadisə deyil. Amma indiyədək bu qədər kütləvi fərarilik olmamışdı.
|
03.07.12 Məqaləni oxumaq
|
|
|
Təhsildə İKT-nin tətbiqi müzakirə edilib
|
AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirilib. Məlumatı “KƏLAMİNFO”ya İnformasiya Texnologiyaları İnstitutundan veriblər.
Görüşdə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzi və məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadə, Təhsil Nazirliyinin “Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov və müvafiq sahə üzrə digər mütəxəssislər iştirak ediblər.
|
03.07.12 Məqaləni oxumaq
|
|
|
|