Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    “Eurovision–2013” – Stokholm, Gothenburq və ya Malmoda
    İsveçin Milli Televiziyasında Lorinin qalibiyyətindən bir neçə gün sonra təşkil edilən görüşdə Martin Österdahl “Eurovision” Mahnı Müsabiqəsi 2013-ün icraçı prodüseri təyin olunub. “KƏLAMİNFO”nun məlumatına görə, 38 yaşlı Martinin televiziya, musiqi və mətbuat sahəsində böyük təcrübəsi var. O, 2007-ci ildə İsveçin “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisini müəyyən edən Melodifestivalen yarışmasında layihə meneceri və münsiflər heyətinin sədri olub. “Bu işin mənə həvalə olunmasına görə fəxr edirəm. Biz çalışacağıq ki, gələn ilin may ayında televiziyada çox yaddaqalan anlar yaşadaq” - deyə Martin Österdahl bildirib. Müsabiqənin keçiriləcəyi məkan hələlik dəqiq məlum olmasa da, Avropanın ən nüfuzlu televiziya şousuna ev sahibliyi etməyə iddialı üç şəhərin adı çəkilir. Bunlar İsveçin paytaxtı Stokholm, ölkənin əsas sənaye və mədəniyyət mərkəzləri hesab edilən Gothenburq və Malmo şəhərləridir.
    05.06.12 Məqaləni oxumaq
     
    Putin Asiya ölkələrinə səfərə çıxıb
    Rusiya prezidenti Vladimir Putin bu gün Asiya ölkələrinə 4 günlük səfərə çıxır. O, səfər çərçivəsində Özbəkistan, Çin və Qazaxıstanda olacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onun Daşkəndə səfəri zamanı Özbəkistanın MDB azad ticarət zonasına daxil olması ilə bağlı memorandum imzalanacağı gözlənilir. Vladimir Putin Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə də qatılacaq. O, sammit çərçivəsində Əfqanıstan prezidenti Həmid Kərzayi və İran prezidenti Mahmud Əhmədinejadla da görüşməlidir. Putinin regiona səfəri iyunun 7-də Astana səfərilə yekunlaşacaq. Bu görüşlərdə ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
    05.06.12 Məqaləni oxumaq
     
    YAP Gənclər Birliyi «Universal gənclik» layihəsi həyata keçirir
    Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yeni layihələrin icrasına başlayıb. Bunlardan biri də «Universal gənclik» layihəsidir. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, layihənin əsas məqsədi YAP Gənclər Birliyində daha aktiv fəaliyyət göstərən gənclər üçün müxtəlif istiqamətlərdə mühazirələr təşkil etməkdən ibarətdir. Mühazirələr ölkəmizin nüfuzlu elm xadimləri tərəfindən təqdim olunur. Layihə çərçivəsində ötən şənbə günü YAP Gənclər Birliyinin ofisində BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimov «Dağlıq Qarabağ və erməni terrorizmi» mövzusunda mühazirə oxuyub. Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb.
    05.06.12 Məqaləni oxumaq
     
    İyunun 12-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək
    İyunun 12-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. O qeyd edib ki, iclasda “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ikinci oxunuşda təkrar səsverməyə çıxaracaq. “Ümumilikdə parlamentin həmin gün keçiriləcək iclasında 10 məsələ müzakirəyə çıxarılacaq. Gündəliyə Şəhərsalma və Tikinti Məcəlləsi (ikinci oxunuş), “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna, “İnformasiya əldə etmək haqqında” qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər salınıb” - deyə A.Təvəkküloğlu vurğulayıb.
    05.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Çexiyaya gedib
    Bu gün Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülər Əhmədova, qrupun üzvləri Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev bu ölkənin paytaxtı Praqaya səfər edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Səfər Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti ilə həyata keçirilir. Deputatlarımız burada ölkə parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, Senatın və Deputatlar Palatasının rəhbərliyi, dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Söhbətlər zamanı parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaq. Səfər iyunun 7-də başa çatacaq.
    04.06.12 Məqaləni oxumaq
     
    Tarixə Nənələr Günü də yazıldı
    “Eurovision–2012”-nin ən yadda qalan iştirakçıları “Buranovskiye babuşki” qrupu öz vətənlərini layiqincə təmsil etmələri səbəbindən Udmurtiyada onların şərəfinə tarixi gün elan olunub. “KƏLAMİNFO”nun məlumatına görə, Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra elə həmin tarix – 26 May Nənələr Günü elan olunub. Qeyd edək ki, hazırda nənələr qastrola hazırlaşır. Möhtəşəm müsabiqədə ikincilik qazanan nənələr yay ərzində Latviyada, Belarusda olacaq. Qrup Junior “Eurovision 2012”-nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.
    04.06.12 Məqaləni oxumaq
     
    Əhməd Cavadın 120 illik yubiley tədbiri qeyd ediləcək
    Böyük Azərbaycan şairi, tərcüməçi, tanınmış ictimai xadim Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yubiley mərasimi zəngin və rəngarəng proqramla tərtib olunub. Məşhur sənət adamları şair haqqında danışacaq, şeirlərdən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Qeyd edək ki, Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olub və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşayır. Əhməd Cavad Azərbaycanın dövlət himninin sözlərinin müəllifidir.
    04.06.12 Məqaləni oxumaq
     
    Elldən “Progressive House” janrında tam yeni mahnı
    Odlar Yurdu Azərbaycanın paytaxt Bakıda mükəmməl keçirilən “Eurovision–2012” mahnı müsabiqəsindən dərhal sonra bu mötəbər yarışmanın qalibi Eldar Qasımov öz yeni musiqi layihəsinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, müğənni sıx qastrolları və iş qrafikinə baxmayaraq, artıq iki aydır ki “I’m Free” adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Ell bu mahnının onda tamamilə yeni hisslər yaşatdığını etiraf edib: “Mənim üçün bu layihə, bu mahnı tam yeni bir hissdir. Mən heç vaxt bu üslubda oxumamışam və buna görə də “Progressive House” musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Mən özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu bir imtahan kimidir”. Qeyd edək ki, mahnının müəllifləri Ell özü, “AzeriLife Music Entertainment” prodüserlik mərkəzi – DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.
    04.06.12 Məqaləni oxumaq
     
    Mübarəkin məhkəmə qərarı apellyasiya ediləcək
    Misirin dövlət prokurorluğu bəyan edib ki, Hüsnü Mübarək, onun oğulları və təhlükəsizlik rəsmilərinin məhkəmə qərarları apellyasiya ediləcək. “KƏLAMİNFO” “Lenta.ru”-ya istinadən xəbər verir ki, prokurorluq Mübarəkin ölüm cəzasına məhkum edilməsini tələb edirdi. Mübarəkin müdafiə komandası da apellyasiya məhkəməsinə müraciət ediləcəyini bəyan edib. Qeyd edək ki, Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum olunub. O, hökumət əleyhinə nümayiş keçirən yüzlərlə insanın qətlində ittiham edilirdi. Misirin sabiq daxili işlər naziri Həbib Əl-Ədli də ömürlük həbs cəzasına məhkum olunub. Mübarəkin korrupsiya ittihamları altında olan iki oğluna isə bəraət qazandırılıb.
    04.06.12 Məqaləni oxumaq
     
    Hafiz Hacıyev od püskürdü: “Əli Kərimli və İsa Qəmbərlə bağlı əlimizdə xeyli fakt var, hamısını açacam...”
    “Təəssüf ki, müxalif partiya olaraq özünü “ana müxalifət” adlandıran AXCP və Müsavat partiyaları ilə danışıqlarımız onların rəhbərlərinin xəyanəti ucbatından uğursuz, səmərəsiz alındı”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, həmin partiyaların rəhbərləri İsa Qəmbər və Əli Kərimli imkan vermirlər ki, Azərbaycanda sağlam müxalifət, sağlam qüvvələr bir araya gəlsin.
    04.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930