Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    İlham Əliyev: “Məqsədimiz iqtisadiyyatın şaxələndirilməsidir və biz buna nail olmuşuq”
    “Azərbaycanda son 8 ildə iqtisadiyyat 3 dəfə artıb”. “KƏLAMİNFO” xəbət verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən XIX beynəlxalq neft-qaz sərgisinin açılışında bildirib.

    Prezident həmçinin deyib ki, son 8 ildə yoxsulluq 5 dəfə azalıb. “Əminəm ki, tezliklə Azərbaycanda yoxsulluq tamamilə aradan qalxacaq” - deyə prezident vurğulayıb. Onun sözlərinə görə, təkcə qeyri-neft sektorunda son 8 ildə 1 milyon iş yeri açılıb. İqtisadiyyatın artımında neft sektorunun payına da toxunan prezident deyib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra keçən müddətdə Azərbaycanda neft-qaz sahəsinə 50 milyard dollar həcmində sərmayə qoyulub. “Ümumilikdə isə Azərbaycan iqtisadiyyatına 120 milyard dollar həcmində investisiya yatırılıb.
    06.06.12 Məqaləni oxumaq
     
    Putin: Avrozonadakı böhrandan Rusiya da ziyan çəkəcək
    Rusiya prezidenti Vladimir Putin avrozona ölkələrində getdikcə dərinləşən maliyyə böhranının Rusiya iqtisadiyyatına da pis təsir edə biləcəyindən narahat olduğunu deyib.

    “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda Avropa Birliyi liderləri ilə görüşdən sonra mətbuat konfransında bildirib. Amma elə həmin mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso avrozonadakı maliyyə böhranının Rusiyaya təsiri haqqında fikirlərin şişirdilmiş ehtimal olduğunu deyib.
    06.06.12 Məqaləni oxumaq
     
    “Empatiya” sənədli filminin təqdimatı olub
    “De-institusionalizasiya və nativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış” adlı layihəni uğurla başa vuraraq, bu layihə çərçivəsində yeni sənədli filmin çəkilişini yekunlaşdırıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırkı vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə “İRƏLİ” Prodakşın tərəfindən çəkilən “Empatiya” sənədli filminin təqdimatı olub. Təqdimatda səslənib ki, ailə himayəsindən mərhum olan uşaqların ailələrə verilməsi haqqında çox danışılsa da bu işə vətəndaşlar tərəfindən maraq o qədər yüksək deyil.
    06.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan elm, texnika və innovasiya texnologiyaları ilə bağlı sərgidə təmsil olunacaq
    İyunun 12-də Türkmənistanda “Elm günü”nə həsr edilmiş elmi konfrans keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, konfransla yanaşı, ənənəvi olaraq hər il təşkil olunan “Elm, texnika və innovasiya texnologiyaları böyük çiçəklənmə dövründə” adlı beynəlxalq sərginin təşkili də nəzərdə tutulur.

    Tədbirlərdə Azərbaycanı AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edəcək.
    06.06.12 Məqaləni oxumaq
     
    Nazir: “Ümid edirik ki, İranda saxlanılan iki Azərbaycan vətəndaşı ilə ünsiyyətə imkan yaradılacaq”
    Ötən ay  İranda saxlanılan iki Azərbaycan vətəndaşının taleyi ilə bağlı İran Xarici İşlər Nazirliyi ilə müvafiq görüşlər davam etdirilir. Azərbaycanın İrandakı səfiri və Təbrizdəki baş konsulunun bu məsələ ilə bağlı mütəmadi görüşləri olur. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

    Nazir Vyana Konvensiyasına əsaslanaraq ümid etdiyini bildirib ki, İran tərəfi təkcə vətəndaşlarımızın saxlanma səbəblərini açıqlamayacaq, həm də  hansısa istintaq təcridxanasında saxlanılan gənc şairlərlə ünsiyyətə imkan yaradacaq.
    Nazir İranla Azərbaycan arasında son vaxtlar davam edən gərginliyin günahkarının Azərbaycan olmadığını qeyd edib. İranla Azərbaycan arasında min illərlə dərin münasibətlərin olduğunu xatırladan E.Məmmədyarov əlavə edib ki, Azərbaycan İranla daim normal, dinc qonşuluq münasibətlərinin tərəfdarı olub.
    06.06.12 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb
    Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, şəhid olan əsgərlərimiz bunlardır: Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax).

    Qeyd edək ki, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.
    Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.
    06.06.12 Məqaləni oxumaq
     
    “Cavan nəsil var, amma onlar bizim dövrün aktyorlarını əvəz etmir”
    Məcnun Hacıbəyov: “Aktyor yoldaşlarımı, tamaşaları televiziyada görəndə darıxıram”

    40 ilə yaxın Akademik Milli Dram Teatrında çalışan 77 yaşlı aktyor Məcnun Hacıbəyov Qubada yaşayır. “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edən aktyor “Azadinform”un suallarını cavablandırıb.

    - Necəsiniz, nə işlə məşğul olursunuz?

    - Keçən ilin noyabr ayında infarkt keçirdim. Əvvəllər heç vaxt səhhətimdən şikayətim olmazdı, amma qış aylarında soyuq dəydi, müalicə üçün Bakıya getdim və orada vəziyyətim pisləşdi. Bakı gözəl şəhərdir, ancaq orada yaşaya bilmirəm, havası mənə düşmür. Üç ay xəstəxanada yatandan sonra döndüm Qubaya. Hazırda müalicə olunuram. İyul ayında yenidən Bakıya müayinəyə gedəcəyəm. Tək yaşayıram, övladlarım yanıma gəlib-gedirlər.
    05.06.12 Məqaləni oxumaq
     
    Gənc reper teleseriallardan oxuyacaq
    Gənc reper Orxan Həyat son dövrlərdə hər kəsin marağına səbəb olan bir mövzuya müraciət edib. “KƏLAMİNFO”nun məlumatına görə, bu yaxınlarda sənətçilərlə birgə böyük aksiyaya hazırlaşan reper davamlı uğurları ilə sənətində irəliləyişlər edir. Reperin yeni mahnısı “Teleserial” adlanır. Reytinqi yüksək olan bir çox serialın mövzularını sənətçi bu mahnıda bir arada birləşdirib.
    Orxan Həyat yay aylarında bir çox planlaşdırılmış layihələri ilə gündəmdə olacaq və yayın sonunda tamaşaçılarını çox maraqlı bir sürpriz gözləyir. Azərbaycan incəsənətinin çox sevilən bir xanım sənətçisi ilə maraqlı duet hazırlanır. Adı sirr saxlanılan sənətçi reperlə birgə tamaşaçıları yayın sonunda çox təəccübləndirəcək və möhtəşəm duetlə sevənlərinin qarşısına çıxacaqlar.
    05.06.12 Məqaləni oxumaq
     
    Eleonora Hüseynova YUNESKO Baş Assambleyasının dördüncü sessiyasının prezidenti seçilib
    Parisdə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada ölkəmizi YUNESKO yanında Daimi Nümayəndə, səfir Eleonora Hüseynova, nümayəndəliyin müşaviri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova təmsil edirlər. Sessiyanın açılışında Prezident, beş Vitse-Prezident və Məruzəçidən ibarət iclasın bürosu təyin olunub. Eleonora Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın Prezidenti seçilib.
    05.06.12 Məqaləni oxumaq
     
    “Əl-Qaidə” liderinin olduğu yerə zərbələr endirilib
    Pakistanın şimal-qərbində “Əl-Qaidə” liderlərindən biri Əbu Yəhya əl-Libinin olduğu güman edilən yerə bir neçə raket zərbəsi endirilib. ABŞ və Pakistan mənbələrinin məlumatına görə, raket zərbələri yaraqlıların Şimali Vəziristandakı bazasına endirilib. 30-a yaxın silahlı öldürülüb. Onların arasında Libinin olub-olmadığı məlum deyil.
    Liviyalı əl-Libi “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin ən yaxın tərəfdarlarındandır. O, keçən il Əfqanıstandakı ABŞ hərbi həbsxanasından qaçmışdı. Onun ələ keçirilməsi üçün 1 milyon dollar mükafat təyin olunmuşdu.
    05.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    İyun.2012
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930