|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
Musa Qasımlı: “Böyük dövlətlərin məqsədi münaqişənin ədalətli həlli deyil”
|
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli il’ bağlı son bəyanatı əvvəlkilərdən heç nə ilə fərqlənmir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib.
O qeyd edib ki, həmsədr ölkə prezidentləri eyni bəyanatı demək olar ki, hər il təkrarlayır, qəti münasibət bildirmirlər. “Ötən il may ayında da “G-20”-nin Fransada toplaşdığı dövrdə eyni səpgili bəyanat olmuşdu və bu bəyanatın münaqişənin həlli prosesinə zərrə qədər də təsiri olmamışdı. Elə indi də o cürdür. Sadəcə, beynəlxalq vasitəçilər atəşkəsin intensiv pozulmasından narahat olublar, ona görə də belə bəyanatlarla çıxış edirlər.
|
21.06.12 Məqaləni oxumaq
|
|
|
Prezident özəl sektora çağırış etdi
|
“Şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır. İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülüb, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilib. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaq, binalar, restoranlar tikiləcək. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaq. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər – parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır”.
|
21.06.12 Məqaləni oxumaq
|
|
|
NATO əsgərləri Quranın yandırılmasına görə cəzalandırıla bilərlər
|
Hərbi təhqiqat Əfqanıstan hərbi bazasında “Qurani-Kərim”i yandırdıqlarına görə NATO-nun 7 əsgərinə qarşı inzibati cəza tətbiq olunmasını tövsiyə edib. Hadisə haqqında hesabat Pentaqona göndərilib və hazırda araşdırılır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
Əsgərlərin fevral ayında “Qurani-Kərim”i yandırması iğtişaşlara və NATO-nun Əfqanıstandakı bazalarına basqınlara səbəb olub.
|
21.06.12 Məqaləni oxumaq
|
|
|
TQDK nəticələri açıqladı
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda rayonlarında təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Nəticələr cədvəllər üzrə www.tqdk.gov.az saytında yerləşdirilib.
|
21.06.12 Məqaləni oxumaq
|
|
|
“Qaxda turizmin inkişafına hər cür dəstək verilir”
|
Son günlərdə bəzii kütləvi informasıya vasitələrində Qax rayonunda turizm fəaliyyəti ilə məşğul olan sahibkarların əsassız inçidilməsi və bu məsələlərə rayonun icra başçısı tərəfindən etinasız münasibət göstərildiyi barədə yazılar dərc edilir. “KƏLAMİNFO” Qax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq yazılanlara aydınlıq gətirib. İcra hakimiyyətindən bildirilib ki, son 2 il ərzində rayonda fəaliyyət göstərən turizm obyektlərinin heç birindən sözügedən mövzuda şikayət daxil olmayıb: “Odur ki, rayonla bağlı KİV-də getmiş materialın reallığı əks etdirmədiyi və qərəzli xarakter daşıdığını bildiririk. Eyni zamanda bildirmək istəyirik ki, respublikamızın ən dilbər güşələrindən biri olan Qax rayonunda mövcud turizm potensialının genişləndirilməsi, yeni-yeni obyektlərin inşası, xidmət çeşidlərinin artırılması, hətta kənd turizminin (fərdi evlərdə turistlərin qəbulu) inkişafı RİH-in diqqət mərkəzində saxlanılır və bu sahədə sahibkarlara hər çür dəstək verilir”.
|
21.06.12 Məqaləni oxumaq
|
|
|
Abel Məhərrəmov kursda qalan tələbələrdən danışdı
|
“Cari tədris ilində Bakı Dövlət Univesitetininin 4 minə yaxın məzunu olacaq. Bu məzunlardan 35 faizi 4 il ərzində Bakı Dövlət Univesitetini bitirə bilməyənlərdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib.
Rektor açıqlayıb ki, universiteti bitirə bilməyənlər Hüquq fakültəsində 50, riyaziyyat fakültəsində 35 faiz təşkil edir. Rektor belə tələbələrin 4 ilə kimi universiteti bitirə bilmədiklərinin səbəbini də açıqlayıb: “Bunun səbəbi Boloniya sisteminin tələbləri və metodikasından irəli gəlir. Digər səbəb isə bəzi valideynlərin Boloniya sistemi ilə bağlı məlumatı olmamasından ibarətdir. Məsələn, soruşurlar ki, mənim uşağım gəlib 4-cü kursa çıxıb, necə ola bilər ki, 1-ci kursdan onun borcu qalsın?” deyən A.Məhərrəmov izah edib ki, Boloniya prosesindəki yanaşma özü təhsil aldığı dövrdəki sistemdən fərqlidir:
|
20.06.12 Məqaləni oxumaq
|
|
|
|
|
Prezident Rusiya Dövlət Dumasının komitə sədrini qəbul edib
|
Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Leonid Slutski ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətləri MDB çərçivəsində əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.
Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
|
20.06.12 Məqaləni oxumaq
|
|
|
İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz davam edir
|
İran və dünya liderlərinin nüvə proqramıyla bağlı danışıqlardakı mövqeləri o qədər fərqlənir ki, ortaq məxrəcə gəlmək çox çətin məsələdir. Moskvada İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın 5+1 formatındakı danışıqlarından sonra Rusiya Xarici İşlər Nazirliyindən belə deyiblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, danışıqlar bu gün də davam etməlidir, amma Rusiya rəsmiləri bunun kifayət etməyəcəyini bildirirlər.
Qərb dövlətlərini təmsil edən Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton deyib ki, onlar İranın iyulun 1-dən qüvvəyə minəcək neft embarqosunu dayandırmaq şərtini qəbul etməyəcəklər.
|
20.06.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|