Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2012
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Prezident Hillari Klintonu qəbul edib
    Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.
    08.06.12 Məqaləni oxumaq
     
    Əlillik: milli qanunvericilik və beynəlxalq sənədlər
    “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər kateqoriyası qanunvericilikdə  anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxslər kimi nəzərdə tutulur. Qanuna müvafiq olaraq uşaqlara münasibətdə əlil ifadəsi sağlamlıq imkanları məhdud ifadəsi ilə əvəz edilmişdir.
    07.06.12 Məqaləni oxumaq
     
    Gürcüstanın elm və təhsil naziri Azərbaycan Dili Məktəbində gürcü dili dərsliklərinin təqdimatını keçirib
    Gürcüstanın elm və təhsil naziri Dimitri Şaşkin Tbilisidəki Azərbaycan Dili Məktəbində bu yaxınlarda etnik azlıq məktəbliləri üçün nəşr edilən gürcü dili dərsliklərinin təqdimatını keçirib. “KƏLAMİNFO” Gürcüstanın Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqdimatda məktəb şagirdləri və onların valideynləri iştirak edib. Nazir görüş zamanı gürcü dilini öyrənməyin əhəmiyyətindən bəhs edib. D.Şaşkin bildirib ki, nəşr edilən dərsliklər etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyalarını ardıcıl dəstəkləmək məqsədi daşıyır. Qeyd edək ki, 5-ci sinifə qədər etnik azlıq məktəb şagirdləri üçün çap edilən gürcü dərslikləri prezidentin təşəbbüsü ilə başlanan "Gələcək müvəffəqiyyət üçün gürcü dili" proqramı çərçivəsində nəşr edilib. Proqramın məqsədi Gürcüstanın regionlarında yaşayan etnik azlıqlar arasında gürcü dilini təkmilləşdirməkdir. İlin sonuna kimi gürcü dili dərslikləri nazirliyin dəstəyi ilə 12-ci sinfə qədər olan məktəbləri əhatə edəcək. Dərslik kitabdan və şagird dəftərlərindən ibarətdir. Dərsliyə səs, vizual materiallar və kompyuter oyunları əlavə edilib.
    07.06.12 Məqaləni oxumaq
     
    İctimai Televiziyaya dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
    İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər müzakirə olunub. Komitə sədri Nizami Cəfərov iclasda bildirib ki, İTV yaradılanda dövlət büdcəsindən ayırmaların müəyyən müddətdən sonra dayandırılması və şirkətin kommersiya fəaliyyəti, abonent haqları ilə gəlir əldə etməsi düşünülmüşdü: “Artıq İctimai yayım xidmətlərinin maliyyə mənbələrinə dövlət büdcəsindən ayırmalar da daxil edilir”. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, İctimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilir. Komitə sədrinin müavini Rəfael Hüseynov gələcəkdə İTV-nin abunəçiləri hesabına gəlir əldə edəcəyinə inandığını bildirərək hazırda bunun mümkün olmadığını vurğulayıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    07.06.12 Məqaləni oxumaq
     
    Prezident Niderlandın Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfirini qəbul edib
    Prezident İlham Əliyev Niderlandın Xarici İşlər Nazirliyinin Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Lindeni qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib. Səfir Rene van der Linden ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirib. Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğulayıb.
    07.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Macarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədrini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov iki ölkə arasında münasibətlərin siyasi nöqteyi-nəzərdən yüksək səviyyədə olduğunu bildirib və bu səfərin parlament diplomatiyasının daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Azərbaycanla Macarıstan arasında strateji və enerji tərəfdaşlığı üçün bütün imkanların mövcud olduğunu bildirən nazir bu imkanlardan maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, E.Məmmədyarov macar parlamentarilərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son durumu barədə məlumat verib.
    07.06.12 Məqaləni oxumaq
     
    Qazaxıstan Senatının sədrinin Azərbaycana səfəri başlayıb
    Qazaxıstan parlamenti yuxarı palatasının – Senatının sədri Kayrat Maminin Azərbaycana səfəri başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, K.Mami jurnalistlərə bildirib ki, səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişafı və parlamaentlərarası əlaqələrin möhkəmlənməsi ilə bağlıdır. O, Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə Azərbaycana səfərə gəldiyini xatırladıb. K.Maminin səfər çərçivəsində O.Əsədov və digər rəsmilərlə görüşü planlaşdırlır.
    07.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov sabah Trabzona işgüzar səfər edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrində iştirak etmək məqsədi ilə sabah Türkiyənin Trabzon şəhərinə işgüzar səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
    07.06.12 Məqaləni oxumaq
     
    “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma qrupu. 1 (6)
    Bələdiyyə-KİV münasibətləri

    Bələdiyyə seçkili orqan olduğu və müddətli idarəetmə üsulu ilə idarə edildiyi üçün bələdiyyə üzvü seçilən insanlar siyasi şəxs sayılır. Daha açıq bir ifadə ilə, siyasətlə məşğul olmayan bu postu tuta bilməz. Siyasi fəaliyyətlə məşğul olan şəxslərə hər zaman bir tribuna ehtiyac olmuşdur. Kütləvi informasiya vasitələri bu baxımdan bələdiyyə rəhbərləri üçün mühüm vasitədir.
    06.06.12 Məqaləni oxumaq
     
    Sosial hüquqlarla bağlı maarifləndirmə işləri aparılır
    İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə mayın 18-dən başlayan və iyunun 18-dək davam edəcək “İnsan hüquqları aylığı” çərçivəsində Şağanda tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarını, o cümlədən sosial hüquqları təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də bu gün Şağanda 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində вЂњİşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq hazırlanmış milli preventiv mexanizmin funksiyalarının səmərəli icrası ilə bağlı seminar olub. Nazirliyin tabeliyində olan sosial xidmət müəssisələrinin işçiləri üçün keçirilən seminarda nazirliyin əməkdaşları ilə bərabər, nazirlik yanında İctimai Şuranın işçi qruplarına daxil olan vətəndaş cəmiyyəti birliklərinin nümayəndələri də iştirak ediblər.
    06.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « İyun.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930