Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2012
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    İcazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır
    Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. O qeyd edib ki, qanunda tikililərə ayrıca yanaşmalar olacaq: “Ümumi fikir ondan ibarətdir ki insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir”.
    18.07.12 Məqaləni oxumaq
     
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma – 2 (6)
    İnsanlara məhdudiyyət yoxdur...

    Dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edən Azərbaycan ayrı-ayrı ölkələrin onilliklər boyu qazandığı tarixi nailiyyətləri qısa müddətdə əldə edib, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində mühüm uğurlara nail olub. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna çıxmış və özünü beynəlxalq hüququn müstəqil subyekti kimi yüksək səviyyədə təsdiq edib. Məhz həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə inkişafa nail olub.
    17.07.12 Məqaləni oxumaq
     
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma – 1 (5)
    Əlilliyi olan şəxslərin müstəqil yaşamaq hüququ

    “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.
    15.07.12 Məqaləni oxumaq
     
    ABŞ: Əsədin yaxın ətrafının onu tərk etməsi rejimin çarəsizliyini ortaya qoyur
    ABŞ Suriyanın İraqdakı səfirinin xalqın tərəfinə keçməsinin Əsəd rejiminin çarəsizliyini ortaya qoyduğunu bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Suriyanın İraqdakı səfirinin rejimlə əlaqələri kəsməsini Əsəd rejiminin gücünü itirməsinin göstəricisi olduğu qeyd edilib. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, Əsədin yaxın ətrafı və rəsmilər onun iqtidarda qalma şansının nə qədər olduğunu dəyərləndirməyə və onu tərk etməyi seçməyə başlayıblar. Xalqın tərəfinə keçən səfir Nevaf Fares isə “Əl Cəzirə”yə verdiyi açıqlamada “Əsəd artıq prezident deyil, yalnız xalqını öldürən qatildir” deyib.
    14.07.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Çox ciddi müsabiqə gözlənilir”
    Təhsil Nazirliyinə məktəblərdə vakant müəllim yerlərinə keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə daxil olub. “KƏLAMİNFO”un məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir əlavə edib ki, daxil olan ərizələr hər gün dəyişir: “Biz gözlədiyimizdən qat-qat artıq ərizə verilib. Çox ciddi müsabiqə gözlənilir”. Nazir qeyd edib ki, daha çox ərizə ibtidai sinif müəllimliyinə verilib ki, bu da narahatçılıq doğurur, çünki daha az vakant yer məhz bu istiqamət üzrədir: “Müsabiqə ilə bağlı ciddi işlər aparılır. Əminəm ki, müəllimlərin qəbulunu bu qaydada aparmaqla Azərbaycan məktəbinin və təhsilinin keyfiyyətini qaldıra biləcəyik”.
    14.07.12 Məqaləni oxumaq
     
    Ceyhun Osmanlı Gənc Təbiblərin 2-ci Almaniya Forumunda iştirak edir
    2012-ci il tarixləri arası Almaniyanın Mannheim şəhərində keçiriləcək Gənc Təbiblərin 2-ci Almaniya Forumunda millət vəkili Ceyhun Osmanlı iştirak edir. “KƏLAMİNFO” xəbər verir ki, Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçirilən forum dünyanın ən aparıcı universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumda tibb mütəxəssisləri, akademiklər, elmi işçilər, dövlət nümayəndələri, müxtəlif universitetlərin professor, müəllim heyəti iştirak edir. Forumun əsas məqsədi dünya tibb elminin ən qabaqcıl nailiyyətlərini öyrənmək və qazanılmış təcrübədən yararlanıb Azərbaycan tibb sahəsində tətbiq etməkdir. Qeyd edək ki, forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə həyata keçirilir.
    14.07.12 Məqaləni oxumaq
     
    Magistraturaya qəbulun nəticələri açıqlanıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, bu il 29 ali məktəbin magistraturasına qəbul aparılıb və bu il magistraturaya ayrılmış 6021 plan yerinə ümumilikdə 18019 bakalavr ərizə ilə müraciət edib: “Onlardan yalnız hər iki mərhələ üzrə müvafiq müsabiqə şərtlərini ödəyən 5018 bakalavr ali məktəblərin magistraturalarına qəbul olub”. N.Babayevin sözlərinə görə, magistraturaya qəbul olunanların qeydiyyat müddəti iyulun 13-ə qədər uzadılıb.
    13.07.12 Məqaləni oxumaq
     
    Sabah 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib. O qeyd edib ki, imtahan respublikanın altı şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində keçiriləcək: “Orta ümumtəhsil müəssislərində 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan nəzarətçisi cəlb olunacaq. 3-cü qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 28151 nəfəri Azərbaycan bölməsi, 2680 nəfəri rus bölməsinin məzunlarıdır”. Onun sözlərinə görə, 16028 nəfər orta ümumtəhsil müəssisələrini bu il bitirib.
    13.07.12 Məqaləni oxumaq
     
    İranın təhsil naziri: “Eə etməliyik ki, hər iki xalq bir-birinə çox mehriban baxsın”
    Bu gün təhsil naziri Misir Mərdanov iranlı həmkarı Həmidrza Babayi ilə görüşüb. “KƏLAMİNFO”un məlumatına görə, görüşdə M.Mərdanov deyib ki, İrandan Azərbaycanda və ölkəmizdən İranda çoxsaylı tələbə təhsil alır. Azərbaycanın verdiyi diplomun İranda tanınması ilə bağlı demək olar ki, heç bir problemin olmadığını diqqətə çatdıran nazir əlavə edib ki, əsas ciddi problem orta məktəblərdə dərsliklərlə bağlıdır: “Qərara gəlinib ki, bu məsələ ilə bağlı hər iki ölkənin Təhsil nazirlikləri birgə komissiya yaratsınlar. Artıq Azərbaycan həmin komissiyanı yaradıb. Sizdən də cavab gözləyirik. Düşünürəm ki, problemi bu yolla həll edə bilərik. Yəni hər iki tərəfdən olan komissiyanın ortaq rəyi ilə verilən qərar bu problemi həll edə bilər”.
    13.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Tacikistan perzidentlərinin təkbətək görüşü olub
    Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
    13.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyul.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031