Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Saakaşvili: “Kosovonun müstəqilliyinin tanınması düzgün deyildi”
    «Kosovonun müstəqilliyinin tanınması beynəlxalq hüquqi nöqteyi-nəzərdən düzgün deyildi». «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. O bildirib ki, Gürcüstana Kosovonun müstəqilliyini tanımağa daxili vəziyyəti mane olur. «Çox vaxt deyirdilər ki, Amerika və Rusiya eyni şeydir. Necə ola bilər? Amerika deyir ki, Gürcüstanın əraziləri azad edilməlidir, Gürcüstanda demokratiya olmalıdır. O, heç nəyi məcbur etmir ki, edəsən. Bizdə muxtariyyət var və bir çox məsələdə mövqelərimiz üst-üstə düşür. Lakin ABŞ bizə indi nəyisə məcbur əməl etməyi demir. Məsələn, Amerika Kosovonun müstəqilliyini tanıdı, Gürcüstan isə bunu etmədi. Amerika heç zaman bizim bunu etməyimiz üçün təzyiq etmədi». Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq ABŞ Gürcüstana öz siyasətini yeritməyə və müstəqil qərar qəbul etməyə imkan verir. Ən əsası, onlar istəyirlər ki, biz inkişaf edək və uğurlu olaq» - deyə Saakaşvili vurğulayıb.
    09.06.12 Məqaləni oxumaq
     
    Mübarək reanimasiyadadır
    Misirin sabiq lideri Hüsnü Mübarəkin səhhəti pisləşib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, həbsxana nəzarətçiləri həyat yoldaşı Suzanna Mübarəkin ziyarətindən sonra Mübarəkin vəziyyətinin daha da ağırlaşdığını qeyd ediblər və Daxili İşlər Nazirliyindən kömək istəyiblər. Nazirliyə bağlı mütəxəssislərdən ibarət komitə Mübarəkin ağır depressiya və travma keçirdiyini, nəfər almaqda çətinlik çəkdiyini, 5 dəfə süni tənəffüs cihazına bağlandığını açıqlayıb. Mübarəkin hərbi hospitala və ya daha yaxşı şərtləri olan özəl xəstəxanaya göndəriləcəyi bildirilir. Ömürlük həbs cəzasını çəkmək üçün Tora həbsxanasına göndərilən Mübarək daha əvvəl qaldığı tibb mərkəzinə getmək istəsə də, bu tələbi prokurorluq tərəfindən rədd edilib. Vəkilləri isə Mübarəkin səhhətinin həbsxana şəraitinə uyğun olmadığını əsas gətirərək prokurorluğun qərarından şikayət veriblər. Ən son məlumata görə, Mübarəkin Meadi Hərbi Hospitalına aparılması üçün hazırlıqlar görülür. Mübarəkin reanimasiyada olduğu bildirilir.
    09.06.12 Məqaləni oxumaq
     
    TQDK-nin daha 3 regional bölməsi yaradılıb
    Nazirlər Kabineti "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında"kı qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qərar Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib. Qərarın 1.1. 1-ci və 3-cü hissələrdə "və Quba" sözləri", Quba, Ağcabədi, Göyçay və Şirvan" sözləri ilə əvəz edilib. 1.2. 2-ci hissədə "26" rəqəmi "38" rəqəmi ilə əvəz edilib. Beləliklə, TQDK-nin əlavə 3 regional bölməsi yaradılıb. Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, bundan əvvəl TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələri olub.
    09.06.12 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Nə ermənilər ordan köçəsidir, nə də biz”
    “Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşən qaçqınların öz torpaqlarına qayıdışı o zaman mümkün olacaq ki, Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı hüquqi baza yaradılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən dinləmələrdə İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O qeyd edib ki, qaçqınların öz torpaqlarına qayıtması bütün dünyanı maraqlandıran məsələdir, çünki dünyada 43 milyonadək qaçqın olan şəxs yaşayır. “Azərbaycanda bu məsələ ilə bağlı əvvəlcədən yenidən məskunlaşma qrupları müəyyən olunmalıdır. Nə ermənilər ordan köçəsidir, nə də biz. Ona görə də biz bunun həm nəzəri, həm də praktik məsələlərini həll etməliyik” - deyə R.Aslanova vurğulayıb.
    09.06.12 Məqaləni oxumaq
     
    Vitse-spiker: “Ermənilərin atəşkəsi pozması nizamlanma ilə diametral ziddiyyət təşkil edir”
    “Son günlər təmas xəttində ermənilərin atəşkəsi ciddi şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir və problemin nizamlanmasına diametral ziddiyyət təşkil edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, problemin həllində danışıqların tərəfi olan Ermənistanın qeyri-konstruktiv mövqedə olması danışıqlar prosesindəki mövqeyi ilə real həyatdakı mövqeyinin ziddiyyət təşkil etməsinin göstəricisidir. “Ermənilərin son hərəkətləri hətta ayrı-ayrı prinsiplərin belə razılaşdırılması ilə əlaqədar əldə olunmuş nəticəni tamamilə kölgə altına qoyur və perspektivi şübhə altına alır” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker erməni tərəfinin cəbhədə intensivləşməsinin ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə əlaqəli olub-olmamasına münasibət bildirərək deyib ki, son hadisələr insanı kifayət qədər fikir söyləməyə və müxtəlif istiqamətlərdə mülahizələr irəli sürməyə vadar edir. “Amma görünən odur ki, öndə ermənilərdir. Onlar digər müxtəlif maraqların ifaçısına çevrilməkdə davam edirlər” - deyə o əlavə edib.
    09.06.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq”
    “Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın siyasi iradəsi olarsa, o zaman probleminin həllinə ciddi təsir edə bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, ABŞ-ın dünyadakı münaqişələrin həllindəki təsirindən geniş danışmağa ehtiyac yoxdur, çünki Vaşinqtonun bu proseslərdəki rolu məlumdur. “Əgər siyasi iradəsi olarsa, ABŞ-ın imkanı var ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etsin. Hillari Klintonun regiona səfəri zamanı verdiyi bəyanatlar optimistlik yaradır və ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni yanaşması müəyyən ümidlər doğurur. Bəli, bu məsələ nazirlərin Parisdə keçirəcəyi görüşdə özünü göstərəcək. Əsas odur ki, bu məsələ artıq hamını narahat etməyə başlayıb, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq” - deyə B.Muradova vurğulayıb.
    09.06.12 Məqaləni oxumaq
     
    Fransa XİN: “Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”
    Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədində yaşanan hərbi insidentlərdən narahatlığını bəyan edib. “Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” - deyə Minsk Qrupunun üzvü olan Fransanın bəyanatında bildirilib. “Tərəflər bütövlükdə BMT Bəyannaməsinin prinsiplərinə - güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyən etmə və s. sülh prosesinə bağlı olmalıdırlar” - deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb. “KƏLAMİNFO” xəbər verir ki, Fransa XİN-in saytında yerləşdirilən bəyanatda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Parisdə keçiriləcək görüşü, eləcə də Minsk Qrupu həmsədrlərinin görüşləri xatırladılır və əlavə edilib ki, “biz bu görüşlərə hazırıq”.
    08.06.12 Məqaləni oxumaq
     
    Qüdrət Həsənquliyev: “İrandan olan təhdidlər qarşısında Qərbdən heç bir dəstək görmədik”
    “Azərbaycan Qərblə əməkdaşlığa yüksək önəm verdiyi halda İrandan olan təhdidlər qarşısında heç bir dəstək görmədi. Hətta qardaş Türkiyə belə İrandan Azərbaycana olan təhdidlərlə bağlı bir dəfə də olsun bəyanat vermədi”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Bakıda keçirilən “Azərbaycan və NATO əlaqələri Çikaqo Sammitindən sonra, Perspektivlər üçün yeni imkanlar” adlı beynəlxalq konfransda Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Qüdrət Həsənquliyev bildirib. O qeyd edib ki, hətta Almaniya müasir hərbi komponentləri Azərbaycana vermək niyyəti olduğu üçün Türkiyəyə satmaqdan imtina edib. “Bundan başqa, biz tərəfdaş olduğumuz NATO-dan belə silah ala bilmirik.
    08.06.12 Məqaləni oxumaq
     
    Roland Kobia: “Konfliktin həllində başqa yol yoxdur”
    “Bu günlərdə cəbhə bölgəsində hərbçilər arasında ölüm halları baş verib. Əlbəttə, belə hallar qəbuledilməzdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda “Məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən konfransda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. R.Kobia hesab edir ki, tərəflər arasında qarşılıqlı inam olmalıdır: “İstərdik ki, bu konflikt sülh yolu ilə həll edilsin. Konfliktin həllində başqa yol yoxdur”.
    08.06.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Əsəd getməlidir”
    “Çox açıq və konkret deyirəm - Bəşər Əsəd getməlidir. O, indi öz sonunu hazırlamaqdadır". KƏLAMİNFO “Hürriyet”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Suriya prezidentiylə bağlı ən sərt çıxışlarından birini edib: “Düşünə bilirsinizmi, tankla, topla məhəllə aralarına qədər girəcək və xalqınızı öldürərək susduracaqsınız. Orada bunları, insanların yandırıldığını, boğazının kəsildiyini görürlər. Belə bir vəhşət ancaq Əsədə yaraşar”. Ərdoğan BMT-nin baş katibi Pan Ki Mun və Suriya təmsilçisi Kofi Annanın Əsədlə bağlı açıqlamalarına işarə edərək Suriyada yeni dövrün başladığını vurğulayıb: “Pan Ki Munun BMT-də etdiyi çıxış Annan planının bitdiyinin də işarəsidir. Bunlar yeni mərhələnin başlayacağının əlamətidir".
    08.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930