Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir
    Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklər barədə komitə sədri Əli Hüseynli məlumat verib. Dəyişikliklərə görə, Məcəllənin 38-1 maddəsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq olunur.
    20.06.12 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi Xəzər dənizi üzərində uçuşlar keçirir
    Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində və Xəzər dənizi üzərində uçuş peşəkarlığının artırılması məqsədi ilə təlim-məşq uçuşları yerinə yetirilir. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı FHN yayıb. Təlim-məşq uçuşlarında nazirliyin “Mİ-17” və “Ka-32” tipli 2 ədəd vertolyotu və “BE-200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edir.
    20.06.12 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 20-də Füzuli rayonu Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Antal Herdiç keçirəcəklər.
    20.06.12 Məqaləni oxumaq
     
    Bakıda “Kinoşok” festivalının qalib filmlərinin nümayişi başlayıb
    Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və MDB-yə üzv, Latviya, Litva və Estoniyanın “Kinoşok” Açıq Kino Festivalı Bakıda festivalın qalib filmlərini nümayiş etdirəcək. “KƏLAMİNFO”nun məlumatına görə, festivalın yaranma tarixinin 20 illiyinə həsr olunan tədbirdə “Kinoşok”u təmsil edən bir qrup kino sənətkarı da iştirak edəcək. Dörd filmdən ibarət yubiley proqramının açılışı artıq rejissor Rüstəm Abdraşevin (Qazaxıstan) “Dirçəliş adası” filmi ilə baş tutub. Saat 21:00-da isə rejissor Yuriy Mamin (Rusiya-Fransa) “Parisə pəncərə” filmi nümayiş olunacaq. Bu gün həmçinin saat 18.00-da tədbirin qonaqları Nizami Kino Mərkəzinin Mətbuat Klubunda mətbuat konfransı keçirəcək. Sabah isə saat 19:00-da rejissor Yusup Razıkov (Özbəkistan) “Natiq” filmi, saat 21:00-da isə rejissor Şarunas Bartas (Litva-Rusiya-Fransa) “Avrasiyalı” filmi göstəriləcək.
    19.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan Mədəniyyəti Türkiyədə nümayiş olunur
    Ankarada “CerModern” İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, hər iki ölkənin mədəniyyət və turizm nazirləri tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsdikdən sonra vurğulanıb ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən həyata keçirilir. “Bu tədbir, əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişdir. Çünki Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir”-deyə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib.
    19.06.12 Məqaləni oxumaq
     
    Suriyada vəziyyət gərgin olaraq qalır
    Suriyada vəziyyət gərgin olaraq qalır. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələrinin Duma şəhərinə raket zərbələri endirməsi nəticəsində 8 nəfər öldürülüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bölgədə çəkilmiş həvəskar kadrlarda yaşayış məntəqələrini raket zərbələri sonrasında dağılmış görüntüləri yayımlanıb. Ərəb Liqasının baş katibi Nəbil Əl-Ərəbi bildirib ki, Suriyada atəşkəsə nail olmaq məqsədilə bu ölkəyə sülhməramlı qüvvələrin yeridilməsi hazırkı vəziyyətdə vacib addımlardan biridir. Onun sözlərinə görə, BMT-nin müşahidəçi missiyası iğtişaşlara son qoya bilmədiyi üçün bu ölkə ilə bağlı mandatını dəyişməlidir. “Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanını görüşləri daha vacibdir. Tərəflər zorakılıqlara son qoyulması üçün ortaq qərara gəlməlidir” - deyə Nəbil Əl-Ərəbi bildirib.
    19.06.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov Litvada səfərdədir
    Azərbaycanın təhsil naziri Misir Mərdanov Litvada rəsmi səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, iyunun 22-dək davam edəcək səfər zamanı bir sıra məsələlər müzakirə olunacaq. Səfər zamanı iki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivləri, ali məktəblər arasında münasibətlər, tələbə mübadiləsi, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili və digər məsələlər müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq. Həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə bağlı tanışlıq və bu sahə ilə bağlı fikir mübadiləsi olacaq.
    19.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanda uşaq pornoqrafiyası yayanların cəzaları artırılır
    Bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin iclasında Cinayət məcəlləsinə yeni təkliflər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə komitə sədri Əli Hüseynli məlumat verib. Müzakirəyə çıxarılan yeni 171-1 maddəsinə görə, uşaq pornoqrafiyasını yaymaq, reklam etmək, satmaq, başqasına vermək, göndərmək, təklif etmək, əldə edilməsinə şərait yaratmaq, yaxud yaymaq və ya reklam etmək məqsədi ilə hazırlamaq, əldə etmək və ya saxlamaq 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
    19.06.12 Məqaləni oxumaq
     
    Kibercinayətlərə görə cəzalar sərtləşdirilir
    Bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliyə görə kompyuter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirməyə görə, həmin məlumatları saxtalaşdırma, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompyuter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliyə görə, qeyd olunan qanun pozuntuları iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetməyədək cəzalandırılır.
    19.06.12 Məqaləni oxumaq
     
    “Böyük Bakı” ilə bağlı ictimai müzakirələr təşkil olunacaq
    Bu il iyul ayının sonunda “Böyük Bakı” regional inkişaf planının növbəti mərhələsi ilə bağlı ictimai müzakirələr təşkil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib. O qeyd edib ki, “Böyük Bakı” deyildikdə Sumqayıtdan Ələtədək Abşeron yarımadasını əhatə edən təxminən 280 min hektar ərazi nəzərdə tutulur. “Müzakirələrdə inkişaf əraziləri, hansı yerlərdə hansı tikintinin aparılması nəzərdə tutulması müzakirə olunacaq” - deyə D.Dövlətxanov vurğulayıb.
    19.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930