Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2012
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Medvedev Putinin vəd etdiyi 3 milyardın veriləcəyini deyir
    Rusiyanın baş naziri Dimitri Medvedev prezidentin qeyri-kommersiya təşkilatlarına vəd etdiyi 3 milyard rublun veriləcəyini təsdiqləyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o qeyd edib ki, hökumətə bu vəsaitin axtarılmasına göstəriş verib və hökumət ölkə üçün xeyirli olan bu cür təşkilatları dəstəkləyəcək. Prezident Vladimir Putin qeyri-kommersiya təşkilatlarına dövlət yardımının iki dəfə artırılmasını təklif edib.
    13.07.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “ABŞ-ın bölgədəki maraqları da bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir”
    “ABŞ Riçard Morninqstarı Azərbaycana səfir təyin etməklə doru seçib edib, çünki bu şəxs Cənubi Qafqaz regionuna kifayət bələd bir insandır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu amil ona ümid yaradır ki, onun namizədliyi bütövlükdə təsdiqləndikdən sonra Amerikanın bölgədə maraqları daha aktiv şəkildə həyata keçəcək: “ABŞ-ın bölgədəki maraqları da bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir. Bir sıra hallarda üst-üstə düşən planlar mövcuddur, əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur”. Z.Oruc deyir ki, indiyə qədər müəyyən ara fasilələrilə Azərbaycanda ABŞ səfirinin olmaması fonunda sanki Vaşinqtonun maraqları bölgədə geri çəkilmiş kimi görünürdü. Deputat onu da əlavə edir ki, Riçard Morninqstarın Azərbaycana səfir gəlməsi 2013-cü ildən başlayaraq müəyyən mənada daha fəal siyasətə yol aça bilər.
    13.07.12 Məqaləni oxumaq
     
    Emoməli Rəhmon Dövlət Bayrağı Meydanında olub
    Bakıda səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon Dövlət Bayrağı Meydanı ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qonağa Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib. E.Rəhmon Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış olub. Tacikistan prezidenti muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. E.Rəhmona xatirə hədiyyəsi təqdim olunub. Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıb.
    12.07.12 Məqaləni oxumaq
     
    Rusiyada böhtana görə maddə bərpa olunur
    Rusiyanın Dövlət Duması böhtana görə cinayət işinin bərpasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hakim Vahid Rusiya partiyasından olan 7 deputatın təqdim etdiyi sənədi yalnız bu fraksiya dəstəkləyib. Kommunist, Liberal Demokrat və Ədalətli Rusiya partiyaları sənədin əleyhinə səs veriblər. Qanun layihəsində həmçinin böhtana görə cəzanın artırılması nəzərdə tutulur. Bu maddə keçmiş prezident Dimitri Medvedevin təşəbbüsü ilə ötən ilin dekabrında Rusiyanın cinayət məcəlləsindən çıxarılmışdı.
    12.07.12 Məqaləni oxumaq
     
    Ərdoğan Rusiyaya gedəcək
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedəcək. Baş nazirlikdən verilən açıqlamada Ərdoğanın bir günlük işgüzar səfər proqramıyla Moskvaya gedəcəyi bildirilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, səfər iyulun 18-də reallaşacaq.
    12.07.12 Məqaləni oxumaq
     
    Bakı Peşə Liseyinin emalatxanasında Peşə Tədris Resurs Mərkəzi yaradılacaq
    Təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos və şirkətin Azərbaycan nümayəndəliyinin təhlükəsizlik və daxili məsələlər üzrə meneceri Hamlet Süleymanovla görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil naziri son illər Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində atılan uğurlu addımlardan söz açıb və hazırda müvafiq işlərin davam etdirildiyini bildirib. Nazir bir sıra ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələrin həyata keçirildiyindən və qarşılıqlı əməkdaşlığın yaradıldığından bəhs edib.
    12.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan XİN: “Bu, ermənilərin fərziyyəsidir...”
    “Ermənilərin yenidən qondarma erməni soyqırımı cəhdi onların növbəti siyasi oyunundan başqa bir şey deyil”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bu məsələnin sırf tarixçilərin işi olmasına baxmayaraq Ermənistan tərəf yenə də ictimaiyyəti siyasi fırıldaqları ilə aldatmağa çalışırlar: “Mütəmadi olaraq bu məsələni ortaya atmaqla tərəflər arasında gərginlik yaradırlar”. Fransa prezidenti Fransua Ollandın qondarma erməni soyqırımı ilə bağlı hansısa sənəd hazırlayacağı haqqında yayılan söhbətə toxunan E.Abdullayev bildirib ki, bu da ermənilərin növbəti oyunu, fərziyyəsidir. Onun sözlərinə görə rəsmi Paris bununla bağlı nə rəsmi açıqlama, nə də bəyanat verib.
    12.07.12 Məqaləni oxumaq
     
    MSK sədri Vyanada beynəlxalq tədbirə qatılacaq
    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabahdan etibarən Avstriyada səfərdə olacaq. MSK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin məqsədi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Demokratik seçkilər və seçkilərin müşahidəsi” mövzusunda Avstriyanın paytaxtı Vyanada ATƏT-in “Əlavə İnsan Ölçüsü Görüşü” ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir. Qeyd edək ki, Məzahir Pənahovu MSK Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edəcək. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulub. Səfər iyulun 13-də yekunlaşacaq.
    12.07.12 Məqaləni oxumaq
     
    Gənc azərbaycanlı yazıçının hekayəsi Vilnüsdə litva dilində çap edilib
    Litvanın “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetinin 6 iyul 2012-ci il tarixində çapdan çıxan 25 (1091) saylı nəşrində Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Pərvinin (Pərvin Ələmdar qızı Nurəliyeva) “Samir üçün” adlı hekayəsi dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hekayəni Litva dilinə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuviene çeviriblər.
    11.07.12 Məqaləni oxumaq
     
    Putin Prezident yanında İnsan Haqları Şurasının sədri ilə görüşüb
    Rusiya prezidenti Vladimir Putin Prezident yanında İnsan Haqları Şurasının sədri Mixail Fedotovla QHT-lər haqda mübahisəli qanun layihəsini müzakirə edib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, yeni qanun layihəsi xaricdən maliyyələşən QHT-ləri xarici agentlərlə eyniləşdirir və daha sıx yoxlanmasını tələb edir. M.Fedotov ilk oxunuşda qəbul edilən qanunun müzakirələrinin 2 aylığa təxirə salınmasını və ictimai müzakirələr aparılmasını təklif edib. Putin isə təxirə salma fikri ilə razılaşmayıb. Ancaq qanunun qəbulundan sonra, dövlətin QHT-lərə yardımlarının 3 dəfə artırılacağına söz verib. Rusiya Dövlət Duması iyulun 13-də qanun layihəsini 2-ci və 3-cü oxunuşlarda müzakirə edəcək.
    11.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyul.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031