|
Səhifələr : # 1 2 3 4 5 6 7 #
Dünyanın ən qocaman milyarderi vəfat edib
|
Sürixdə 101 yaşında dünyanın ən qocaman milyarderi Uolter Hefner vəfat edib. 101 yaşında ölən bu şəxs avtomobillərin satışı ilə məşğul olurdu. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Hefnerin ailəsi Volkswagen, Seat, Skoda və Audi avtomobillərinin İsveçrəyə gətirməklə məşğul olub. O, son günlərə qədər ofisdə olub və işlərə nəzarət edib. “Forbes” onu dünyanın ən varlı şəxsləri sırasında 248-ci sırada müəyyən etmişdi. Onun varidatı 4,3 milyard dollar həcmində müəyyən edilmişdi. İndi dünyanın ən qocaman şəxsi 97 yaşlı Devid Rokfeller olub.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Klinton Avropa turnesinə çıxıb
|
Bu gün ABŞ dövlət katibi Hillari Klinton Latviyaya gəlib. Klinton Riqada ölkə rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, daha sonra o, Sankt-Peterburqda Asiya Sakit okean Əməkdaşlıq Təşkilatının “Qadınlar iqtisadiyyatda” adlı forumunda iştirak edəcək. Rusiyada olarkən Klinton xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək. Danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
İraqda vaxtından əvvəl seçkilər keçirilə bilər
|
İraqda vaxtından əvvəl seçkilər keçirilə bilər. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nuri əl-Maliki məlumat verib. O qeyd edib ki, siyasi rəqibləri danışıqlardan imtina etdiyinə görə onun başqa seçimi yoxdur.
Şiə lideri Malikinin rəqibləri onu hakimiyyəti ələ keçirməkdə günahlandırırlar. Hakimiyyətdən uzaqlaşdırılmış sünni, kürd və bir sıra şiə liderləri bir neçə aydır ki, onun istefasını tələb edirlər.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Fərhad Məmmədov: “Ermənistan işğalçılıq siyasəti nəticəsində bu vəziyyətə düşüb”
|
Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM),“Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Gürcüstan, Ermənistan, Türkiyə və digər dövlətləri təmsil edən ekspertlər iştirak edir.
SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan uğurla inkişaf edir. Onların gələcəyə baxışlarını formalaşdırmaq üçün resursları, imkanları var.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov: Parisdə münaqişə tərəflərinə yeni təkliflər irəli sürülməyib
|
Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri arasında keçirilən görüşdə münaqişə tərəflərinə yeni təkliflər irəli sürülməyib. “KƏLAMİNFO” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz danışıqlar prosesini davam etdirəcəyik, lakin böyük sülh sazişinin yekun variantı üzərində işə başlamaq istərdik"-deyə E.Məmmədyarov vurğulayıb.
E.Məmmədyarovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun ortalarında münaqişə tərəfləri ilə danışıqları davam etdirmək üçün regiona səfər edəcəklər.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Rusiya ilə Azərbaycan arasındakı əlaqələr hər iki xalqın maraqlarına cavab verir”
|
“Bakıda keçirilən Rusiya-Azərbaycan III Regionlararası Forumun məqsədi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektlərini müzakirə etmək və bu sahədə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prioritet istiqamətləri müəyyən etməkdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir. “Rusiya postsovet məkanının ən böyük ölkəsidir və Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti var. Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həm rus, həm də Azərbaycan xalqının maraqlarına cavab verir.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Qüdrət Qurbanov: “Xəzər dənizində Azərbaycanın sualtı sərhədlərinin pozulması qeyri-mümkündür”
|
“Xəzər dənizində Azərbaycanın sualtı sərhədlərinin pozulması qeyri-mümkündür”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib.
O qeyd edib ki, İran mətbuatında onların sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. “Xəzər sularında hər hansı bir ölkənin razılaşdırılmamış sualtı qayıqları ola bilməz, bu cəfəngiyatdır” - deyə o əlavə edib.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Rusiya arasında sənədlər imzalanıb
|
Bakıda keçirilən Rusiya-Azərbaycan Regionlararası III Forumu çərçivəsində sənədlər imzalanıb. “KƏLAMİNFO” xəbər verir ki, sənədləri hər iki tərəfdən müvafiq məsul şəxslər imzalayıb.
Sənədlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında sazişi rektorlar Şəmsəddin Hacıyev və İqor Maksimçev imzalayıblar. Bundan başqa, Krasnodar vilayətində “Mətanət-A” zavodunun tikintisinə dair investisiya sazişinin reallaşdırılması çərçivəsində “Aqasa” şirkətinin Krasnodar vilayəti ərazisində rəsmi diler səlahiyyətlərinin müəyyənləşməsinə dair saziş imzalanıb. Sazişi “Mətanət-A” şirkətinin baş direktoru Elxan Bəşirov və “Aqasa” şirkətinin direktoru Georgi Aqafonov imzalayıblar.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Vladimir Çernov: “Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”
|
“Bu gün Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumda çıxış edən Rusiya Prezident Aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov bildirib. O qeyd edib ki, iki ölkə arasındakı bu münasibətlərə geniş müqavilə-hüquq bazası və fəal iqtisadi əməkdaşlıq sübutdur.
V.Çernov Rusiya ilə Azərbaycan arasında 2011-ci ildə ticarət dövriyyəsinin 3 milyard dollara yaxın olduğunu xatırladaraq deyib ki, bu, hələ son hədd deyil. “Bizim qarşılıqlı olaraq daha yüksək hədəflərimiz var” - deyə o əlavə edib.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
Elnur Aslanov: “Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir”
|
“Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalının açılışındakı çıxışı zamanı bildirib.
O qeyd edib ki, 20 faiz Azərbaycan torpağı Ermənistanın işğalı altındadır, milyonlarla qaçqın, köçkün var və bu, artıq dünya birliyində qəbul olunan real faktdır. “Baxmayaraq ki, bununla bağlı BMT-nin 4 qətnaməsi qəbul olunub, Ermənistan 20 ildir ki buna əhəmiyyət vermir, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən çıxmaqdan imtina edir” - deyə E.Aslanov vurğulayıb.
PA rəsmisi deyir ki, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması çox böyük iqtisadi təkana səbəb ola bilər və bundan dünya da yaralanar. “Amma indi Ermənistan özü də iqtisadi böhran yaşayır, çıxış yoluna yaxın olmaq əvəzinə, münaqişə bölgəsində vəziyyəti qızışdırır” - deyə o əlavə edib.
|
28.06.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|