Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Vardan Oskanyan: “Sarkisyanın Çikaqo sammitində iştirak etməməsi özünütəcridin ən qısa yoludur”
    «Ermənistan prezidentinin Çikaqo sammitində iştirak etməməsi ilə bağlı göstərdiyi rəsmi səbəb özünütəcridin ən qısa yoludur». “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bu sözləri «Facebook» sosial şəbəkəsində Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bəyan edib. «Mən Çikaqo sammiti ətrafında gedən hadisələri izləyirəm. Gərək prezident orada olardı. Rəsmi şərhlər məğlubedici mövqedir» - deyə o əlavə edib.
    24.05.12 Məqaləni oxumaq
     
    “Eurovision”un alovu Ayan Babakişiyevanı bürüyüb
    Hər zaman qeyri-adiliyi ilə diqqət mərkəzində olmağı xoşlayan gənc müğənni Ayan Babakişiyeva ölkəmizdə keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də maraqlı layihə həyata keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Ayan Babakişiyeva bu dəfə orijinal fotosessiyaları ilə rezonansa səbəb olub. Müxtəlif obrazlarda görünən müğənni “Eurovision”un builki loqosunu - alov və bayrağımızı üzü ilə yanaşı, saçlarında, hətta sinəsində də əks elətdirib. Stilist-vizajist Sabina İmanovanın sayəsində dəyişməyə müvəffəq olan müğənninin bu addımı fotoqraf Çingiz Seyfullayev tərəfindən görüntülənib.
    24.05.12 Məqaləni oxumaq
     
    Bələdiyyə və korrupsiya
    Ölkəmizdə bələdiyyə institutunun yaradılma tarixi çox yaxın zamanlara təsadüf edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, ideoloji təzyiqlərdən də azad oldu və sürətlə demokratik ənənələri, idarəetmə formalarını ölkədə tətbiq etməyə başladı. Bələdiyyələr 500 nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər  əhalisi olan yerlərdə yaradılır. 300 min nəfərdən çox əhaliyə malik olan şəhərlərdə şəhərin inzibati bölgüsünə görə birdən çox bələdiyyə yaradıla bilir. Məsələn, Bakı şəhərində hər rayonun ərazisində bir neçə bələdiyyə yaradılıb. 
    23.05.12 Məqaləni oxumaq
     
    Prezidentin Çikaqoya işgüzar səfəri başa çatıb
    Prezidenti İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Çikaqonun “O Hare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola salıblar. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
    23.05.12 Məqaləni oxumaq
     
    Rumıniya-Azərbaycan diasporları arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib
    Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri ilə Dünya Rumıniya Assosiasiyaları Federasiyasının sədri Daniel Teku arasında görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə iki ölkə diasporlarının fəaliyyəti, Rumıniya və Azərbaycan arasında olan sıx münasibətlər və xalqların dostluğu haqqında söhbət açılıb. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev son dövrlərdə Azərbaycan diasporunun qazandığı təcrübə, əməkdaşlıq etdiyi qurumlar və xarici diaspor təşkilatları barədə məlumat verib. İ.Hacıyev Azərbaycan və Rumıniya diasporlarının yaxınlığı, bu diasporların birgə fəaliyyəti istiqamətləri üçün təklif olunan layihələrdən danışıb, bu əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
    23.05.12 Məqaləni oxumaq
     
    Elman Abdullayev: Səfirin geri çağırılması ilə bağlı təzadlı məqamlar var
    “İranın Azərbaycandakı səfirinin geri çağırılması məsləhətləşmələr xarakterli olduğu bildirilir. Bu barədə Azərbaycanın İrandakı səfirinə də məlumat verilib”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. O, həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı təzadlı məqamlar var. Çünki İranın bir çox dairələrində səfirin geri çağırılması nəyəsə reaksiya kimi dəyərləndirilir: “Bu da onu göstərir ki, İranda bu məsələ ilə bağlı fikir ayrılığı, təzadlı fikirlər mövcuddur. Bir çoxları Azərbaycanın inkişafı, buraya çoxlu sayda xarici qonaqların gəlməsini həzm edə bilmir. İranın özündən də kifayət qədər azərbaycanlı turistlər gəlib”. E.Abdullayev bildirib ki, Azərbaycana heç nəyi diktə etmək mümkün deyil və ölkəmiz müstəqil siyasət yürüdür: “Azərbaycan dünyaya açıq qapı siyasətini davam etdirəcək”.
    23.05.12 Məqaləni oxumaq
     
    AJQA Azərbaycanı Gürcüstan mediasına tanıdır
    Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gürcüstan mediasında Azərbaycan haqqında” layihəsinə start verib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən layihənin koordinatoru Sevil Yusifova bildirib ki, Gürcüstanda səfərdə olub, aparıcı media kapitanları ilə görüşüb, eyni zamanda Kvemokartli qubernatorluğunda görüşlər keçirib, Tiflis universitetində elm adamlarına layihə haqqında məlumat verib: “Gürcüstanın media mənsubları belə bir layihənin keçirilməsini alqışlayırlar və düşünürlər ki, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında bu cür layihələrin rolu böyükdür, onların sayı çox olmalıdır. Məsələ ondadır ki, indiki halda hər iki ölkənin mediası yalnız rəsmi səfərlər, yaxud seçkilər haqda məlumatlar verirlər. Bu tanıtım layihəsi isə Gürcüstan mediasında Azərbaycan haqqında daha geniş məlumat verəcək”. S.Yusifova bildirib ki, gələn ay Tiflisdə həm media kapitanları bir araya gətiriləcək, həm də elm adamları ilə Azərbaycan və Gürcüstanın problemləri müzakirə olunacaq.
    23.05.12 Məqaləni oxumaq
     
    Səməd Seyidov: “Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar”
    “AŞ PA-da ümumi hesabat yaz sessiyasında Avropa Şurası tərəfindən dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O qeyd edib ki, insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. “Əgər insan hüquqları araşdırılırsa, tək Azərbaycanda yox, bütün ölkələrdə araşdırılmalıdır. Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar” - deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, Avropada bəzi media orqanları da buna əsasən Azərbaycana qarşı kampaniya aparır. “Azərbaycan öhdəliklərini yerinə yetirir. Ancaq Azərbaycanı hədəf kimi seçən hansısa insanları qəbul edə bilməz” - deyə o əlavə edib.
    22.05.12 Məqaləni oxumaq
     
    Milli Qəhrəman Mübariz İbrahimova yeni mahnı həsr olunub
    Qəhrəmanlığı ilə düşmənlərimizi sarsıdan, ölümü ilə qəhrəmanlıq tariximizin yeni səhifəsini yazan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf olunan mahnıların siyahısına biri də əlavə olunub. “KƏLAMİNFO” xəbər verir ki, “Temp” studiyası xanım ifaçılar Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalənin ifasında Qəhrəmanın şərəfli ömür yolunu ifadə edən mahnı ərsəyə gətirib. Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri də artıq yekunlaşıb. Şölə Səfərəliyeva sözlərinə görə, çəkiliş gecə yarısına qədər davam edib. Hazırda isə klipin montaj işləri gedir. Klip tezliklə tamaşaçılara təqdim ediləcək. Xatırladaq ki, Ş.Səfərəliyeva klipdə həkim obrazını yaradıb. Digər müğənnilər - Vüsalə, Lala (“Qan” qrupu) və Xəyalə isə müvafiq olaraq, əsgər, ana, mələk rolunda olublar. Klipdə digər milli qəhrəman Çingiz Mustafayevin də səsindən istifadə ediləcəyi gözlənilir.
    22.05.12 Məqaləni oxumaq
     
    Bir sıra qanunlara dəyişikliklər qəbul olunub
    Milli Məclisin bu gün keçirilən iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, layihəni qanunvericilik təşəbbüsü ilə prezident göndərib. “Dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halları müəyyənləşdirilir. Birincisi, Konstitusiya Məhkəməsi hakimləri yaşı 70-ə çatanda onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. İkincisi, Konstitusiya Məhkəməsi hakimləri hakim şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verəndə” - deyə Ə.Hüseynli vurğulayıb.
    22.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    May.2012
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031