Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2012
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır
    Bu gün Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, Herman van Rompey bu gün İrəvana gələcək. AB prezidentinin səfər proqramına prezident Serj Sərkisyan, parlamentin spikeri Xovik Abramyanla görüş daxildir. Herman van Rompey daha sonra Ermənistan parlamentində çıxış edəcək. Ermənistandan sonra Gürcüstana səfər edəcək AB prezidenti Gürcüstan prezidenti Mixail Saakaşvili və parlamentin sədri David Bakradze ilə görüşəcək.
    03.07.12 Məqaləni oxumaq
     
    London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib
    Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Leyla Əliyevanın iştirakı ilə 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri giriş nitqi ilə prezident İlham Əliyev açıb. Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verib. A.Rəhimov qeyd edib ki, Azərbaycan bayrağı iyulun 25-də Londonda qaldırılacaq, iyulun 28-də isə bir sıra ölkələrin iştirakı ilə Azərbaycan Günü keçiriləcək. Tədbirdə, həmçinin sərbəst güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov, atletika idman növü üzrə paralimpiya yığmasının üzvü Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış ediblər. Tədbirdə olimpiadaçılar and içiblər. Nazir deyib ki, XXX London Yay Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək: “Azərbaycan idmançıları olimpiya oyunlarına tam olaraq hazırdır”.
    03.07.12 Məqaləni oxumaq
     
    Ramil Usubov: Son 18 ildə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib
    Ölkədə cinayətkarlığa qarşı barışmaz mübarizənin başlanğıcını qoymuş 1994-cü ildən sonrakı dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Nazir xatırladıb ki, əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılıb.
    03.07.12 Məqaləni oxumaq
     
    SAM direktoru Türkiyəyə rəsmi səfərə gedib
    Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankaraya rəsmi səfərə gediblər. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Səfər müddətində F.Məmmədov Türkiyənin TRT-1 kanalının canlı proqramının qonağı olacaq. O, 3 iyulda Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə görüşəcək.
    03.07.12 Məqaləni oxumaq
     
    “İsraili yer üzündən silərik”
    İran İsraili növbəti dəfə təhdid edib. “KƏLAMİNFO” xəbər verir ki, İran Dövlət Televiziyasının xəbərinə görə, İnqilab Keşikçilərinin Hava-Kosmos Qüvvələri komandanı Əmir Əli Hacızadə İsrailin İrana hücum təhdidlərini dəyərləndirib. Hacızadə İsrailin İranla boy ölçəcək gücdə olmadığını deyib: “Sionist rejim İrana hücum edəcək gücdə olsaydı, bir an belə durmazdı”. İsraillə “Hizbullah” arasındakı “33 gün” müharibəsini xatırladan Hacızadə “Onlar Livandakı “Hizbullah” kimi kiçik bir qrupa məğlub oldular. İrana necə hücum edə bilərlər” - deyə sözlərini davam etdirib. İsrailin ABŞ olmadan belə işə əl ata bilməyəcəyini söyləyən İran rəsmisi bölgədəki bütün ABŞ hərbi bazalarının hücum mənzilində olduğunun bilindiyini qeyd edib. Vaşinqtonun belə bir yükün altına girə bilməyəcəyini vurğulayan general Hacızadə İsrailə də bu haqda dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb: “Onların belə bir cəsarəti yoxdur. Sionist rejim belə bir səhvə yol verərsə, yox olar. Onları yer üzündən silərik”.
    02.07.12 Məqaləni oxumaq
     
    Petrosyan müxalifətin prezidentliyə vahid namizəd ola bilər
    “Əgər payızda əlverişli şərait yaransa, Levon Ter-Petrosyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində Erməni Milli Konqresinin namizədi olacaq və onu digər siyasi qüvvələrin də dəstəkləyəcəyi istisna olunmur”. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bunu Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. Levon Zurabyan Serj Sakisyan hakimiyyətinə qarşı çıxan bütün siyasi qüvvələrin vahid namizəd ətrafında birləşəcəyini, bu namizədin isə Levon Ter-Petrosyan olacağını bildirib. Ermənistanda prezident seçkiləri 2013-cü ilin fevralında keçiriləcək.
    02.07.12 Məqaləni oxumaq
     
    Gənc alimlərin II respublika innovativ ideya yarmarkası keçirəcək
    İyulun 25-30-u tarixlərində Novxanı qəsəbəsində AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birlikdə “Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası” adlı tədbir keçirəcək. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir Prezident yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq. Həmin tarixlər çərçivəsində bir sıra tədbir, seminar, elmi təqdimatlar, elm müsabiqəsi, Dəyirmi masaların təşkili nəzərdə tutulub.
    02.07.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “QHT-ləri özümüzə tərəfdaş görürük”
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edir. Toplantıda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT sektorunun inkişaf etdirilməsi məqsədilə dövlətin bilavasitə təşəbbüsü sayəsində bir sıra mühüm addımlar atılıb. “Bu işlər həm qanunvericilik, həm də struktur sahəsində görülüb. Hazırkı vəziyyət bizə bu görüşün, o cümlədən bundan sonrakı səmərəli əməkdaşlığın aparılmasına kömək edəcək” - deyə A.Quliyev vurğulayıb.
    02.07.12 Məqaləni oxumaq
     
    SAM direktorunun müavini Gülşən Paşayeva Moskvada səfərdə olacaq
    İyulun 2-5-i tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Moskvada səfərdə olacaq. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. G.Paşayeva Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Strateji və Siyasi Araşdırmalar Mərkəzinin Rusiya - ABŞ Dartmut Konfransı çərçivəsində təşkil edilən beynəlxalq müşavirədə iştirak edəcək. Toplantıda Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti və həlli yolları müzakirə olunacaq. Xatırladaq ki, Dartmut Konfransı keçən əsrin ortalarında fəaliyyətə başlayıb və məqsədi regional münaqişələrin həllində ümumi mövqelərin hazırlanmasıdır. Sovet İttifaqının süqutundan sonra bu konfransın həmsədrləri ABŞ və Rusiya olub.
    02.07.12 Məqaləni oxumaq
     
    TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İllik Sessiyasında iştirak edəcək
    TÜRKPA nümayəndə heyəti 4-10 iyul tarixlərində ATƏT PA-nın Monakoda keçiriləcək 21-ci İllik Sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfərdə TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Kuanış Sultanov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə TÜRKPA baş katibi Ramil Həsənov da daxildir. Sessiya çərçivəsində bir çox ölkənin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin səfər müddətində qarşılıqlı münasibətləri müzakirə etmək məqsədi ilə TÜRKPA-ya üzv dövlətlərinin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşünün keçirilməsi də planlaşdırılır.
    02.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyul.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031