|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
Nazir: “Ötən il su basan ərazilərdə yüksək məhsuldarlıq gözlənilir”
|
“Ötən il su basan ərazilərdə əkin işləri aparmaq üçün heç bir problem yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda kənd təsərrüfatı naziri İsmət Abbasov bildirb. Onun sözlərinə görə, həmin ərazilərdə bərpa və meliorasiya işləri aparılıb: “O torpaqlarla bağlı hər hansı bir müraciət olmayıb. Bu il həmin ərazilərdə yüksək məhsuldarlıq gözlənilir”.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputatlar MDB PA-nın toplantısına yollanıblar
|
Bu gün Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyanın toplantılarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yollanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəzail Ağamalı, Elmira Axundova, Elton Məmmədov, Aslan Cəfərov, Adil Əliyev, Rüfət Quliyev, İqbal Məmmədov və Mirkazım Kazımov daxildirlər. Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 37-ci plenar iclası, qurumun daimi komissiyalarının toplantıları, V Neva Konqresinin keçirilməsi nəzərdə tutulub.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
DAK Brüssel qurultayı sonrası mətbuat konfransı keçirib
|
Dünya Azərbaycanlıları Konqresi Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brüssel şəhərində qurultay sonrası mətbuat konfransı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, çıxış edən DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli xatırladıb ki, aprelin 26-27-si tarixlərində Brüsseldə Birlik Qurultayı keçirilib. Onun sözlərinə görə, yüksək səviyyədə və uğurlu keçən qurultayda İdarə Heyəti seçilib, İcraiyyə Komitəsi yaradılıb. Mirəşrəf Fətiyev DAK-a sədr seçilib.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
Təmas xəttində monitorinq keçiriləcək
|
Azərbaycanın Ermənistanla təmas xəttində monitorinq keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Belə ki, sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle, şəxsi köməkçi Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi mayor Vitali Belekon keçirəcəklər.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
“Eurovision” səhnəsində növbəti 9 ölkə məşqlərə başlayır
|
Bu gün növbəti 9 ölkənin “Eurovision–2012” təmsilçiləri “Bakı Kristal Zalı”nda məşq edəcək. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bugünkü məşq saatı İsrail, San-Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyaya məxsusdur.
Qeyd edək ki, ənənəvi olaraq hər bir ölkəyə məşq üçün 40 dəqiqə vaxt ayrılıb. Saat 11:00-dan 19:20-dək davam edəcək məşqlərdən sonra hər bir ölkə təmsilçisi mətbuat konfransında medianın suallarını cavablandıracaq.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
Əhmədinejad: “İsrail mığmığadan başqa bir şey deyil”
|
“İsrail mığmığadan başqa bir şey deyil. O, böyük milləti əyə, sındıra bilməz”. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad Xorasan vilayətində deyib. Onun sözlərinə görə, sionist rejimi dağıtmaq üçün müharibəyə başlamaq heç də şərt deyil. Region dövlətləri sadəcə sionist rejimlə əlaqəni kəssələr və ona çəpəki baxsalar, onda bu, sionist rejimin dağılması üçün bu kifayət edəcək.
Əhmədinejad həmçinin ABŞ-ın Fars körfəzi ölkələrindəki müttəfiqlərinin də tənqid edib.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci ildə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
“KƏLAMİNFO”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə 11-ci sinif , iyunun 3-də 9-cu sinif şagirdləri imtahan verəcəklər. Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
Milli Məclisdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub
|
Bu gün Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə USAİD-in dəstəyi ilə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr” adlı Dəyirmi masa keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda indiyədək bu sahədə qəbul olunan qanunlar barədə qısa məlumat verib.
Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əskərov bildirib ki, Azərbaycan tarixində ümumiyyətlə korrupsiya virusu olmayıb. Onun sözlərinə görə bu virus Azərbaycana xaricdən idxal olunub. “Xüsusilə Çar Rusiyasının Azərbaycanda istilası başlayandan sonra bu hal yaşadığımız ərazidə genişlənib”-deyə o əlavə edib. E.Əskərov həmçinin korrupsiyanın zərərləri barədə danışaraq Azərbaycanda korrupsiyaya qarşı mövcud qanunvericilik aktları haqda məlumat verib.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
“Dövlət qulluğu haqqında” qanunda ciddi dəyişiklik etməyə ehtiyac var”
|
“Bu gün Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunda ciddi dəyişiklik etməyə ehtiyac var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisdə keçirilən Dəyirmi masada Konstitusiya Araşdırmalara Fondunun sədri Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev bunu onunla izah edib ki, indi dövlət qulluğunda çalışan məmurların imtiyazları o qədər də yetərli deyil. “Bundan başqa, bu qanunla bağlı ictimai dinləmələri genişləndirmək, həmçinin qanun layihəsinə ediləcək dəyişikliklərin hazırlanması prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etmək lazımdır” - deyə Ə.Nuriyev vurğulayıb.
|
15.05.12 Məqaləni oxumaq
|
|
|
“Polislərin əksəriyyəti qadınlar olmalıdır”
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Stereotipləri qıraq! Qadın polislərlə bağlı miflər” tədqiqatının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, təqdimatı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramı (QİP) çərçivəsində tədqiqat aparan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası təşkilatlarından ibarət QHT Koalisiyası təşkil edib. “Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalova bildirib ki, tədqiqatlar zamanı məlum oldu ki, respondentlərin əksəriyyəti mental dəyərləri rəhbər tutaraq qadınların polis sıralarında təmsil olunmasının yolverilməz olduğunu göstərib.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|