|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Portuqaliyanın xarici işlər naziri Azərbaycanda rəsmi səfərdədir
|
Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Paulo Sakadura Kabral Portas Azərbaycanda rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Paulo Sakadura Kabral Portasın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovla, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə, nəqliyyat naziri Ziya Məmmədovla, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla və Dövlət Neft Şirkətinin Vitse-Prezidenti Elşad Nəsirovla görüşləri nəzərdə tutulur.
İyulun 28-də isə Paulo Sakadura Kabral Portas Xarici İşlər Nazirliyində səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək.
|
27.06.12 Məqaləni oxumaq
|
|
|
Elnur Aslanov: “Yeganə yol odur ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən çəkilsin”
|
“İndiki halda Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə yol odur ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən çəkilsin”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib.
O qeyd edib ki, Ermənistanın siyasəti masa arxasından qaçmağa deyil, bölgədə sülhün və sabitliyin yaranmasına istiqamətlənməlidir. “Nə qədər ki, Ermənistan və Ermənistan rəhbərliyi öz xalqının gələcəyi, bu ölkədə yaşayan sadə insanların iqtisadi tərəqqisi naminə bölgədə sülhün və sabitliyin yaranmasında maraqlı olmayacaq, o zamana qədər bu ölkə rəhbərliyi ilə danışıq aparmaq çox çətin olacaq” - deyə PA rəsmisi vurğulayıb.
|
27.06.12 Məqaləni oxumaq
|
|
|
“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi. Araşdırma – 4 (9)
|
"Mədəni qatlarda" şəhərsalma - İçərişəhər
Azərbaycan xalqının ictimai-iqtisadi həyatını, onun maddi və mənəvi mədəniyyətini – irsini olduğu kimi təqdim etmək üçün orta əsrlərdə şəhərsalma və şəhər həyatının düzgün araşdırılıb ictimaiyyətə çatdırılması vacib şərtlərdəndir. Mənbələr, eləcə də tarixi və arxeoloji materiallar göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və sıx əhaliyə malik olan iri yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir. Bakının kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində neft və duz kimi sərvətlərin olması mühüm əhəmiyyət daşıyır.
|
27.06.12 Məqaləni oxumaq
|
|
|
Bu gün AŞPA-nın yay sessiyası başlayır
|
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayır. Sessiyada Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər. Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada demokratiyanın cari vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
|
26.06.12 Məqaləni oxumaq
|
|
|
SAM-in direktoru Türkiyədə rəsmi səfərdədir
|
Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən 25-26 iyun tarixlərində “Yeni vizyon axtarışı: ölkə perspektivləri” mövzusunda forumda iştirak etmək üçün İstanbula rəsmi səfərə gedib. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, keçiriləcək forumun məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçmişdəki fəaliyyətini qiymətləndirmək və gələcək fəaliyyət istiqamətləri haqqında tövsiyələr verməkdən ibarətdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümünün də qeyd ediləcəyi tədbirin birinci günü dövlət və hökumət başçılarının sammiti, ikinci günü isə Azərbaycan, Gürcüstan, Yunanıstan, Rumıniya, Moldova, Bolqarıstan, Serbiya, Albaniya, Türkiyə ekspertlərinin iştirakı ilə forumdan ibarət olacaq.
|
26.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan və Gürcüstan prezidentləri görüşəcək
|
Azərbaycan və Gürcüstan prezidentləri - İlham Əliyev və Mixail Saakaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iyunun 26-27-də İstanbulda keçiriləcək sammitində iştirak edəcəklər. “KƏLAMİNFO” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, sammit çərçivəsində Mixail Sakaşvilinin bir sıra ölkələrin – Azərbaycan, Türkiyə, Moldova prezidentləri ilə təkbətək görüşü olacaq.
|
26.06.12 Məqaləni oxumaq
|
|
|
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 4 (8)
|
EKOLOJİ GƏRGİNLİK QLOBAL PROBLEM KİMİ
Son illər planetimizi narahat edən problemlərdən biri də dünyada ekoloji gərginliyin artması, ekoloji tarazlığın pozulmasıdır. Qlobal problemə çevrilən mövcud durum dünyanın düşünən beyinlərini olduqca diqqətli və həssas olmağa çağırır. Müharibələrin mənfi təsiri, sənaye, nəqliyyat tullantıları və digər bu kimi zəhərli kimyəvi maddələrin atmosferi çirkləndirməsi nəticəsində pozulmuş ekoloji tarazlıq indi bəşəriyyət qarşısında həlli çətin olan problemə çevrilib.
|
25.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Suriya tərəfindən Türkiyəyə məxsus təyyarənin vurulmasını pisləyir
|
“Azərbaycan Suriya tərəfindən Türkiyəyə məxsus təyyarənin vurulmasını pisləyir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayeva bildirib.
XİN rəsmisi bildirir ki, bu hal heç də gərginliyin azaldılmasına səbəb olmur. “Bu məsələ müfəssəl şəkildə araşdırılmalıdır. Biz daim qardaş Türkiyənin yanındayıq və daim yanında da olacağıq. Türkiyənin mövqeyini daim dəstəkləyəcəyik. Biz dünya ictimaiyyətini bu məsələni birgə araşdırmağa çağırırıq” - deyə E.Abdullayev vurğulayıb. XİN rəsmisi deyib ki, bu, Suriya- NATO yox, Suriya-Türkiyə arasında yaranmış gərginlikdir.
Qeyd edək ki, ötən gün Türkiyəyə məxsus təyyarə Suriya tərəfindən vurulub.
|
25.06.12 Məqaləni oxumaq
|
|
|
Azay Quliyev Antonella Valmorbida ilə görüşüb
|
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) direktoru Antonella Valmorbida ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Şuradan veriblər.
Görüşdə A.Quliyev A.Valmorbidaya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf mərhələləri, eləcə də rəhbərlik etdiyi Şuranın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, ölkəmizdə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində həyata keçirilən QHT layihələrinin səmərə əmsalı ildən-ilə artır, ölkənin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq daha da güclənir.
Görüşdə Şura ilə ALDA arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, baş ofisi Fransada yerləşən ALDA beynəlxalq təşkilatı dünyanın əksər ölkələrində öz nümayəndəlikləri vasitəsilə təmsil olunur.
|
25.06.12 Məqaləni oxumaq
|
|
|
Sənədlərini düzgün tərtib et, bürokratik əngəllərdən xilas ol!
|
Son illlər əlillərin mənzil və avtomobillə təminatı istiqamətində dövlət tərəfindən müvafiq işlər görülür. Lakin bir çox hallarda sənədlərini düzgün tərtib etməyən əlil insanlar müvafiq dövlət qurumlarında problemlərlə qarşılaşırlar. Belə olan təqdirdə haqsız olaraq bürokratik əngəllərin mövcudluğunu əsas gətirərək narazılıq edirlər. Düzdür, bəzən bürokratik əngəllərlə qarşılaşan əlillərin haqlı olan tərəfləri də var. Lakin sənədlərin düzgün tərtib ediləcəyi təqdirdə əlil insanların obyektiv olmaları gec-tez ortaya çıxacaq. Bütün bunları nəzərə alaraq əlil insanların mənzil, avtomobil almaları, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat məsələlərində hansı sənədlərin tələb olunması barədə məlumatı diqqətə çatdırırıq.
|
23.06.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|