|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
BMT baş katibi Serbiya ilə Kosovonu həqiqi dialoqa çağırıb
|
BMT-nin baş katibi Pan Ki Mun Kosovodadır. Bu onun Kosovoya ilk səfəridir. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, Mun Priştinada münasibətləri normallaşdırmaq üçün Serbiya ilə Kosovonu həqiqi dialoqa çağırıb.
Kosovonun şimalında yaşayan etnik serblər Kosovo hökumətini tanımır və bir neçə dəfə sərhəd məntəqələrini blokadaya alıblar. ABŞ-da daxil olmaqla artıq bir çox Qərb ölkəsi Kosovonun müstəqilliyini tanıyıb. Serbiyanın yaxın müttəfiqi olan Rusiya isə Kosovonu tanımır.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi rəqabət yaradacaq”
|
Bakı Ali Neft Məktəbində (BANM) bu il Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi test imtahanında yüksək bal toplamış 100 abituriyent təhsil alacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu adıçəkilən məktəbin fəaliyyətinin təşkili ilə bağlı keçirdiyi mətbuat konfransında məktəbin rektoru Elmar Qasımov deyib. Onun sözlərinə görə, BANM-da təhsil pulsuz həyata keçiriləcək: “Hələlik məktəbdə iki - neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları tədris olunacaq. Sonrakı mərhələdə mühəndisliyin digər ixtisasları üzrə də kadrlar hazırlanacaq”.
Məktəbin yaranma zərurətindən danışan rektor bildirib ki, ARDNŞ-nin fəaliyyəti ölkənin hüdudlarından kənarda genişlənir və o, artıq transmilli şirkətə çevrilir: “Azərbaycanda böyük neft-kimya kompleksi, karbamid zavodu tikilir, eyni zamanda ARDNŞ xarici ölkələrdə neft-kimya sahəsində böyük layihələr reallaşdırır.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Hillari Klinton: ABŞ yeni nəslin QİÇS-dən azad olmasını istəyir
|
Vaşinqtonda QİÇS-ə dair beynəlxalq konfransda çıxış edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Amerika xəstəlikdən azad yeni nəslin yetişdirilməsi işinə sadiqdir.
“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, dövlət katibi Klinton deyib ki, ABŞ dünyada QİÇS-lə mübarizədə qələbəyə kömək edəcək davamlı səhiyyə sistemlərinin yaradılması üzərində işləyir. O qeyd edib ki, bu məqsədlə ABŞ Afrikada və dünyanın hər yerində xəstəliyin anadan uşağa keçməsinin qarşısını almaq üçün klinikaların yaradılması işinə hazırdır. Kinton Afrikada oğlanların sünnət olunması proqramlarına yüksək qiymət verərək, bunun QİÇS və onun virusu olan HİV-in yayılmasının qarşısını almağa kömək etdiyini bildirib. Konfransda çıxış edən Britaniyadan olan rok ulduz Elton Con QİÇS-in yayılmasının qarşısının alınmasına mane olan stereotiplər əleyhinə danışıb.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: “Ermənilərin Dağlıq Qarabağda keçirmək istədikləri şou əks-effekt verdi”
|
“Dağlıq Qarabağda 19 iyul 2012-ci ildə keçirilmiş “prezident seçkisi” Azərbaycanın işğal altındakı ərazilərindəki siyasi durumu başa düşmək üçün mühüm mənbəyə çevrildi və ortalığa vacib məsələlər çıxdı”. “KƏLAMİNFO” xəbər verir ki, belə bir nəticəyə gəldiyini Beynəlxalq Mətbuat Mərkəzində bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, ATƏT-in bir sıra mühüm qurumları bu “seçki”yə münasibət bildirməyə məcbur olublar. “Onlar bir daha xatırlatdılar ki, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımırlar” deyən politoloq hesab edir ki, Rusiya da bu məsələyə eyn mövqe nümayiş etdirib. “Ermənistan əvvəlki illərdən fərqli olaraq müşahidəçilərin dəvət olunma prosesini gizli saxlamağa çalışsa da, buna nail olmadı.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
YAP jurnalistləri mükafatlandırıb
|
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini, deputat Əli Əhmədov Milli Mətbuat günü ilə bağlı jurnalistlərlə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə çıxış edən Ə.Əhmədov bildirib ki, Azərbaycanda ictimai maraqlara tam cavab verən, inkişaf etmiş mətbuat mövcuddur.
O qeyd edib ki, insan hüquqları və söz azadlığını prinsip götürən Azərbaycan dövləti də söz azadlığının inkişafında, ictimai maraqların qorunmasında tam olaraq maraqlıdır: “Azərbaycan mətbuatının modernləşməsini, təkmilləşməsini Azərbaycanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil”.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
|
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycanın Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçirəcəklər.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Qəbələ IV Beynəlxalq Musiqi Festivalına bu gün start verilir
|
Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunan Qəbələ IV Beynəlxalq Musiqi Festivalına bu gün start veriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçiriləcək festivalda ölkəmizlə yanaşı, dünyanın görkəmli musiqiçiləri, bədii kollektivləri, tanınmış solistləri, məşhur dirijorları iştirak edəcək.
Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - London Filarmonik Orkestri, Yuri Başmet və “Moskva solistləri” kamera orkestri, “Tartini” kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının möhtəşəm festivala qatılacağı gözlənilir.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Vəfa Quluzadə: Rusiya bizim regiona hücum etmək üçün bəhanə axtarır
|
“İşğal olunmuş torpaqlarda “Xankəndi” aeroportunun Ermənistan tərəfindən istismarına Azərbaycan heç cürə razılıq verə bilməz. Çünki buna razılıq vermək Dağlıq Qarabağı müstəqil bölgə kimi tanımaq deməkdir. Bu da təbii ki. cəfəngiyat olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.
Politoloq ATƏT Minsk Qrupunun bununla bağlı bəyanatını da cəfəngiyat adlandırır: “Onların bəyanatında başa düşülür ki, guya Azərbaycan bu aeroportun işə düşməsinə etiraz etməz, amma təəssüf ki, onlar bununla yenə yalan danışırlar. Çünki Azərbaycanın bu məsələdə razılıq verməsi inandırıcı deyil, ora bizim torpaqlardır”.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
Strateji Araşdırmalar Mərkəzi yarım illik hesabatını açıqlayıb
|
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2012-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinə dair hesabatını açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ilin ilk 6 ayı ərzində bir neçə kitab layihələri üzərində iş yekunlaşıb.
Yanvar-iyun aylarında SAM tərəfindən Azərbaycanda və xaricdə 18 müxtəlif tədbir təşkil edilib. Hesabat dövründə həyata keçirilən bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılıb. Bunlar “Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər” və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilən sosioloji sorğular olub. Bu ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilib və 10 müsahibə verilib.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
İranda prezident seçkilərinə hazırlıq başlayıb
|
İranın Daxili İşlər Nazirliyinin seçkilər üzrə idarəsi 2013-cü ildə XI çağırış prezident seçkiləri və IV çağırış Şəhər və Kənd İslami şuraları seçkilərinin keçirilməsi üçün plan hazırlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bunu İran DİN-in seçkilərin keçirilməsi üzrə idarəsinin rəhbəri Həsənəli Nuri söyləyib. Nuri bildirib ki, bu idarənin işi keçiriləcək seçkilər üçün proqram və planı hazırlamaqdır. Hazırda keçiriləcək seçkilərin tarixinin dəqiqləşməsi istiqamətində işlər gedir, seçkinin keçiriləcəyi gün dəqiqləşdikdən sonra əyalətlər üzrə seçki qərargahlarının təşkilinə başlanacaq.
Qeyd edək ki, İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. 2005-ci ildə ilk dəfə prezident seçilən hazırkı prezident Mahmud Əhmədinejad 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisində yenidən qalib elan edilib. Onun rəqibləri olan Yaşıllar Hərəkatının rəhbəri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkinin saxtalaşdırıldığını iddia edərək əhalini kütləvi etiraz aksiyaları keçirməyə çağırıb və həmin aksiyalar zamanı müxalifət liderləri ilə yanaşı Yaşıl Hərəkatın onlarla üzvü həbs edilib.
|
25.07.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|