|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Suriyanın Milli Şurasına yeni rəhbər seçildi
|
Suriyanın xaricdəki əsas müxalifət qrupu Əbdülbəset Siedanı yeni rəhbər təyin edib. İstanbulda keçirilən səsvermə şənbə günü axşamdan başlayaraq, bazar günü səhərədək davam edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, kürd alim Sieda müxbirlərlə söhbəti zamanı deyib ki, Suriyanın Milli Şurasının əlavə müxalifətçilərin də cəlb edilməsi ilə islahatlara ehtiyacı var. 50 yaşlarında olan Sieda İsveçdə yaşayır. Şuranın üzvləri onun konsensus qüvvəsi adlandırır. O, ötən ay istefa verən Bürhan Qaliunu əvəz edəcək.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
Fərhad Hacıyev Strasburqda səfərdədir
|
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş üzrə proqram komitəsinin növbəti iclasında iştirak edəcək. Azərbaycan Gənclər Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, iclas 11-14 iyun tarixlərində Fransanın Strasburq şəhərində keçiriləcək.
F.Hacıyev səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlər sırasında Avropa Gənclər Fondunun rəhbəri Jan Klod Lazaro və Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə görüşlər nəzərdə tutulub. Görüşlərin məqsədi Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumatı çatdırmaq və gələcəkdə birgə əməkdaşlıq haqqında razılığa gəlməkdir.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
Brüsseldə Azərbaycanla NATO arasında “28+1” formatında məsləhətləşmələr keçiriləcək
|
İyunun 12-də NATO-nun Brüsseldə yerləşən Mənzil Qərargahında Azərbaycanın Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədi və tərəfdaşlıq məqsədlərinin müzakirə edilməsi məqsədilə Şimali Atlantika Şurasının 28+1 formatında məsləhətləşmələr keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan tərəfindən tədbirdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə müvafiq dövlət qurumları mütəxəssislərindən ibarət nümayəndə heyəti iştirak edəcək.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gəlir
|
Sabah AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexin Bakıya səfəri başlayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib.
O qeyd edib ki, həmməruzəçilərlə Milli Məclisdə görüş keçiriləcək. “Görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq”-deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, həmməruzəçilər Bakıda ədliyyə naziri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Ali Məhkəmənin sədri, baş prokuror, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, həmçinin dini icmaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin Qubaya səfər edəcək və orada yerli hakimiyyət orqanları və QHT-lərlə görüş keçirəcəklər.
Səfər iyunun 14-də başa çatacaq.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
Avropa operatorları beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı təklif edirlər
|
Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı və trafiki provayderlərin şəbəkəsində artıq yükləmə yaradan iri internet-şirkətlərindən (məsələn Google və ya Facebook kimi) ödəniş almağı təklif edib. “KƏLAMİNFO”nun məlumatına görə, ETNO təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) göndərib və layihə 2012-ci ilin dekabrına təyin edilən iclasda müzakirə ediləcək.
Assosiasiya telekommunikasiya sahəsinin beynəlxalq telekommunikasiya reqlamenti tərəfindən tənzimləndiyini, ona son dəyişikliklərin 1988-ci ildə edildiyini, sənədin isə zamanın tələblərinə cavab vermədiyini bildirir.
ETNO üzvləri qeyd edirlər ki, müasir şəbəkələr vasitəsilə böyük həcmli trafik ötürülür. Ötürməni təmin etmək üçün provayder keyfiyyətli infrastruktur yaratmalıdır. İnfrastrukturun tikilməsi və inkişafı isə öz növbəsində böyük vəsait tələb edir.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda səfərdədir
|
Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, B.Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Səfər çərçivəsində B. Kalyoncunun daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşü planlaşdırılır. B. Kalyoncunun, həmçinin, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşləri gözlənilir.
Səfər iyunun 13-dək davam edəcək.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
|
“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma qrupu. 2 (7)
|
Bələdiyyələrin səlahiyyət problemi
Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi yenə gündəliyə gəlib. Şübhəsiz, Milli Məclisdə “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi” haqqında qanun layihəsi qəbul olunmayınca belə olacaq. Amma qanunun qəbul olunması hələ problemi həll etmək demək deyil. Məsələnin əsas tərəfi budur ki, bunun üçün hazırda hansısa ictimai zəmin varmı? Çünki normalda onlar heç öz səlahiyyətlərinin öhdəsindən tam gələ bilmirlər. Əlavə səlahiyyətlər verib onları yükləməyə nə ehtiyac var? Digər tərəfdən, hələ də bələdiyyələrlə digər strukturlar arasında səlahiyyət bölgüsündə boşluqlar qalır. Buna görə də, iş prosesində bir çox hallarda bələdiyyələrlə digər qurumlar arasında toqquşmalara rast gəlinir. Elə həmsöhbət olduğumuz ekspertlər də bələdiyyələrin səlahiyyətlərindən danışarkən bu məsələni xüsusi vurğuladılar.
|
11.06.12 Məqaləni oxumaq
|
|
|
“NATO Azərbaycan ilə əməkdaşlıqdan razıdır”
|
“NATO Azərbaycan ilə əməkdaşlıqdan razıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahua bildirib. Lahua bunu onunla daha çox əsaslandırıb ki, Azərbaycan Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlarda NATO-ya böyük kömək edir. “Azərbaycanla münasibətlər inkişaf edir və biz onların gələcəkdə də inkişaf etməsini istəyirik. NATO Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlarda iştirak etmir, ancaq ATƏT-in Minsk qrupuna dəstək göstərir” - deyə V.Lahua vurğulayıb.
O, Azərbaycanın Qoşulmayanlar Hərəkatına qoşulmasına toxunaraq deyib ki, bu, Azərbaycanın öz seçimidir və onun NATO ilə münasibətlərinə heç bir təsir göstərməyəcək.
|
09.06.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “İt qorxusundan hürər”
|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cəbhə bölgəsində baş verən insidentlər və Ermənistan rəhbərliyinin bəyanatına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov münasibətini əvvəlcə xalq deyimi ilə ifadə edib: “Xalq arasında xoşagəlməz bir deyim var. Bu mənim leksikonuma aid deyil, amma ermənilər üçün onu deyəcəm. Xalq arasında deyilir ki, “it qorxusundan hürər”. Onların hərəkəti təxminən buna bənzəyir” - deyən Ə.Həsənov cəbhə bölgəsində baş verənləri ermənilərin növbəti təxribatı olduğunu söyləyib.
Onun sözlərinə görə, yəqin ki, bu təxribatlar Hillari Klintonun da səfəri ilə əlaqədardır: “Ola bilər ki, ermənilərə himayədarlıq edən bəzi dövlətlər burada təşkilatı işlərdə iştirak edirlər. Hər halda ermənilər bununla bir daha dünya ictimaiyyətinə iç üzlərinin açıb göstərirlər” - deyə Ə.Həsənov əlavə edib.
|
09.06.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|