Bakıda beynəlxalq gənclər forumu keçiriləcək
|
Oktyabrın 28-30-da Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum keçiriləcək. Azərbaycan Gənclər Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, forumun təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, SALTO EECA, SALTO EuroMed, SALTO SEE, SALTO Resurs Mərkəzinin Fransa, Polşa və Sloveniyadakı milli agentlikləri, FRSE (Təhsil sisteminin inkişafı Fondu), MOviT (Gənclərin səfərbərliyinin inkişafı institutu) və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Argentina prezidenti Elmar Məmmədyarovu qəbul edib
|
Argentina prezidenti Kristina Fernandez de Kirçner bu ölkədə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Argentina Prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Həm Argentina, həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən prezident Kirçner iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əmin olduğunu söyləyib.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Tanzaniyaya nota verib
|
Azərbaycan Tanzaniyadan bu ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın ayrıca respublika kimi göstərilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bununla bağlı Azərbaycan tərəfi Tanzaniyaya nota göndərib: “Azərbaycanın Cənubi Afrikadakı səfirliyi də məsələ ilə bağlı danışıqlar aparır. Rəsmi Bakının mövqeyi odur ki, bu problem dərhal həll olunsun”. Qeyd edək ki, Tanzaniya DİN-in saytında Qarabağ ayrıca respublika kimi qeyd olunub və bura səfər etmək istəyənlər üçün 50 dollar həddində viza haqqı göstərilib.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
İsveçrə Ermənistan mətbuatının yazdıqlarını təkzib edib
|
“İsveçrə Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, İsveçrə tərəfindən Qarabağda keçirilən qondarma seçkilərdən dərhal sonra Azərbaycana təqdim edilmiş notada belə qeyd olunub: “Ermənistan mətbuatının İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü tanımaması ilə bağlı yazdıqları məlumatlar əsassızdır və bu onların növbəti dezinformasiya səyləridir. Təəssüf ki, Ermənistanda bu, tendensiya halına çevrilib, Ermənistan rəhbərliyi bununla daxili ictimai rəyi aldatmağa çalışır”.
|
27.07.12 Məqaləni oxumaq
|
|
|
|
|
|
|
|
|
|