Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Obamanın səhiyyə islahatları planı təsdiq edilib
    ABŞ Ali Məhkəməsi prezident Barak Obamanın səhiyyə islahatları planını təsdiq edib. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək. “KƏLAMİNFO”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmədə Obamanı planının rədd ediləcəyi gözlənilirdi. Obamanın opponentləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi sığorta almağa məcbur etməməlidir. Məhkəmənin qərarı Barak Obamnın böyük qələbəsi və bunun onun yenidən prezident seçilmə şanslarının artması kimi qiymətləndirilir. Planın uşaqların 26 yaşınadək valideynlərinin sığortasından istifadə etməsi və xroniki xəstələrə sığorta verilməsi kimi bəzi maddələri artıq təsdiq edilib.
    30.06.12 Məqaləni oxumaq
     
    İTV-də əcnəbi seriallar subtitrlərlə verilməyəcək
    Bu gün Milli Məclisin növbədənkənar iclasında İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Eyni halda “İctimai televiziya və radio yayımı haqqında” qanuna 11 dəyişiklik edilir. N.Cəfərov iclasda bildirib ki, İTV-nin digər televiziya kanallarından fərqli olaraq yaradılanda üzərinə müəyyən öhdəliklər qoyulub və reklama digər kanallardan fərqli olaraq daha az yer verilir. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilib.
    30.06.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq
    Bu il müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir deyib ki, müəllimlərin işə qəbulu regionlar üzrə keçirilməyəcək, çünki müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki prosedurlar daha təkmil formada həyata keçiriləcək: “Əsas yenilik ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddini götürdük. Yəni müəyyən bal toplamışları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq”.
    30.06.12 Məqaləni oxumaq
     
    NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
    İyulun 5-6-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı Ceyms Appaturay Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərə qatılacaq, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihəsinin açılış mərasiminə qatılacaq. Bundan başqa, NİSA Yay Məktəbinin 1-7 iyul tarixlində keçirəcəyi “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüş keçirəcək.
    30.06.12 Məqaləni oxumaq
     
    Qənirə Paşayeva işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunu təklif edib
    “Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma seçkilərdə və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur. Onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
    30.06.12 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələri vurulan təyyarə ilə bağlı açıqlama verib
    Türkiyə Silahlı Qüvvələri Suriyada vurulan təyyarə ilə bağlı açıqlama verib. Açıqlamada axtarış və xilasetmə tədbirləri zamanı pilotlara məxsus bəzi əşyaların və təyyarənin bəzi hissələrinin tapıldığı bildirilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Baş Qərargah axtarışların 5 hərbi gəmi, bir təyyarə və dörd axtarış-xilasetmə vertolyotu ilə davam etdirildiyini söyləyib. Açıqlamada “Dərinliyi 1260 metrə yaxın olan axtarış bölgəsində hidroqrafik gəmidən başqa bir gəminin olmasına dair işlər Xarici İşlər və Müdafiə nazirlikləri ilə koordinasiyalı şəkildə həyata keçirilməkdədir” sözlərinə yer verilib. Baş Qərargah Suriyadan qaçırılan MİG-21 təyyarəsinin kodlarının Təl-Əvivdə deşifrə edilərək İncirlikdə Türkiyə Hava Qüvvələrinə aid RF təyyarəsinə ötürüldüyünə dair iddiaların isə əsasız olduğunu bəyan edib.
    29.06.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Hələlik heç kimə qızıl və gümüş medal verilməyib”
    “Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək. Odur ki, hələlik heç kimə qızıl və gümüş medal verilməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov deyib. Mətbuatda builki şagirdlərə medalların verilməsi ilə bağlı məlumatın yayıldığını xatırladan nazirin sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”. Nazir həmçinin bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: “Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq”.
    29.06.12 Məqaləni oxumaq
     
    Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı artırılıb
    2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı ötən tədris ilinə nisbətən artırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, qəbul planında ciddi dəyişiklik yoxdur və artım daha çox ehtiyac duyulan ixtisaslar üzə edilib. Nazir orta təhsil müəssisələrində saxta diplomlarla bağlı araşdırmaların davam etdirildiyini də söyləyib. M.Mərdanov elektron hökumət çərçivəsində nazirlik tərəfindən ediləcək yenilikləri də açıqlayıb. Bir neçə istiqamət üzrə işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, hazırda xaricdə təhsil alan ölkə vətəndaşlarının diplomlarının tanınması və nostrifikasiyasının elektron versiyası hazırlanır. O, peşə təhsili müəssisələrinə qəbulla bağlı elektron versiyanın da hazırlandığını qeyd edib.
    29.06.12 Məqaləni oxumaq
     
    Kembric Universitetində ilk dəfə Azərbaycanla bağlı tədbir keçirilib
    Dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə Azərbaycanla bağlı tədbir keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, Odlar Yurdu təşkilatının Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyilə Kembric Universitetində təşkil etdiyi “Azərbaycan günü” adlı konfransa 100-ə yaxın alim qatılıb.
    29.06.12 Məqaləni oxumaq
     
    Parlamentdə hökumətlərarası sənədlər ratifikasiya edilib
    Milli Məclisin bu gün keçən növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökumətlərarası sənədlər ratifikasiya edilib.
    29.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930