Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Prezident uşaq bağçaları ilə bağlı xüsusi tapşırıqlar verib
    Uşaq bağçaları ilə bağlı görüləsi işlər hələ çoxdur. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı bildirib. Ölkə başçısı qeyd edib ki, uşaq bağçalarının, burada olan uşaqların sayı qaneedici deyil: “Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyil. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur.
    22.06.12 Məqaləni oxumaq
     
    Prezident: “Metro stansiyalarının tikintisi sürətləndirilməlidir”
    “Nəqliyyat sahəsində müsbət meyillər müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Bu da dünya miqyasında nadir, bir sistemdir. Yeni avtobuslar, yeni taksilər gətirilir. Bütün bunlar insanların rahatlığı üçün edilir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. “Metronun Uzunmüddətli İnkişaf Planı”nın qəbul edildiyini deyən dövlət başçısı qeyd edib ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı 70-ə çatdırılacaq: “Nəzərə alsaq ki, bizim indi 23 stansiyamız var, onlardan üçü son illər ərzində tikilib.
    22.06.12 Məqaləni oxumaq
     
    Mübarək həbsxanaya qayıtmayacaq?
    Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin səhhəti ciddi şəkildə nəzarətdədir. Ürəyinin dayanmasından sonra tənəffüs cihazına bağlanan Mübarək hərbi hospitala yerləşdirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hökumət məsələyə dair açıqlama verməyib. Xəstəxanadakı mənbələr isə vəziyyəti nisbətən yaxşılaşan Mübarəkin reanimasiyada olduğunu bildiriblər. Mübarəkin bundan sonra hərbi xəstəxanada qalacağı və həbsxanaya qayıtmayacağı təxmin edilir. Daha əvvəl Tora həbsxanasında atasına baş çəkən Camal Mübarəkin isə hərbi hospitalda qalmasına icazə verilməyib.
    22.06.12 Məqaləni oxumaq
     
    Hacıbala Abutalıbov: “Bakıda 198 məktəb və 161 uşaq bağçası Dövlət Proqramına daxil edilib”
    Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının bir illik yekunlarına həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, təsdiq olunmuş sosial-iqtisadi inkişaf proqramına əsasən, 2011-ci ildə adı çəkilən regionun 55 məktəbində tam əsaslı təmir işləri aparılıb, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılıb: “51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılıb, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunub. 2011-ci ilin proqramında asfalt yolların əsaslı təmiri və yenidən qurulması, müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi diqqət mərkəzində olub”.
    22.06.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Bakıda bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir”
    “Su və kanalizasiya məsələlərinin həlli əsas diqqəti cəlb etməlidir. Çünki bu problem bütün dövrlərdə aktual idi. Biz isə bu problemi köklü şəkildə həll etmək əzmindəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. Prezident bildirib ki, Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir: “Müəyyən işlər görülüb, daha da böyük işlər görülməlidir ki, ən müasir standartlara cavab verən sistem yaradılsın. Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və “Azərsu” şirkətinin yeni təklifləri imkan verəcək ki, biz Bakının su problemlərini köklü şəkildə həll edək”.
    22.06.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununu təsdiqləyib
    Prezident İlham Əliyev Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu qanun əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir. Qanun Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil ediləcək. Azərbaycanda belə hal olmadığından, bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunacaq. Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib. Qanun 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən “keçmiş prezident” Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib.
    22.06.12 Məqaləni oxumaq
     
    PA rəsmisi: “Azərbaycan və Türkmənistan ortaq nöqtələr tapacaqlar”
    “Düşünürəm ki, Azərbaycan və Türkmənistanın müvafiq qurumları iki ölkə arasında yaşanan anlaşılmazlığı aradan qaldıracaqlar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər Türkmənistan və Azərbaycan arasında Xəzər dənizində yaşanmış gərginliyə münasibət bildirərkən söyləyib. PA rəsmisi qeyd edib ki, Türkmənistan və Azərbaycan dost və tərəfdaş dövlətdirlər: “Hər iki ölkəni bir-biri ilə bağlayan iqtisadi, siyasi, sosial dəyərlər və birgə maraqlar var. Xəzər dənizi üzrə və MDB çərçivəsində hər iki ölkənin əməkdaşlıq müstəvisi var. Hesab edirəm ki, bu son anlaşılmazlıq da aradan qalxacaq və tərəflər ortaq nöqtələr tapacaqlar”. Ə.Həsənovun sözlərinə görə, mövcud diplomatik notalar, təqdimatlar beynəlxalq hüququn normalarına uyğundur: “Ona görə də düşünürəm ki, bu məsələdə ciddi qarşıdurma yaşanmayacaq. Həm Azərbaycan, həm də Türkmənistan tərəfinin mütəxəssisləri masa arxasında oturaraq bu məsələnin nöqtəsini qoyacaqlar”.
    22.06.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “İlk növbədə həmsədr ölkələr ortaya qəti iradə qoymalıdırlar”
    “Biz ATƏT-in həmsədr ölkələrindən qəti addımların atılmasını tələb edirik. İlk növbədə onlar ortaya qəti iradə qoymalıdırlar və tərəfləri bu iradəyə sövq etməlidirlər. O iradə beynəlxalq hüquq normalarına söykənməlidir. Beynəlxalq hüquq normalarının da beynəlxalq aləmdə Azərbaycana və Ermənistana ayırdığı bəlli hüquq və səlahiyyətlər, öhdəliklər var”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatına münasibət bildirərkən söyləyib.
    22.06.12 Məqaləni oxumaq
     
    “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma qrupu. 3 (8)
    Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi

    Demokratik, müstəqil, hüquqi, dünyəvi və unitar dövlət çərçivəsində qurub yaradan Azərbaycanda bələdiyyələrin yaradılması və təşəkkül tapması obyektiv zərurətdən irəli gələn qanunauyğunluqdur. Demokratik cəmiyyətimizin Konstitusiyasının tələblərinə uyğun olaraq sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi, idarəçilik sahəsində də ciddi keyfiyyət dəyişiklikləri baş verir. Dövlət idarəçiliyi ilə yanaşı, yerli özünüidarəetmə orqanları da fəaliyyət göstərir. Bu özü də demokratikləşmənin dəyərli bəhrəsi və ən bariz nümunəsidir.
    21.06.12 Məqaləni oxumaq
     
    Ollandın sevgilisi səhvini etiraf edib
    Fransa prezidenti Fransua Ollandın sevgilisi Valeri Trierveilerin “Twitter”də yazdığı mesaj aranı qarışdırıb. Trierveiler Ollandın keçmiş sevgilisi və 4 uşağının anası olan Seqolen Royalın əleyhinə mesaj yazmaqla səhv etdiyini boynuna alıb. “KƏLAMİNFO” xəbər verir ki, “Le Parisien” qəzeti jurnalist sevgilinin seçkilərin ikinci turunda deputatlığa namizəd olan sosialist Royalı deyil, onun rəqibini dəstəkləyən mesaj yazdığını xəbər verir. Qəzetin xəbərinə görə, Trierveiler yaxın bir rəfiqəsinə bu mesajın səhv olduğunu etiraf edib. Ollandın sevgilisi bundan sonra daha diqqətli olacağını, ancaq “Twitter” hesabını da bağlamayacağını deyib. Qeyd edək ki, mərkəz sağ partiyası sosialistlərin arasında yaşanan bu problemi “Yelisey Sarayı indidən “Dallas” serialına döndü” deyə tənqid etmişdi.
    21.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930