|
Səhifələr : # 16 17 18 19 20 21 22 23 24 #
Elin Süleymanov: “Eurovision-2012” bütün dünyaya Azərbaycanın uğurlarını nümayiş etdirdi”
|
“Eurovision-2012” müsabiqəsi bütün dünyaya Azərbaycanın uğurlarını və həyata keçirdiyi dəyişiklikləri nümayiş etdirdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Washington Times” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, mahnı yarışması 40 ölkənin nümayəndələrinə respublikanın SSRİ dağıldıqdan sonra nə qədər böyük yol keçdiyini görməyə imkan vermiş oldu.
Səfir bununla yanaşı bildirib ki, Bakı ABŞ-ın Xəzər regionunda enerji layihələrinin bələdçisidir və bunun bariz nümunəsi kimi Bakı-Ceyhan boru xəttini göstərmək olar.
|
04.06.12 Məqaləni oxumaq
|
|
|
Şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adları açıqlanıb
|
Azərbaycanda şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adları açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, mayın əvvəlində ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala rayonunun bütün məktəbləri buraxılış imtahanından azad ediliblər. Həmin məktəblərin şagirdlərinin attestat qiymətləri illik qiymətləri əsasında müəyyənləşəcək.
M.Abbaszadə deyib ki, zəlzələ nəticəsində məktəblərin qəzalı vəziyyətdə olması, dərslərin vaxtından əvvəl dayandırılması və şagirdlərin əksəriyyətinin evlərinin də qəzalı vəziyyətdə olması səbəbindən Qax və Balakən rayonlarında da bəzi məktəblərin şagirdləri imtahandan azad ediliblər. Balakən rayonunda Qarahacılı, Katex və Püştətala kənd orta məktəblərinin, Qax rayonunda isə 9 kəndin - Ləkit, Zərgə, Güllük, Kötüklü, Qarağan, Dəmyə-Dağlı, Meşəbaşı, Lələpaşa və Lələli kənd orta məktəblərinin şagirdləri buraxılış imtahanlarından azad ediliblər.
|
02.06.12 Məqaləni oxumaq
|
|
|
BMT-nin dəstəyi olmadan Suriyaya müdaxilə ola bilməz
|
Pentaqon şefi Leon Panetta Suriyaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı vəziyyəti şərh edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o bildirib ki, BMT-nin dəstəyi olmadan hər hansı hərəkət ola bilməz.
Mayın 31-də Suriya hakimiyyəti Houla qəsəbəsindəki dinc adamların ölümünə görə silahlı müxalifəti ittiham edib. Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurası Houlada baş verənlərə görə Suriya hakimiyyətini günahlandırıb.
|
02.06.12 Məqaləni oxumaq
|
|
|
“İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər edilir
|
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna təklif olunan dəyişikliklərə görə, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Təklif səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olundu.
|
02.06.12 Məqaləni oxumaq
|
|
|
Ümumvətəndaşlıq pasportları 10 iş gününə veriləcək
|
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
Dəyişikliklərə əsasən, ümumvətəndaşlıq pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir. Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.
|
02.06.12 Məqaləni oxumaq
|
|
|
Məleykə Abbaszadə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq etdi
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ona bəzi valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparması barədə məlumatlar çatıb. "Mənə məlumatlar gəlib çatıb ki, valideynlər sığortalanmaq üçün məktəb direktorlarına yaxınlaşıblar. Onlar da həmin valideynlərə vəd veriblər ki, narahat olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin rəsmi şəxsləri imtahan prosesinə müdaxilə edə biləcəklər" - deyə M.Abbaszadə bildirib.
TQDK sədri qeyd edib ki, məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri nə imtahanların keçirilməsində, nə də onların nəticələrinin qiymətləndirilməsində iştirak edəcəklər və bu proseslərə müdaxilə də edə bilməzlər.
Qeyd edək ki, sabahdan ölkə ərazisində buraxılış imtahanlarının keçirilməsinə başlanılır.
|
02.06.12 Məqaləni oxumaq
|
|
|
Avropa Birliyinin prezidenti Herman van Rompey Azərbaycana gəlir
|
Avropa Birliyinin (AB) prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.
R.Kobia deyib ki, səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
|
Misirdə fövqəladə vəziyyət rejimi ləğv olunur
|
Bu gündən Misirdə fövqəladə vəziyyət rejimi ləğv olunur. Fövqəladə vəziyyət 1981-ci ildə - prezident Ənvər Sadatın öldürülməsindən sonra qüvvəyə minmişdi. “KƏLAMİNFO” Lenta.ruya istinadən xəbər verir ki, bu qayda 30 ildən artıq idi fəaliyyət göstərirdi.
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner fövqəladə vəziyyət rejiminin ləğvini demokratiya yolunda daha bir addım adlandırıb.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
Afrika ölkələrinə satılan dərmanların saxtadır
|
Yeni açıqlanan hesabatda Cənubi Afrika və Böyük Səhraaltı Afrika ölkələrinə vəba xəstəliyinə qarşı satılan dərmanların çox hissəsinin ya saxta, ya da keyfiyyətinin çox aşağı olduğu bildirilib. Ekspertlər bunun son on ildə vəbanın qarşısının alınması sahəsində əldə edilən tərəqqini təhlükə altına almasından əlavə, vəbanı yaradan parazitlərin bu dərmanlara müqavimət göstərəcəyini deyirlər. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, araşdırmalarda iştirak edən Milli Səhiyyə İnstitutundan Georika Nayyar bunun böyük problem olduğunu deyib: “Bizim bu dərmanların harada və necə istehsal edildiyi barədə lazımi məlumatımız yoxdur. Lakin bu dərmanlar yerli mağazalarda satılır, hətta onlardan xəstəxanalarda istifadə edilir”.
Hər il dünyada vəbadan bir milyona qədər insan ölür.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 16 17 18 19 20 21 22 23 24 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|