Müğənnilər əsgərlər üçün oxuyub
|
Şou-biznes nümayəndələri Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə Daxili Qoşunların əsgərləri qarşısında konsert proqramı ilə çıxış ediblər. “KƏLAMİNFO”nun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş konsertdə müğənnilər Roza Zərgərli, Samira Allahverdi, Xatun, Azad Şabanov, Elnur Məmmədov və başqaları iştirak ediblər.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Ərdoğan Lavrova cavab verdi
|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvanın Suriyanın Türkiyə təyyarəsini vurmasıyla bağlı Əsəd rejiminin tezislərini dəstəkləyən açıqlamalarını dəyərləndirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Suriyanın addımı provokasiya və ya qəsd kimi dəyərləndirilməməlidir” sözlərinə bu sözlərlə cavab verib: “Mən hörmətli Lavrovun açıqlamasının nəyə əsaslandığını bilmirəm. Dünən xarici işlər nazirimizlə etdiyi söhbətlər başqaydı. Buradakı açıqlamasında hər halda Suriya ilə apardığı danışıqlardan yola çıxaraq bir az onların diliylə danışıb”.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda Almaniya modeli əsasında peşə təhsili müəssisəsi yaradılacaq
|
Təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər.
Görüşdə Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən M.Mərdanov iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb.
Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi” (TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət nümunəsi kimi nəzərə çatdırıb.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
TQDK magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlayıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 24-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı ilə yanaşı, mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.
2012-ci il iyunun 27-dən 29-dək müsabiqə şərtlərini ödəyən bakalavrlar 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən 2012-ci il iyunun 27-dən 29-dək baxılacaq.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Ombudsmanın müşaviri Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
|
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Almatıda “İnsan Hüquqları Təsisatları və gender bərabərliyi” mövzusunda seminar təşkil edib. Tədbirdə Orta Asiya, Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin ombudsmanları, insan hüquqları təsisatlarını təmsil edən 25 ekspert iştirak edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi üzrə müşaviri S.Qəhramanova bu tədbirə qatılıb. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
ATƏT-in Gender Məsələləri üzrə Xüsusi təmsilçisi Djun Zeitlin öz çıxışında qadınların insan hüquqları üzrə beynəlxalq normaların həyata keçirilməsinin zəruriliyini, insan hüquqları üzrə təsisatların qadın hüquqları anlayışının təbliği və onların təmin olunmasının müdafiəsində mühüm rolunu qeyd edib.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü Brüsseldə qeyd edilib
|
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycanın NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi və Belçikadakı səfirliyimiz birgə Brüssel şəhərində rəsmi qəbul keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın NATO yanında nümayəndəliyindən veriblər.
Tədbirdə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akkreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş Hərbi Attaşelər və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
|
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 28-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
|
Keçmiş baş nazir korrupsiya ittihamı ilə həbsxanaya gedir
|
Rumıniya müstəntiqləri 3 polis və 1 həkimin keçmiş baş nazir Adrian Nastaseyə məsuliyyətdən yayınmağa kömək etməsi iddialarını araşdırırlar. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 62 yaşlı Nastase büdcədən 2 milyon dolları öz seçki kampaniyasına xərcləməkdə ittiham olunurdu. Polislər onu həbs etməyə gələndə özünü güllə ilə vurmuşdu. Ancaq media bu olayın qurama olduğunu və onu aparmağa gələn təcili yardım maşınında heç qan izinin olmadığını iddia edirdi. Məhkəmə Nastasenin cəzasını çəkə biləcəyinə qərar verib.
Nastase 2000-2004-cü illər arasında Rumıniyanın sol hökumətinə başçılıq edib.
|
27.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniya Senatının sədri ilə görüşüb
|
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya Senatının sədri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan veriblər.
Azərbaycan haqda həqiqətlərin çatdırılması və Kaliforniyanın qanunvericilik orqanları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ştatın paytaxtı Sakramento şəhərində səfərdə olub. Səfər çərçivəsində N.Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə görüşüb. Görüşdə Azərbaycanın hazırkı inkişafı, regionda oynadığı önəmli rol, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Azərbaycanın Kaliforniya ştatı ilə əlaqələri və digər məsələlər müzakirə olunub.
|
27.06.12 Məqaləni oxumaq
|
|
|
|