İranın yarırəsmi “Fars” agentliyinin verdiyi məlumata görə, Tehran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, admiral Abbas Zamini bildirib ki, İran Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın da çıxışı olduğu Xəzər dənizində “yüngül” sualtı qayıqlar yerləşdirilməsini planlaşdırır. Admiral detallara varmayıb.
İranın Xəzər dənizində hansı tipli sualtı qayıqlar yerləşdirməyi planlaşdırdığı hələlik aydın deyil. İranın arsenalında səkkiz sualtı qayığın mövcud olduğu məlumdur.
|