Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2012
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    ABŞ Dövlət Departamenti: “Əsəd legitimliyini və xalqın dəstəyini itirib”
    “Əsəd daha əvvəl də çox sözlər verib, amma legitimliyini və xalqın dəstəyini itirib”. “KƏLAMİNFO” “Hürriyyet”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell deyib. Əsədin Türkiyənin “Cümhuriyet” qəzetinə verdiyi müsahibədə söylədiyi “Suriya xalqı istəmirsə, çəkilə bilərəm” cümləsini dəyərləndirən sözçü əsas məsələnin söz deyil, hərəkət olduğunu bildirib: “ABŞ-ın Əsədin çəkilməsiylə bağlı mövqeyi məlumdur. Belə bir şey olsa, şübhəsiz ki, məmnuniyyətlə qarşılayarıq, amma davranışlar sözlərdən daha mühümdür”. Ventrel Suriya ordusu generalları da daxil olmaqla hərbçilərin Türkiyəyə sığınmasını da məmnuniyyətlə qarşıladıqlarını söyləyib.
    06.07.12 Məqaləni oxumaq
     
    Klinton dünya turuna çıxır
    ABŞ dövlət katibi Hillari Klinton 8 ölkəni əhatə edən səfərə çıxıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın yaydığı yazılı açıqlamaya görə, Klinton ilk olaraq bu gün Parisə gedəcək və “Suriya Xalqının Dostları” qrupunun üçüncü toplantısında iştirak edəcək. Daha sonra dövlət katibi Əfqanıstan mövzusunda beynəlxalq konfransda iştirak üçün Tokioya gedəcək. Tokiodan sonra Monqolustan və Vyetnamda müxtəlif görüşlər keçirməyi planlaşdıran Klinton daha sonra Laosa gələcək. Klinton 57 illik fasilədən sonra Laosa gedən ilk ABŞ dövlət katibi olacaq. ABŞ xarici siyasət idarəsinin rəhbəri daha sonra Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) illik təhlükəsizlik forumunda iştirak üçün Kambocaya yola düşəcək. İyulun 14-də isə Klinton ABŞ-ın Misirdəki demokratik dəyişikliklərə dəstəyini ifadə etmək üçün Qahirədə olacaq. İki gün Misirdə qalması planlaşdırılan Klinton iyulun 16-17-də İsrailə gedəcək.
    06.07.12 Məqaləni oxumaq
     
    TQDK son buraxılış imtahanının nəticələrini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    06.07.12 Məqaləni oxumaq
     
    ATƏT-in Baş katibi Cənubi Qafqaz ölkələrinə səfərə gəlir
    ATƏT-in Baş katibi Lamberto Zanyer gələn həftə Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək. “KƏLAMİNFO” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Zanyer dövlət rəsmləri, siyasi təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Baş katib 8-9 iyulda Bakıda, 10-11 iyulda Tbilisi və Batumidə, İrəvanda isə 11-12 iyulda olacaq. O, görüşlərdə siyasi, iqtisadi, ekoloji və humanitar sahədə əməkdaşlığa dair məsələləri müzakirə edəcək. Bakıda, Tbilisidə və İrəvanda ATƏT baş katibinin mətbuat konfransı da nəzərdə tutulub.
    06.07.12 Məqaləni oxumaq
     
    İlham Əliyevin Aİ-nin prezidenti ilə geniş tərkibdə görüşü olub
    Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib. Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman Van Rompuya, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
    06.07.12 Məqaləni oxumaq
     
    Opera və Balet Teatrı festivala hazırlaşır
    Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək “Opera Sənəti" Festivalında iştirak edəcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, orkestr bu festivalda artıq beşinci dəfə iştirak edəcək. Orkestrin səfəri avqustun 8-dən 13-dək baş tutacaq. 60 nəfərlik heyət avqustun 12-də festivalın “Qrand final” adlanan Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları – Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun da əsərləri səslənəcək. Ənənə üzrə hər il yay aylarında keçirilən “Qut-İmmlinq” opera festivalında bu il Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, ümumilikdə 34 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcəklər. Festival çərçivəsində keçirilən tamaşa və konsertlər Almaniya və Avropanın televiziya kanalları və KİV-də geniş işıqlandırılır.
    06.07.12 Məqaləni oxumaq
     
    Saakaşvilinin oğlunun velosipedini oğurlayıblar
    Gürcüstan prezidenti Mixail Saakaşvilinin oğlu, 16 yaşlı Eduardın velosipedini Nyu-Yorkda oğurlayıblar. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Tbilisidə Müdafiə Nazirliyində olarkən deyib. “Dünən Nyu-Yorkda küçədən oğlumun velosipedini oğurlayıblar. Oğlum oğurluq faktının özünə yox, ətrafda video kameraları ola-ola cinayətkarların oğurluq etmələrinə təəccüblənib” - deyə Mixail Saakaşvili deyib. M.Saakaşvili fürsətdən istifadə edərək, Qərblə Gürcüstanı müqayisə də edib. Onun sözlərinə görə, Tiflisdə müşahidə kameralarının olduğu küçələrdə hüquq pozmalar qeydə alınmır. Prezidentin fikrincə, bu, Gürcüstanın cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurun göstəricisidir və ölkə ictimai asayiş baxımından ən təhlükəsiz yerlərdən birinə çevrilib: “Bizdə adambaşına düşən cinayətlərin sayı ABŞ və digər Qərb ölkələrlə müqayisədə azdır”. “Utro.ru” xatırladıb ki, Eduard 2011-ci ildə Ginessin Rekordlar kitabina düşüb. O, ingilis əlifbasını sağ əli ilə İPadda 5,26 saniyəyə çap edib.
    06.07.12 Məqaləni oxumaq
     
    “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda müzakirə keçirilir
    Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçirilir. “KƏLAMİNFO”nun məlumatına görə, SAM rəhbəri Fərhad Məmmədov bildirib ki, tədbirin məqsədi yeniləşən Azərbaycan gəncinin gələcəyə baxışının formalaşmasını müzakirə etməkdən ibarətdir: “Bir neçə həftə əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bununla bağlı fundamental məqaləsi dərc olunub. Bu, həmin məqalə ilə əlaqədar ilk ictimai müzakirədir. Çox şadıq ki, bu müzakirələri ilk olaraq gənclər aparır”. Hazırda ölkə əhalisinin 60 faizindən çoxunu gənclər təşkil etdiyini xatırladan F.Məmmədov bildirib ki, oxşar müzakirələrin bundan sonra elmi ictimaiyyət, vətəndaş cəmiyyəti qurumları ilə aparılmasını təşkil edəcəklər.
    06.07.12 Məqaləni oxumaq
     
    NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir
    NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Ceyms Appaturay Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək. C.Appaturayın Azərbaycana səfəri iyulun 6-də yekunlaşacaq.
    06.07.12 Məqaləni oxumaq
     
    Teleaparıcılıq təklif olunan nənələr “Eurovision–2013”-ə də qoşula bilər
    Bakının ev sahibliyi etdiyi “Eurovision–2012”-nin möhtəşəm “Kristal Zalı”nda müsabiqənin ikincisi olan “Branovskiye babuşki” diqqət mərkəzində qalmağa davam edir. “KƏLAMİNFO” xəbər verir ki, indi də nənələrə televiziyada iş təklif edilib. Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova “Rossiya 1” telekanalında “V qostax u skazki” (“V qostəx u skazki”) verilişində aparıcı ola bilər. Bununla yanaşı müğənni Filip Kirkorov “Buranovskiye babuşki” qrupunu 2013-cü ildə keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində yenə də ölkə təmsilçisi qismində gördüyünü bildirib. Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilər. “Hər halda Dima Bilanda bu alınmışdı” - deyə Filip Kirkorov bildirib.
    05.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyul.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031