|
Səhifələr : # 19 20 21 22 23 24 25 26 27 #
Ali Məhkəmənin hakimi Şahmurad Hidayev təqaüdə yola salınıb
|
Ali Məhkəmədə hakim Şahmurad Hidayevin anadan olmasının 70 illik yubileyi və təqaüdə yola salınması ilə bağlı mərasim keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər.
Mərasimi giriş sözü ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev açıb. O qeyd edib ki, Şahmurad Hidayevin ömür yolu məsuliyyətli və şərəfli olub. O, 39 ildir ki, hakim adını ləyaqətlə daşıyır. Şahmurad Hidayev həm sovet dönəmində, həm də Azərbaycanın müstəqillik dövründə fəaliyyət göstərib. Onun əməyi həmişə təqdirəlayiq hesab edilib və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib, 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.
Mərasimdə Ali Məhkəmənin hakimləri – Əsəd Mirzəliyev, Bağır Əsədov və İlqar Dadaşov çıxış edərək yubilyarı təbrik edib, ona xoş arzularını bildiriblər.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
Serbiya təmsilçisi eşitmə və danışma qabiliyyəti olmayan insanları da düşünür
|
Serbiyanı Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək bəstəkar və müğənni Zeljko Yoksimoviç “Nije lyubav stvar” adlı müsabiqə mahnısının yeni rəsmi videosunun çəkilişlərinə başlayıb. “KƏLAMİNFO” eurovision.az saytın istinadən xəbər verir ki, Serbiya təmsilçisi mahnının simfonik və instrumental versiyalarından sonra onun daha orijinal formasını təqdim edəcək. Bu dəfə Zeljko Yoksimoviç jestlərin dili ilə danışacaq. O, mahnının yeni versiyasını eşitmə və danışma qabiliyyətindən məhrum olan insanlar üçün işləyir. Mahnının mətnini 2011-ci ildə “Mənim istedadım var” yarışmasının qalibi Nenad Mahmutoviç jestlərin dili ilə çatdıracaq. Mahnının rəsmi videosu yaxın vaxtlarda nümayiş etdiriləcək.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
Sarkozi: “Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur”
|
Fransada prezidentliyə namizəd Nikola Sarkozi Parisdə mitinq keçirib. O bildirib ki, insanların bir araya gələrək nümayiş keçirməsi kiməsə qarşı etiraz aksiyası kimi anlaşılmamalıdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Sarkozinin sözlərinə görə, nə onun, nə də tərəfdarlarını düşməni yoxdur. “Bütün Fransa xalqı birləşməli, həmrəy olmalıdır. Fransa dövləti zəifləyərsə, ölkənin gələcək rifahı, işçilərin işlə təminatı üçün heç bir zəmanət olmayacaq. Odur ki, güvəndiyiniz işçiyə xidmət edin. Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur. Qəlbimizdə vahid Fransa var. 3 gündən sonra hər kəs anlayacaq ki, onlar əslində hər hansı bir namizədə deyil, öz gələcəklərinə, uşaqlarının və ölkənin gələcəyinə səs verirlər. Yaşasın respublika, yaşasın Fransa” - deyə Sarkozi fikrini ifadə edib.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
“Facebook” donor orqanlarının çatışmazlığını həll edəcək
|
“Facebook” sosial şəbəkəsi donor orqanlarının çatışmazlığı problemini həll etmək niyyətindədir. Bundan sonra sosial şəbəkənin istifadəçiləri öz səhifələrində özlərinin donor olduqları barədə məlumatları yerləşdirə bilərlər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı şəbəkənin rəhbəri Mark Çukerberq bildirib. «Biz bunu çox sadə formada etmək istəyirik. Siz sadəcə, yaşadığınız ştat və yaxud ölkəni göstərəcəksiniz və biz sizi müvafiq qeydiyyat strukturlarına göndərə bilərik» - deyə o, “ABC” telekanalına müsahibəsində bildirib.
O, etiraf edib ki, donorluğu təbliğ etmək ideyası onda “Apple” kompaniyasının keçmiş rəhbəri Stiv Cobbsla söhbətdən sonra gəlib. Həmin şəxsin ölümünə iki il qalmış qaraciyərinin köçürülməsi əməliyyat edilib.
“Facebook” aksiyasına «Həyat bəxş et» QHT-si də qoşulub. Nümayəndələrin sözlərinə görə, hazırda 112 min amerikalı donor orqanlarını gözləyirlər. Onlardan gündə 18-i əməliyyat olunmadan ölür.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
İki kollec Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb
|
Azərbaycan Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Qərar "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınaraq qəbul edilib.
Qərara əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilib.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib
|
San Luis şəhərinin Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər.
ABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmaçısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış edib. Konfransda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparacaq
|
Azərbaycan və Belarusun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədi ilə cari ilin 3-5 may tarixlərində xarici işlər nazirinin müavini Xələf Xələfovun Minskə səfəri nəzərdə tutulub. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində nazir müavini X.Xələfovun Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko, Belarusun xarici işlər naziri Sergey Martınov və xarici işlər nazirinin müavini İqor Petreşenko ilə görüşləri planlaşdırılır.
Görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
|
03.05.12 Məqaləni oxumaq
|
|
|
Vardan Oskanyan: “Ermənistanda mətbuat azad deyilsə, onda hansı demokratiyadan söhbət gedə bilər”
|
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan “Facebook” sosial şəbəkəsi vasitəsilə müraciət edib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, o, müraciətində Ermənistanda mətbuatın azad olmadığı barədə beynəlxalq təşkilatların hesabatından dərin təəssüf hissi keçirdiyini və ölkəsinin Anqola və Pakistan arasında yerləşməsindən narahatçılığını ifadə edib: “Əgər Ermənistanda mətbuat azad deyilsə, onda hansı demokratiyadan söhbət gedə bilər”.
|
02.05.12 Məqaləni oxumaq
|
|
|
İsrail 57 yaşlı “Eurovision”da 40-cı dəfə iştirak etməsini xüsusi qeyd edib
|
Qüdsdə İsrailin “Eurovision” Mahnı Müsabiqəsi üzrə milli yayımçısı “İBA” telekanalının Avropa Yayımları Birliyinə (EBU) üzvlüyünün 40 illiyinə həsr olunan xüsusi konsert keçirilib. “KƏLAMİNFO” Eurovision.az saytına istinadən xəbər verir ki, tədbir Qüds Teatrında keçirilib.
Xatırladaq ki, 1998-ci ildə “Eurovision” Mahnı Müsabiqəsi məhz bu məkanda keçirilib. Tədbir “Eurovision” Mahnı Müsabiqəsinin himninin səsləndirilməsi ilə başlayıb. Yubiley tədbirində ölkənin opera müğənniləri, həmçinin İsrailin müxtəlif illərdəki “Eurovision” təmsilçiləri - Ilanit (1973), Izhar Cohen (1978), Dana International (1998, 2011) çıxış edib.
|
02.05.12 Məqaləni oxumaq
|
|
|
Qız Qalası 2013-cü ildə ziyarətçilərin ixtiyarına veriləcək
|
Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təmir-bərpa Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində reallaşır. Birinci mərhələdə işlər Qız Qalası abidəsinin kontrforsunda və baxış meydançasında aparılıb. Muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq heç bir daş abidədən kənarlaşdırılmayıb və mövcud problemlər aradan qaldırılaraq kontrforsun səthi möhkəmləndirilib.
|
02.05.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 19 20 21 22 23 24 25 26 27 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|