Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2012
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    6-cı “Xalq ulduzu” Xəyalə Qafarzadə oldu
    “Xalq Ulduzu” televiziya müsabiqəsinin 6-sı məlum olub. “KƏLAMİNFO” xəbər verir ki, ATV telekanalında yayımlanan “Xalq Ulduzu – 6” mahnı yarışması layihəsinin qalibi bəlli olub. 4 ay ərzində davam edən yarışmada Xəyalə Qafarzadə və Sərvər Məmmədzadə finalda mübarizə aparıblar. Finalçılar arasından qalibin müəyyən olunması həftə ərzində tamaşaçılar tərəfindən SMS səsverməsinin nəticələrinə əsasən elan olunub. Elə bu SMS-lərə görə, Xəyalə Qafarzadə 52.48 % səslə müsabiqənin qalibi olub. Digər finalçı Sərvər Məmmədzadə isə 47.52 %-lə ikinci yerin mükafatını qazanıb. Qaliblərə kubok və diplomlar təqdim olunub. Qeyd edək ki, 16 həftə ərzində keçirilən və 150-dən çox bəstəkar və xalq mahnılarının ifa olunduğu “Xalq Ulduzu – 6”-nın münsiflər heyətində Xalq artisti Aybəniz Haşımova, bəstəkar Tahir Əkbər, xanəndələr Almaz Orucova və Teyyub Aslanov təmsil olunub.
    05.07.12 Məqaləni oxumaq
     
    Jak Şirakın xanımı avtomobil qəzasına düşüb
    Fransanın keçmiş prezidenti Jak Şirakın xanımı Bernadett Şirak avtomobil qəzasına düşüb. Korrez regionunda Şirak ailəsinə məxsus Biti qəsrini tərk edən keçmiş birinci xanım daha çox istədiyi məşhur “Şanel” şirkətinin təşkil etdiyi ziyafətə özünü tez çatdırmaq üçün sürücüsünə sürəti artırmağı əmr edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, axşam qaranlığında Paris istiqamətində böyük sürətlə hərəkət edən avtomobil yoldan keçən maralla toqquşub. Maşın yararsız hala düşsə də, xoşbəxtlikdən Bernadett Şirak və onu müşayiət edən cangüdənlər ancaq yüngül xəsarətlə canlarını qurtarıblar. B.Şirak və onu müşayiət edənlər başqa bir avtomobillə Parisə yola salınıblar.
    05.07.12 Məqaləni oxumaq
     
    Suriya ordusunun daha bir generalı və iki polkovniki Türkiyəyə qaçıb
    Suriya ordusunun daha bir generalı və iki polkovniki Türkiyəyə qaçıb. Hərbçilər ailələri ilə birlikdə Hatayın Reyhanlı qəsəbəsinin Bükülməz, Kuşaklı və Kavalcıq kəndlərinə yerləşiblər. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, 26 nəfərlik qrup rəsmi prosedurlardan sonra Apaydın çadır şəhərciyinə göndərilib. Türkiyəyə qaçan 40 nəfərlik başqa bir qrup isə Şanlıurfanın Ceylanpınar qəsəbəsindəki çadır şəhərciyinə yerləşdirilib. Türkiyəyə sığınan suriyalıların sayı 35365-ə çatıb. Suriya vətəndaşlarına Türkiyədə yemək və qalmaqla yanaşı, tibbi, sosial, təhsil, ibadət, tərcüməçilik, kommunikasiya xidmətləri göstərilir.
    05.07.12 Məqaləni oxumaq
     
    Rusiya ABŞ ilə Əsədin gələcəyini müzakirə etməyəcək
    Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Vaşinqtonun Moskvanı Bəşər Əsədə siyasi sığınacaq verməyə razı salmağa çalışdığına dair xəbərlərə münasibət bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Rıbakov ABŞ ilə Əsədin gələcəyini müzakirə etməyəcəklərini söyləyib. Xarici işlər nazirinin müavini bir neçə dəfə fikirlərini açıqladıqlarını deyib və Suriyada iqtidar məsələsinə Suriya xalqının qərar verməli olduğunu vurğulayıb: “Xaricdə hazırlanıb Suriyaya tətbiq edilən planlar zərərverici ola bilər”.
    05.07.12 Məqaləni oxumaq
     
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası maarifləndirmə aksiyasına başlayıb
    Əhali kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirilir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından “KƏLAMİNFO”ya verilən məlumata görə, növbəti layihə region sakinlərinə həsr edilib. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən “Kommunal xidmət sahəsindəki problemlərin aradan qaldırılmasına kömək məqsədilə ictimai dəstəyin təşkili, qanunvericilik bazasının gücləndirilməsi üçün tövsiyələrin hazırlanması” layihəsi çərçivəsində regionlarda əhali kommunal xidmətlər və istehlakçı hüquqları barədə maarifləndirilirlər. Bu məqsədlə Şamaxı, Cəlilabad və Xaçmaz rayonlarında seminarlar təşkil edilib. Seminarlarda kommunal xidmət sahələri, habelə istehlakçıların hüquqları ilə bağlı milli və beynəlxalq qanunvericilik bazaları ilə bağlı geniş söhbət aparılıb. Seminarlar zamanı aparılan söhbətlər bu layihənin nə dərəcədə zəruri olduğunu və daha geniş formatda keçirilməsinin vacib olduğunu ortaya çıxarıb.
    05.07.12 Məqaləni oxumaq
     
    Nazim İbrahimov: “İranda həbs olunan azərbaycanlı gənclər günahsızdırlar”
    "Hər bir azərbaycanlının xarici ölkələrdə başına gələn istənilən problem Azərbaycan dövlətini düşündürür və dövlət qurumları bu işlə ciddi məşğul olurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. “Hesab edirəm ki, İranda həbs olunan gənclərimiz günahsızdırlar və tez bir zamanda buraxılmalıdırlar" - deyə N. İbrahimov qeyd edib. Onun sözlərinə görə, İranın Azərbaycana qarşı atdığı hər addıma Dövlət Komitəsinin əhatə etdiyi bütün diaspor təşkilatlarının öz reaksiyası var.
    05.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
    Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış ediblər.
    05.07.12 Məqaləni oxumaq
     
    ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimatı keçirilib
    Bu gün Bakıda ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, mərasimdə əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanışlıq olub. Tədbirdə çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, layihə üzrə işlərə aprel ayında başlanıb: “Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir”. N.İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib. ANAMA direktoru rəhbərlik etdiyi qurumun humanitar minatəmizləmə ilə yanaşı, BMT-nin köməyi ilə təlim bazası yaratdığını, 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, İordaniyadan olan mütəxəssislərə təlimlər keçirildiyini bildirib.
    05.07.12 Məqaləni oxumaq
     
    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 5 (9)
    Maarifləndirmə: ətraf mühiti xilas edə bilər

    Bu gün Azərbaycan ekologiyasında mövcud problemlərin aradan qaldırılması üçün yetərincə tədbirlər görülür. Məlum olduğu kimi qloballaşan dünyanin ən ciddi problemlərindən biri havanın çirklənməsidir. Hansi ki, hər birimiz bu problemin yaranmasında birbaşa iştirak edirik.  Bakı şəhərində təkcə məişət tullantıları və tullantı qalıqlarından Abşeron yarımadasında havanın orta temperaturunun 1 dərəcə dəyişməsinə səbəb olur. Bu tullantıların açıq şəraitdə yandırılması isə yarana biləcək təhlükə riskini daha da artırır.
    05.07.12 Məqaləni oxumaq
     
    Nazir: “Avropa Birliyi ölkələrində təhsilə ayrılan vəsait Azərbaycanla müqayisə oluna bilməz”
    Avropa Birliyinə üzv ölkələrdə, o cümlədən İtaliya, Litvada təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

    “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
    Bu günlərdə Litva və İtaliyada səfərdə olduğunu xatırladan M.Mərdanov bildirib ki, səfərin məqsədi həmin ölkələrin təhsil sistemi və orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətləri Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: “Hər iki ölkədə, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı dəfələrlə çoxdur, bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz. İtaliyada görüş olan zaman məndən soruşdular ki, sizdə müəllimin orta aylıq əmək haqqı nə qədərdir. Mən də onların suallarını cavablandırdım. İtaliyanın təhsil nazirinin müavini üzünü görüşdə iştirak edən müəllimlərə tutaraq dedi ki, gördünüz. Deyə bilərəm ki, orada orta aylıq əmək haqqı bizdən təqribən 2 dəfə çoxdur”.
    05.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyul.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031