Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Əli Əhmədov Yaponiya səfirini qəbul edib
    Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni partiyanın mənzil qərargahında qəbul edib.YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 20 illiyindən, bu illər ərzində iki ölkə arasındakı əməkdaşlıq istiqamətləri və onların uğurlu nəticələri haqqında danışılıb. Səfir qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək. Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.
    14.06.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Avropa Parlamenti nüfuzunun qorunmasında kifayət qədər qeyri-dəqiqliyə yol verir”
    “Son vaxtlar bəzi beynəlxalq təşkilatların, xüsusilə də Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycanla bağlı mövqelərinin qərəzli olmasını onlar tələskənlikləri ilə də büruzə verirlər”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edir ki, onlar son vaxtlar qəribə bir vərdiş ediblər, yəni Azərbaycanda baş verən hadisələrə elə həmin gün Avropa Parlamentinin mövqeyi olur. “Sanki elə bil bizim yanımızdadırlar. Amma başqa məsələlərdə isə Azərbaycan xəritə üzərində böyük ərazilərin böyük faciələrini anlatmalı olur.
    14.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüş keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığına səfəri çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti Peter Tomka ilə görüş keçirib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Peter Tomka Elmar Məmmədyarovu səmimi salamladıqdan sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işləri və məhkəmə sistemində edilən islahatlar barədə məlumat verərək, Azərbaycanın məhkəmənin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Elmar Məmmədyarov Azərbaycanın demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini qeyd edib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
    14.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov senator Rene van der Lindenlə görüş keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya Nazirliyinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, Senator Rene van der Lindenlə görüş keçirib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, senator Rene van der Linden Azərbaycanın regionda aparıcı dövlət olduğunu, ölkədə bütün sahələrdə gedən islahatlar və inkişafı böyük maraqla izlədiyini nəzərə çatdıraraq, cari ilin 6-7 iyun tarixlərində Bakıda keçirilmiş “Xəzər Beynəlxalq neft və qaz Konfransı”na qatıldığını və uğurlu keçən səfər çərçivəsində prezident İlham Əliyev və yüksək vəzifəli dövlət nümayəndələri ilə görüşlər keçirdiyini bildirib. Səfərdən gözəl təəssüratlarla və yeni əməkdaşlıq ideyaları ilə qayıtdığını qeyd edən van der Linden, Elmar Məmmədyarovun Niderland Krallığına etdiyi səfərdən və keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra iki dövlət arasında münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirib. Elmar Məmmədyarov Azərbaycanda gedən islahatlardan, ikitərəfli siyasi və iqtisadi əlaqələrdən, gələcək perspektiv layihələrdən söhbət açaraq, Rene van der Lindeni iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə tövhə verməyə çağırıb.
    14.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Niderland Krallığındakı Səfirliyimizin yeni binasının açılış mərasiminə qatılıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Niderland Krallığına səfəri çərçivəsində Niderland Krallığındakı Səfirliyimizin yeni binasının açılış mərasimi keçirilib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycanın mülkiyyəti olan, 2000 kvadrat metr ərazidə yerləşən və 3 binadan ibarət Səfirlik kompleksi, Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar kemirilməsi və filmlərin nümyişi üçün xüsusi təchiz edilmiş video-zal, diplomatik heyətin iş otaqları və Səfirin igamətgahı yerləşir. Səfirliyin həyatyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılıb. Tədbiri Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov açaraq, səfirliyin fəaliyyəti barədə qısa məlumat verib və tədbir iştirakçılarını bir daha salamlayıb.
    14.06.12 Məqaləni oxumaq
     
    AŞPA həmməruzəçiləri Azərbaycanda aparılan islahatlarla bağlı fikirlərini açıqlayıblar
    Bu gün Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    14.06.12 Məqaləni oxumaq
     
    Məşğulluq və əməyin mühafizəsi
    Son 8 ildə yeni yaradılan iş yerlərinin sayı bir milyonu ötmüş, işsizliyin səviyyəsi daha da azalaraq 5,4 faizə enmişdir. Yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq cari ilin əvvəlində 7,6 faizə düşmüşdür. Cari ilin ilk rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 6 173 nəfər işsiz və iş axtaran vətəndaş münasib işlə təmin olunmuş, 738 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilmişdir.
    13.06.12 Məqaləni oxumaq
     
    “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilib
    Milli Məclisin bu gün keçirilən iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliklərə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında qanunla məhkəmə, istintaq, təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada monitorinq orqanına, kommersiya hüquqi şəxsin digər təsisçilərinə və şəxsin razılığı ilə üçüncü şəxsə verilə bilər. Müzakirələrdən sonra qanuna dəyişikliklər səsə qoyularaq qəbul olunub.
    13.06.12 Məqaləni oxumaq
     
    “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər qəbul edilib
    Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Müzakirələr zamanı deputat Aqil Abbas bildirib ki, qeyd olunan dəyişikliklərin müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanunla tərs mütənasiblik təşkil edəcək. “Mən dəyişikliklərin əleyhinə deyiləm, amma bunun “Diffamasiya haqqnda” qanunla uyğunluğu necə olacaq?” - deyə o əlavə edib.
    13.06.12 Məqaləni oxumaq
     
    TÜRKPA-nın III plenar sessiyasının proqramı təsdiqlənib
    Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Qırğızıstanın Bişkek şəhərində 14-15 iyunda keçiriləcək III plenar sessiyasının proqramı təsdiq olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. İyunun 14-də baş tutacaq Assambleya Şurasının III iclasında dörd daimi komissiyanın katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək. İyunun 15-də keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasında isə üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son bir illik fəaliyyətinin təqdimatı olacaq, bundan başqa, Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələlər, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Həmçinin iclasda komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaq.
    13.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930