|
Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
Turizm şirkətlərinə lisenziyalar verilib
|
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində bəzi şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Alean Company” MMC, “Sahil Travel” MMC, “AYF Safari İnternational” MMC, “Bakı-Tur” MMC və “Fun Travel” MMC bu lisenziyaları alıb.
Qeyd edək ki, xüsusi razılıqlar sənədləri Azərbaycan prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq ( lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarına uyğun olaraq verilib.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
Piyadalar üçün cərimə artırılır
|
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklər layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimə 20 manata qaldırılır.
Dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
Bəzi ali məktəblərdə magistraturaya qəbul dayandırıldı
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszdə bu gün keçirdiyi mətbuat konfransında magistraturaya qəbulla bağlı xəbər verib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri deyib ki, 2012-2013-cü tədris ilində bəzi ali məktəblərə magistr təhsili üçün tələbə qəbulu olmayacaq. “Bakı Asiya Universiteti, Təfəkkür Universiteti, Avrasiya Universiteti, Qızlar Universiteti, Bakı Biznes Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunda magistr üçün plan yerləri dayandırılıb” - deyə komissiya sədri vurğulayıb.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
San Dieqo şəhərində Respublika Günü qeyd olunub
|
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 may-Respublika Günü münasibətilə Kaliforniyanın San Dieqo şəhərində ziyafət keçirib. Baş Konsulluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan Demokratik Respublikasının (ADR) əldə etdiyi nailiyyətlərdən, ABŞ Prezidenti V.Vilsonun ADR diplomatları ilə tarixi görüşündən, müstəqilliyin 21 ili ərzində Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan-ABŞ tərəfdaşlığının və San Dieqo və Bakı şəhərlərinin sözügedən rayonları arasındakı münasibətlərin önəmindən bəhs edib.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda sahə inzibati ərazi dairələri yaradılır
|
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.
Layihə barədə komitə sədri Arif Rəhimzadə məlumat verib. Qanuna təklif olunan əlavələrə əsasən sahə inzibati ərazi dairəsi – rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.
|
01.06.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|