|
Obamanın səhiyyə islahatları planı təsdiq edilib
|
ABŞ Ali Məhkəməsi prezident Barak Obamanın səhiyyə islahatları planını təsdiq edib. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək. “KƏLAMİNFO”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmədə Obamanı planının rədd ediləcəyi gözlənilirdi. Obamanın opponentləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi sığorta almağa məcbur etməməlidir.
Məhkəmənin qərarı Barak Obamnın böyük qələbəsi və bunun onun yenidən prezident seçilmə şanslarının artması kimi qiymətləndirilir. Planın uşaqların 26 yaşınadək valideynlərinin sığortasından istifadə etməsi və xroniki xəstələrə sığorta verilməsi kimi bəzi maddələri artıq təsdiq edilib.
|
30.06.12 Məqaləni oxumaq
|
|
|
İTV-də əcnəbi seriallar subtitrlərlə verilməyəcək
|
Bu gün Milli Məclisin növbədənkənar iclasında İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Eyni halda “İctimai televiziya və radio yayımı haqqında” qanuna 11 dəyişiklik edilir.
N.Cəfərov iclasda bildirib ki, İTV-nin digər televiziya kanallarından fərqli olaraq yaradılanda üzərinə müəyyən öhdəliklər qoyulub və reklama digər kanallardan fərqli olaraq daha az yer verilir. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilib.
|
30.06.12 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq
|
Bu il müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib ki, müəllimlərin işə qəbulu regionlar üzrə keçirilməyəcək, çünki müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki prosedurlar daha təkmil formada həyata keçiriləcək: “Əsas yenilik ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddini götürdük. Yəni müəyyən bal toplamışları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq”.
|
30.06.12 Məqaləni oxumaq
|
|
|
NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
|
İyulun 5-6-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı Ceyms Appaturay Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.
NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərə qatılacaq, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihəsinin açılış mərasiminə qatılacaq. Bundan başqa, NİSA Yay Məktəbinin 1-7 iyul tarixlində keçirəcəyi “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüş keçirəcək.
|
30.06.12 Məqaləni oxumaq
|
|
|
Qənirə Paşayeva işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunu təklif edib
|
“Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma seçkilərdə və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur. Onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
|
30.06.12 Məqaləni oxumaq
|
|
|
Türkiyə Silahlı Qüvvələri vurulan təyyarə ilə bağlı açıqlama verib
|
Türkiyə Silahlı Qüvvələri Suriyada vurulan təyyarə ilə bağlı açıqlama verib. Açıqlamada axtarış və xilasetmə tədbirləri zamanı pilotlara məxsus bəzi əşyaların və təyyarənin bəzi hissələrinin tapıldığı bildirilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Baş Qərargah axtarışların 5 hərbi gəmi, bir təyyarə və dörd axtarış-xilasetmə vertolyotu ilə davam etdirildiyini söyləyib. Açıqlamada “Dərinliyi 1260 metrə yaxın olan axtarış bölgəsində hidroqrafik gəmidən başqa bir gəminin olmasına dair işlər Xarici İşlər və Müdafiə nazirlikləri ilə koordinasiyalı şəkildə həyata keçirilməkdədir” sözlərinə yer verilib. Baş Qərargah Suriyadan qaçırılan MİG-21 təyyarəsinin kodlarının Təl-Əvivdə deşifrə edilərək İncirlikdə Türkiyə Hava Qüvvələrinə aid RF təyyarəsinə ötürüldüyünə dair iddiaların isə əsasız olduğunu bəyan edib.
|
29.06.12 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: “Hələlik heç kimə qızıl və gümüş medal verilməyib”
|
“Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək. Odur ki, hələlik heç kimə qızıl və gümüş medal verilməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov deyib. Mətbuatda builki şagirdlərə medalların verilməsi ilə bağlı məlumatın yayıldığını xatırladan nazirin sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”.
Nazir həmçinin bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: “Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq”.
|
29.06.12 Məqaləni oxumaq
|
|
|
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı artırılıb
|
2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı ötən tədris ilinə nisbətən artırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, qəbul planında ciddi dəyişiklik yoxdur və artım daha çox ehtiyac duyulan ixtisaslar üzə edilib.
Nazir orta təhsil müəssisələrində saxta diplomlarla bağlı araşdırmaların davam etdirildiyini də söyləyib.
M.Mərdanov elektron hökumət çərçivəsində nazirlik tərəfindən ediləcək yenilikləri də açıqlayıb. Bir neçə istiqamət üzrə işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, hazırda xaricdə təhsil alan ölkə vətəndaşlarının diplomlarının tanınması və nostrifikasiyasının elektron versiyası hazırlanır. O, peşə təhsili müəssisələrinə qəbulla bağlı elektron versiyanın da hazırlandığını qeyd edib.
|
29.06.12 Məqaləni oxumaq
|
|
|
Kembric Universitetində ilk dəfə Azərbaycanla bağlı tədbir keçirilib
|
Dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə Azərbaycanla bağlı tədbir keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, Odlar Yurdu təşkilatının Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyilə Kembric Universitetində təşkil etdiyi “Azərbaycan günü” adlı konfransa 100-ə yaxın alim qatılıb.
|
29.06.12 Məqaləni oxumaq
|
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|