Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Artur Rasizadə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
    ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Baş nazir Artur Rasizadə bu il Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi ilinin tamam olduğunu diqqətə çatdırıb.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Artur Rasizadə bu səfərin münaqişənin həlli istiqamətində müəyyən rol oynayacağına ümidvar olduğunu bildirib.
    15.06.12 Məqaləni oxumaq
     
    ATƏT 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək niyyətindədir
    ATƏT müşahidəçiləri 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək niyyətindədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor bildirib.

    O qeyd edib ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün dəvət gözləyirlər. ATƏT sədri növbəti prezident seçkilərində də ötən illərdəki seçkilərdə əldə olunan nailiyyətlərin təkrarlanmasına ümidvar olduğunu bildirib.
    B.Muradova isə bildirib ki, ATƏT kimi bütün beynəlxalq təşkilatlar seçkiləri izləmək üçün dəvət olunacaq. “Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir. Bu bizim üçün vacib amildir” - deyə o əlavə edib.
    15.06.12 Məqaləni oxumaq
     
    NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib
    NATO-nun Mənzil-Qərargahında bəzi tərəfdaş dövlətlərin iştirakı ilə NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib. Azərbaycanın NATO yanındakı nümayəndəliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda aparılan müdafiə islahatları, qarşılıqlı əməkdaşlıq və NATO qüvvələri ilə uyarlılıq məsələləri müzakirə edilib və Alyans əməliyyatlarına Azərbaycanın töhfəsi yüksək qiymətləndirilib. Xatırladaq ki, bu görüş NATO ekspertlərindən ibarət qrupun cari ilin 9-13 aprel tarixlərində ölkəmizə səfərinin nəticələrinə əsasən həyata keçirilib. Görüşdə Azərbaycanın Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlar və NATO yanında Nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
    15.06.12 Məqaləni oxumaq
     
    Mədəniyyətin təbliği üçün bloqçu gənclər hazırlanır
    “Azərbaycan mədəniyyətinin və həqiqətlərinin təbliğində internetdən və bloqçuluqdan istifadənin öyrədilməsi” mövzusunda gənclərə peşəkarlar təlim keçirlər. Təlimləri həyata keçirən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, artıq bu çərçivədə 30 gənc mədəniyyətin təbliğində internetdən istifadə və bu işdə bloqçuluq etməklə bağlı bilgiləndirilib.

    Hal-hazırda isə onlara bloq yaratma vərdişləri aşılanır. Müxtəlif universitetləri təmsil edən 30 tələbə layihənin mövzusuna uyğun olaraq təlim keçir və mədəniyyətimizin internet məkanında təbliği istiqamətində kadr kimi hazırlanır. Təlimlər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyilə “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi çərçivəsində keçirilir.
    15.06.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş olub
    Bu gün Milli Məclisdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Görüşdə AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, qonaqlara ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi istiqamətində görülən işlərdən söhbət açıb. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyon qaçqının hüquqlarının pozulduğunu və beynəlxalq qurumların bu məsələyə lazımi diqqət göstərmədiyini qeyd edib. S.Seyidov ölkəmizin Avropa Şurası ilə ikitərəfli əlaqələrinin bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğuladı. Öz növbəsində Pedro Aqramunt Font de Mora səmimi görüşə görə minnətdarlığını bildirib. Görüş ikitərəfli dialoq şəkilində davam etdirilib.
    15.06.12 Məqaləni oxumaq
     
    Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçiriləcək
    İnsan Hüquqları Günü, Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və ölkəmizin YUNESKO-ya üzv olmasının 20 illiyi münasibətilə Müvəkkil tərəfindən 18-20 iyun tarixlərində “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusuna həsr edilən Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, YUNESKO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 xarici qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər. Bunlardan Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə ilk dəfə olaraq Ombudsmanların Bakı konfransına qatılırlar.
    15.06.12 Məqaləni oxumaq
     
    ABŞ Senatında Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub
    ABŞ Senatının xarici əlaqələr komitəsində Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, senator Cin Şahinin sədrliyi ilə keçirilən dinləmələr zamanı ABŞ-ın Azərbaycan Respublikası, Niderland Krallığı və Surinam Respublikasında səfirləri namizədlərini nəzərdən keçirib. Xarici Münasibətlər Komitəsinin sədri, demokrat senator Con Kerri hər üç diplomatı təqdim edərək Azərbaycana səfir göndərilən Riçard Morninqstar haqqında bildirib ki, o, təqdim edilən vəzifəyə tələb olunan dərrakə, məsuliyyət, bölgə barədə dərin biliyə və geniş təcrübəyə malikdir. “Bu namizədlik olduqca vaxtında irəli sürülüb” deyən senator Kerri Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə uzun müddətli və hərtərəfli nizamasalınma yolunun tapılması ABŞ üçün bölgədə üzləşdiyi ən vacib məsələdir.
    14.06.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: Müxalifət Azərbaycan reallığına uyğun olmayan fikirlər səsləndirməyə adət edib
    Müxalifət Azərbaycan reallığına uyğun olmayan fikirlər səsləndirməyə adət edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib: “Hesab edirəm ki, Azərbaycanda olan beynəlxalq təşkilatların nümayəndələri ölkədə cərəyan edən proseslərin həqiqi mahiyyətini aydın şəkildə dərk edə bilirlər. Azərbaycanın bütün sahələrdə real vəziyyətini beynəlxalq təşkilatların nümayəndələri öz gözləri görürlər və beləliklə, müxalifətin səsləndirdiyi fikirlərin yalan olması öz təsdiqini tapır. O ki qaldı müxalifətin ayrı-ayrı beynəlxalq qurumlara göndərdiyi hesabatlara və onların rəhbərlərinin Azərbaycana gəldiyi zaman səsləndirdiyi fikirlərə, bu fikirlər Azərbaycan xalqının ölkə reallığını əks etdirən fikirlər deyil. Bu, sadəcə olaraq, müxalifətin çox az hissəsinin səsləndirdiyi fikirlərdir. Bu fikirlər Azərbaycan reallığı ilə üst-üstə düşmür”.
    14.06.12 Məqaləni oxumaq
     
    NATO ümidlidir
    NATO-nun baş katibi Anders Foq Rasmussen NATO qüvvələrinin Pakistan ərazisindən təchizatının bərpasına ümidlə yanaşır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Avstraliyanın paytaxtı Kanberrada çıxış edərkən bu marşrutun Qazaxıstan, Qırğızıstan və ya Özbəkistandan keçən marşrutdan ucuz olduğunu deyib. Pakistan marşrutunun açılması ilə bağlı bu günlərdə İslamabadla aparılan danışıqlar nəticə verməyib. Pakistan ötən ilin noyabrında NATO-nun hava zərbəsi nəticəsində 24 əsgərinin ölümünə görə Əfqanıstandakı NATO qüvvələrinin ərazisindən təchizatını dayandırıb.
    14.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanın turizm potensialı Honq-Konqda
    Sabahdan etibarən Çinin Honq-Konq şəhərində keçiriləcək “İTE and MİCE” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “ATA Travel”, “İmprotex” turizm şirkətləri və “Gallery hotel”, “Excelsior” mehmanxanaları da təmsil olunacaq. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 27 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Xatırladaq ki, Azərbaycan ikinci dəfədir ki, “İTE and MİCE” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgi 17 iyun 2012-ci il tarixinədək davam edəcək.
    14.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930