Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Suriyanın Milli Şurasına yeni rəhbər seçildi
    Suriyanın xaricdəki əsas müxalifət qrupu Əbdülbəset Siedanı yeni rəhbər təyin edib. İstanbulda keçirilən səsvermə şənbə günü axşamdan başlayaraq, bazar günü səhərədək davam edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, kürd alim Sieda müxbirlərlə söhbəti zamanı deyib ki, Suriyanın Milli Şurasının əlavə müxalifətçilərin də cəlb edilməsi ilə islahatlara ehtiyacı var. 50 yaşlarında olan Sieda İsveçdə yaşayır. Şuranın üzvləri onun konsensus qüvvəsi adlandırır. O, ötən ay istefa verən Bürhan Qaliunu əvəz edəcək.
    11.06.12 Məqaləni oxumaq
     
    Fərhad Hacıyev Strasburqda səfərdədir
    Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş üzrə proqram komitəsinin növbəti iclasında iştirak edəcək. Azərbaycan Gənclər Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, iclas 11-14 iyun tarixlərində Fransanın Strasburq şəhərində keçiriləcək. F.Hacıyev səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlər sırasında Avropa Gənclər Fondunun rəhbəri Jan Klod Lazaro və Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə görüşlər nəzərdə tutulub. Görüşlərin məqsədi Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumatı çatdırmaq və gələcəkdə birgə əməkdaşlıq haqqında razılığa gəlməkdir.
    11.06.12 Məqaləni oxumaq
     
    Brüsseldə Azərbaycanla NATO arasında “28+1” formatında məsləhətləşmələr keçiriləcək
    İyunun 12-də NATO-nun Brüsseldə yerləşən Mənzil Qərargahında Azərbaycanın Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədi və tərəfdaşlıq məqsədlərinin müzakirə edilməsi məqsədilə Şimali Atlantika Şurasının 28+1 formatında məsləhətləşmələr keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan tərəfindən tədbirdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə müvafiq dövlət qurumları mütəxəssislərindən ibarət nümayəndə heyəti iştirak edəcək.
    11.06.12 Məqaləni oxumaq
     
    AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gəlir
    Sabah AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexin Bakıya səfəri başlayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib. O qeyd edib ki, həmməruzəçilərlə Milli Məclisdə görüş keçiriləcək. “Görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq”-deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, həmməruzəçilər Bakıda ədliyyə naziri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Ali Məhkəmənin sədri, baş prokuror, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, həmçinin dini icmaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin Qubaya səfər edəcək və orada yerli hakimiyyət orqanları və QHT-lərlə görüş keçirəcəklər. Səfər iyunun 14-də başa çatacaq.
    11.06.12 Məqaləni oxumaq
     
    Avropa operatorları beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı təklif edirlər
    Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı və trafiki provayderlərin şəbəkəsində artıq yükləmə yaradan iri internet-şirkətlərindən (məsələn Google və ya Facebook kimi) ödəniş almağı təklif edib. “KƏLAMİNFO”nun məlumatına görə, ETNO təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) göndərib və layihə 2012-ci ilin dekabrına təyin edilən iclasda müzakirə ediləcək. Assosiasiya telekommunikasiya sahəsinin beynəlxalq telekommunikasiya reqlamenti tərəfindən tənzimləndiyini, ona son dəyişikliklərin 1988-ci ildə edildiyini, sənədin isə zamanın tələblərinə cavab vermədiyini bildirir. ETNO üzvləri qeyd edirlər ki, müasir şəbəkələr vasitəsilə böyük həcmli trafik ötürülür. Ötürməni təmin etmək üçün provayder keyfiyyətli infrastruktur yaratmalıdır. İnfrastrukturun tikilməsi və inkişafı isə öz növbəsində böyük vəsait tələb edir.
    11.06.12 Məqaləni oxumaq
     
    Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda səfərdədir
    Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, B.Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib. Səfər çərçivəsində B. Kalyoncunun daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşü planlaşdırılır. B. Kalyoncunun, həmçinin, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşləri gözlənilir. Səfər iyunun 13-dək davam edəcək.
    11.06.12 Məqaləni oxumaq
     
    “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ilk mərhələsi başa çatmaq üzrədir
    Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsi artıq ilkin mərhələsini başa çatdırmaq üzrədir. “KƏLAMİNFO” xəbər verir ki, layihə çərçivəsində keçən iki il müddətində müasir sərhəd idarəçiliyi tətbiqi sahəsində bir sıra uğurlara imza atılıb.
    11.06.12 Məqaləni oxumaq
     
    “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma qrupu. 2 (7)
    Bələdiyyələrin səlahiyyət problemi

    Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi yenə gündəliyə gəlib. Şübhəsiz, Milli Məclisdə “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi” haqqında qanun layihəsi qəbul olunmayınca  belə olacaq. Amma qanunun qəbul olunması hələ problemi həll etmək demək deyil. Məsələnin əsas tərəfi budur ki, bunun üçün hazırda hansısa ictimai zəmin varmı? Çünki normalda onlar heç öz səlahiyyətlərinin öhdəsindən tam gələ bilmirlər. Əlavə səlahiyyətlər verib onları yükləməyə nə ehtiyac var?  Digər tərəfdən, hələ də bələdiyyələrlə digər strukturlar arasında səlahiyyət bölgüsündə boşluqlar qalır. Buna görə də, iş prosesində bir çox hallarda bələdiyyələrlə digər qurumlar arasında toqquşmalara rast gəlinir. Elə həmsöhbət olduğumuz ekspertlər də bələdiyyələrin səlahiyyətlərindən danışarkən bu məsələni xüsusi vurğuladılar.
    11.06.12 Məqaləni oxumaq
     
    “NATO Azərbaycan ilə əməkdaşlıqdan razıdır”
    “NATO Azərbaycan ilə əməkdaşlıqdan razıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahua bildirib. Lahua bunu onunla daha çox əsaslandırıb ki, Azərbaycan Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlarda NATO-ya böyük kömək edir. “Azərbaycanla münasibətlər inkişaf edir və biz onların gələcəkdə də inkişaf etməsini istəyirik. NATO Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlarda iştirak etmir, ancaq ATƏT-in Minsk qrupuna dəstək göstərir” - deyə V.Lahua vurğulayıb. O, Azərbaycanın Qoşulmayanlar Hərəkatına qoşulmasına toxunaraq deyib ki, bu, Azərbaycanın öz seçimidir və onun NATO ilə münasibətlərinə heç bir təsir göstərməyəcək.
    09.06.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “İt qorxusundan hürər”
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cəbhə bölgəsində baş verən insidentlər və Ermənistan rəhbərliyinin bəyanatına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov münasibətini əvvəlcə xalq deyimi ilə ifadə edib: “Xalq arasında xoşagəlməz bir deyim var. Bu mənim leksikonuma aid deyil, amma ermənilər üçün onu deyəcəm. Xalq arasında deyilir ki, “it qorxusundan hürər”. Onların hərəkəti təxminən buna bənzəyir” - deyən Ə.Həsənov cəbhə bölgəsində baş verənləri ermənilərin növbəti təxribatı olduğunu söyləyib. Onun sözlərinə görə, yəqin ki, bu təxribatlar Hillari Klintonun da səfəri ilə əlaqədardır: “Ola bilər ki, ermənilərə himayədarlıq edən bəzi dövlətlər burada təşkilatı işlərdə iştirak edirlər. Hər halda ermənilər bununla bir daha dünya ictimaiyyətinə iç üzlərinin açıb göstərirlər” - deyə Ə.Həsənov əlavə edib.
    09.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930