Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Musa Qasımlı: “Böyük dövlətlərin məqsədi münaqişənin ədalətli həlli deyil”
    “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli il’ bağlı son bəyanatı əvvəlkilərdən heç nə ilə fərqlənmir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib. O qeyd edib ki, həmsədr ölkə prezidentləri eyni bəyanatı demək olar ki, hər il təkrarlayır, qəti münasibət bildirmirlər. “Ötən il may ayında da “G-20”-nin Fransada toplaşdığı dövrdə eyni səpgili bəyanat olmuşdu və bu bəyanatın münaqişənin həlli prosesinə zərrə qədər də təsiri olmamışdı. Elə indi də o cürdür. Sadəcə, beynəlxalq vasitəçilər atəşkəsin intensiv pozulmasından narahat olublar, ona görə də belə bəyanatlarla çıxış edirlər.
    21.06.12 Məqaləni oxumaq
     
    Prezident özəl sektora çağırış etdi
    “Şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır. İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülüb, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilib. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaq, binalar, restoranlar tikiləcək. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaq. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər – parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır”.
    21.06.12 Məqaləni oxumaq
     
    NATO əsgərləri Quranın yandırılmasına görə cəzalandırıla bilərlər
    Hərbi təhqiqat Əfqanıstan hərbi bazasında “Qurani-Kərim”i yandırdıqlarına görə NATO-nun 7 əsgərinə qarşı inzibati cəza tətbiq olunmasını tövsiyə edib. Hadisə haqqında hesabat Pentaqona göndərilib və hazırda araşdırılır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi bildirib. Əsgərlərin fevral ayında “Qurani-Kərim”i yandırması iğtişaşlara və NATO-nun Əfqanıstandakı bazalarına basqınlara səbəb olub.
    21.06.12 Məqaləni oxumaq
     
    TQDK nəticələri açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda rayonlarında təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Nəticələr cədvəllər üzrə www.tqdk.gov.az saytında yerləşdirilib.
    21.06.12 Məqaləni oxumaq
     
    “Qaxda turizmin inkişafına hər cür dəstək verilir”
    Son günlərdə bəzii kütləvi informasıya vasitələrində Qax rayonunda turizm fəaliyyəti ilə məşğul olan sahibkarların əsassız inçidilməsi və bu məsələlərə rayonun icra başçısı tərəfindən etinasız münasibət göstərildiyi barədə yazılar dərc edilir. “KƏLAMİNFO” Qax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq yazılanlara aydınlıq gətirib. İcra hakimiyyətindən bildirilib ki, son 2 il ərzində rayonda fəaliyyət göstərən turizm obyektlərinin heç birindən sözügedən mövzuda şikayət daxil olmayıb: “Odur ki, rayonla bağlı KİV-də getmiş materialın reallığı əks etdirmədiyi və qərəzli xarakter daşıdığını bildiririk. Eyni zamanda bildirmək istəyirik ki, respublikamızın ən dilbər güşələrindən biri olan Qax rayonunda mövcud turizm potensialının genişləndirilməsi, yeni-yeni obyektlərin inşası, xidmət çeşidlərinin artırılması, hətta kənd turizminin (fərdi evlərdə turistlərin qəbulu) inkişafı RİH-in diqqət mərkəzində saxlanılır və bu sahədə sahibkarlara hər çür dəstək verilir”.
    21.06.12 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov kursda qalan tələbələrdən danışdı
    “Cari tədris ilində Bakı Dövlət Univesitetininin 4 minə yaxın məzunu olacaq. Bu məzunlardan 35 faizi 4 il ərzində Bakı Dövlət Univesitetini bitirə bilməyənlərdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib. Rektor açıqlayıb ki, universiteti bitirə bilməyənlər Hüquq fakültəsində 50, riyaziyyat fakültəsində 35 faiz təşkil edir. Rektor belə tələbələrin 4 ilə kimi universiteti bitirə bilmədiklərinin səbəbini də açıqlayıb: “Bunun səbəbi Boloniya sisteminin tələbləri və metodikasından irəli gəlir. Digər səbəb isə bəzi valideynlərin Boloniya sistemi ilə bağlı məlumatı olmamasından ibarətdir. Məsələn, soruşurlar ki, mənim uşağım gəlib 4-cü kursa çıxıb, necə ola bilər ki, 1-ci kursdan onun borcu qalsın?” deyən A.Məhərrəmov izah edib ki, Boloniya prosesindəki yanaşma özü təhsil aldığı dövrdəki sistemdən fərqlidir:
    20.06.12 Məqaləni oxumaq
     
    BAK üzvləri “Floriade 2012” sərgisində Azərbaycan pavilyonunu ziyarət ediblər
    Benilüks Azərbaycanlıları Konqresi Niderlandın Venlo şəhərində yerləşən "Floriade 2012" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunu ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edib.
    20.06.12 Məqaləni oxumaq
     
    Moskva Qəbələ RLS-i Bakının şərtləri ilə icarəyə götürməyəcək
    “Rusiya Azərbaycan tərəfindən irəli sürülmüş Qəbələ RLS-in icarə şərtlərini tamamilə qəbuledilməz hesab edir və heç bir zaman bu şərtləri qəbul etməyəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “İnterfaks-AVN” agentliyinə Baş Qərargahdan yüksək vəzifəli mənbə məlumat verib.
    20.06.12 Məqaləni oxumaq
     
    Prezident Rusiya Dövlət Dumasının komitə sədrini qəbul edib
    Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Leonid Slutski ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətləri MDB çərçivəsində əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
    20.06.12 Məqaləni oxumaq
     
    İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz davam edir
    İran və dünya liderlərinin nüvə proqramıyla bağlı danışıqlardakı mövqeləri o qədər fərqlənir ki, ortaq məxrəcə gəlmək çox çətin məsələdir. Moskvada İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın 5+1 formatındakı danışıqlarından sonra Rusiya Xarici İşlər Nazirliyindən belə deyiblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, danışıqlar bu gün də davam etməlidir, amma Rusiya rəsmiləri bunun kifayət etməyəcəyini bildirirlər. Qərb dövlətlərini təmsil edən Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton deyib ki, onlar İranın iyulun 1-dən qüvvəyə minəcək neft embarqosunu dayandırmaq şərtini qəbul etməyəcəklər.
    20.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930