Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Elşad İsgəndərov: Komitə fəaliyyətini Azərbaycanın inkişafına yönəldən bütün qurumlarla dialoqa hazırdır
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bütün sağlam - həm müsəlman, həm digər icmalarla, Azərbaycan dövlətçiliyini özlərinə doğma bilən, ona sadiq olan, fəaliyyətini Azərbaycanın inkişafına yönəldən bütün qurumlarla dialoqa hazırdır və bunu aparmağa cəhd edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib.
    Onun sözlərinə görə, komitənin əsas fəaliyyəti bu sahədə profilaktik işlə məşğul olmaqdan, Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində işlərdən ibarət olacaq. Bu istiqamətdə həm ideoloji, həm təbliğati, həm də təşkilati məsələlərlə məşğul olacağıq.
    05.06.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: "Bu onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil”
    Ermənistanın son diversiya əməliyyatı uzun illər ərzində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
    “Ermənistan bu gün status-kvonu saxlamağa çalışır, bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif təxribatlara cəhd edir”-deyə E.Aslanov vurğulayıb. Onun sözlərinə görə, uzun illərdir Ermənistan irassional mövqe tutaraq danışıqlar prosesini uzadır, qeyri-adekvat mövqe tutur.
     "Bu, onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil" -deyə PA rəsmisi əlavə edib.
    E.Aslanov deyib ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.
    05.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Bu münaqişə öz-özünə həll olunan deyil”
    “Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər cəbhə xəttindəki gərginlik, ölüm halları olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Qazaxda cəbhə xəttində ermənilərin atəşi nəticəsində 5 azərbaycanlı hərbçinin öldürülməsinə münasibət bildirərkən deyib. “Bu münaqişə öz-özünə həll olunan deyil” qənaətində olan nazir: “Odur ki, Ermənistan rəhbərliyi bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenilənmiş Madrid prinsipləri əsasında hansısa razılıq əldə edilməli və sonra böyük sülh sazişi imzalanmalıdır” çağrışıyla Ermənistan rəhbərliyinə müraciət edib.
    05.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Parisdə görüşəcəklər
    Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iyunun 18-də Parisdə görüşəcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
    Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə cəbhə xəttində son günlər baş verən insidentlər müzakirə olunacaq.
    05.06.12 Məqaləni oxumaq
     
    Klinton: “Gücdən istifadə Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz”
    Yerevanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton xəbərdarlıq edib ki, Azərbaycanla Ermənistan arasında gərginlik sərhəd boyu münaqişələrə səbəb ola bilər. Ermənistanda prezident Serj Sarkisyan və başqa rəsmilərlə görüşündə Azərbaycanın daxilində etnik erməni separatçı region olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə dair müzakirələr aparıb. Klinton bildirib ki, vəziyyətin təhlükəli gərginləşməsindən və itkilərdən son dərəcə narahatdır. Dövlət katibi Azərbaycan və Ermənistanı mübahisələri güc yolu ilə həll etmək cəhdindən çəkinməyə çağırıb.
    05.06.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır”
    “Dəfələrlə demişəm, bu gün də deyirəm: Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır, o cümlədən də iqtisadi sahədə, çünki iqtisadi müstəqillik olmadan siyasi müstəqillik ola bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda XIX beynəlxalq neft-qaz sərgisinin açılışında çıxışı zamanı bildirib.
    05.06.12 Məqaləni oxumaq
     
    Obama təbrik məktubu göndərib
    ABŞ Prezidenti Barak Obama Bakıda keçirilən XIX beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2012” sərgisi iştirakçılarına və Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubu sərginin bugünkü açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub.
    Məktubda Barak Obama bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. ABŞ Prezidenti məktubunda Azərbaycan ilə ABŞ-ın diplomatik münasibətlərinin qurulmasının 20 illiyini vurğulayıb, ötən illər ərzində Azərbaycanın bu münasibətlərdə vacib rol oynadığını bildirib.
    05.06.12 Məqaləni oxumaq
     
    Prezident: “Neft ehtiyatlarımız 50, qaz ehtiyatlarımız isə 100 ildən çox istifadə oluna bilər”
    “Bizim neft ehtiyatlarımız 50 ildən çox, qaz ehtiyatlarımız isə 100 ildən çox hələ bizə xidmət edəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda açılışı olan XIX beynəlxalq neft-qaz sərgisində bildirib.
    Neft-qaz siyasətinin Azərbaycan üçün məqsəd yox, vasitə olduğunu deyən ölkə başçısı qeyd edib ki, hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. “Azərbaycanın böyük qaz ehtiyatları var və bu ehtiyatlar bundan sonra hələ 100 il istifadə oluna bilər.
    05.06.12 Məqaləni oxumaq
     
    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 1 (5)
    Azərbaycanda ətraf mühit:  132 ölkə arasında dünyada 2-ci

    Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə 132 ölkə arasında dünyada 2-ci, mövcud ekoloji vəziyyətə görə 111-ci yeri tutub.  2012-ci ilin yanvarında ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksində bildirmişlər ki, sənəddə 132 dövlət arasında 2 istiqamət - ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri üzrə qiymətləndirmə aparılmışdır.
    05.06.12 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: Milli Məclis yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərib
    “Milli Məclisin yaz sessiyası öz işini uğurla başa vurdu. Sessiya dövründə ölkəmizin inkişafı naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin yaz sessiyasının fəaliyyətinə münasibət bildirərkən deyib. S.Novruzov bildirib ki, qəbul olunmuş qanunvericilik aktları bütün sferaları əhatə edir. Onun sözlərinə görə, xüsusilə qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Çünki bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir. “Ona görə də, hesab edirəm ki, Azərbaycan parlamenti yaz sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb.
    05.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930