Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    ABŞ-dakı səfirliyimizdə ümummilli liderin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib
    Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə səfirlik əməkdaşları ilə yanaşı, ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində zəhmətləri və ümumiyyətlə dahi liderin parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib. O, müstəqil Azərbaycanın bu gün dünya siyasətində artan rolunun, qazanılan uğurların, o cümlədən cari ay ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinin Heydər Əliyev tərəfindən təməlləri qoyulan uğurlu xarici siyasətin və bu siyasətin bu gün müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olduğunu deyib. Səfir Heydər Əliyev kimi dahi şəxsiyyəti yetişdirdiyinə görə Azərbaycan xalqının şanslı olduğunu vurğulayıb.
    12.05.12 Məqaləni oxumaq
     
    Serbiya müxalifəti seçkinin saxtalaşdırıldığını deyir
    Serbiyada müxalifətdə olan Tərəqqipərvər Partiyasının lideri Tomislav Nikoliç rəqibi Boris Tadiçi mayın 6-da keçirilmiş prezident seçkilərini saxtalaşdırmaqda ittiham edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, söhbət əlavə bülletenlərin çapından gedir. Mayın 20-də keçiriləcək prezident seçkisinin ikinci mərhələsində Nikoliçlə Tadiç mübarizə aparacaq. Nikoliçin partiyası həm də mayın 6-da keçirilmiş parlament seçkisində liderlik etsə də, təkbaşına hökumət yarada bilmir. Boris Tadiçin Demokrat Partiyası sosialistlərlə koalisyon hökumət yaratmaq razılığına gəliblər.
    11.05.12 Məqaləni oxumaq
     
    Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda dəyişiklik olmayacaq
    Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda hansısa dəyişiklik olmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov bildirib ki, işə qəbulla bağlı imtahanların yalnız Bakıda deyil, digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bura Gəncə, Lənkəran, Şəki, Şirvan və Mingəçevir şəhərləri aiddir. Hamının Bakıya imtahan vermək üçün gəlməsinə ehtiyac olmadığını söyləyən nazir imtahan qaydalarında ciddi dəyişikliyin olmayacağını vurğulayıb.
    11.05.12 Məqaləni oxumaq
     
    Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
    Azərbaycan Prezidenti İlham Əliyev Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

    Qeyd edək ki, mayın 10-u müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür.
    11.05.12 Məqaləni oxumaq
     
    İT şirkətlər Amerikada öndədir
    “Apple” ən böyük Amerika şirkətlərinin reytinqində 17-ci mövqedə yerləşib. “KƏLAMİNFO” “ICTnews”a istinadən xəbər verir ki, bu barədə “Fortune” jurnalının hesablamalarında bildirilib.

    Şirkət keçən illə müqayisədə vəziyyətini 2 dəfə yaxşılaşdırıb. Texnologiya sektoru üzrə reytinqə “Hewlett-Packard” şirkəti liderlik edir. Belə ki, şirkət  reytinqdə 10-cu mövqedə qərarlaşıb. Amerikanın “AT&T” mobil rabitə operatoru reytinqdə 11-ci, “Verizon Communications” 15-ci, “Microsoft” korporasiyası 37-ci, “Dell” şirkəti 44-cü, “İntel” korporasiyası 51-ci, “Amazon” internet-şirkəti 56-cı, “Cisco Systems” 64-cü, “Google” şirkəti 73-cü və “Oracle” korporasiyası 82-ci yerdə bərqərar olub.
    11.05.12 Məqaləni oxumaq
     
    Attestatların hansı qurum tərəfindən verilməsi dəqiqləşdi
    Prezident İlham Əliyev təhsil müəssisələrində təhsil alanların attestasiyası, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    “KƏLAMİNFO”nun məlumatına görə, Sərəncamda qeyd edilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etsin.
    Həmçinin  Nazirlər Kabinetinə tapşırılıb ki,  iki ay müddətində  təhsil müəssisələrində təhsil alanların attestasiyası, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
    11.05.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin sədri Qətərdə beynəlxalq hüquq forumda iştirak edib
    Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində “Dəyişikliklər dövründə qanunun aliliyinə qlobal etimadlılıq” mövzusuna həsr olunmuş  beynəlxalq hüquq forumunda iştirak edib.

    Ali Məhkəmədən “KƏLAMİNFO”ya verilən məlumata görə, dünyanın 20 ölkəsinin 40-dan artıq məhkəmə sədri və hakiminin iştirak etdiyi forumda dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər fonunda insan hüquqlarının müdafiəsi sahəsində görülən və görüləcək işlərlə bağlı geniş məruzələr dinlənilib, diskussiyalar və təhlillər aparılıb.
    Qətər Forumunda beynəlxalq hüququn müxtəlif aspektləri barədə  məruzələr dinlənilib. Xüsusilə, Qətər dövlətinin Baş naziri və eyni zamanda xarici işlər naziri Şeyx Hamad bin Jassim bin Jabr Al-Thaninin məruzəsi maraqla qarşılanıb. O, öz məruzəsində bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən dəyişikliklərdən, beynəlxalq hüququn inkişafından, beynəlxalq məhkəmələrin rolu və nüfuzunun artmasından, həmçinin beynəlxalq hüququn fəaliyyətinin səmərəli nəticələrindən danışıb.
    11.05.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Müxalifət mitinqlər keçirməklə heç nə əldə edə bilmir”
    “Son zamanlar istirahət günləri mitinq keçirmək istəyənlərə üzümü tutub demək istəyirəm ki, bununla nə əldə etmək istəyirlər?!” “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

    Ə.Əhmədov eyni zamanda qeyd edib ki, Azərbaycan Konstitusiyasında sərbəst toplaşmaq azadlığı, söz azadlığı mövcuddur, amma az qala hər həftənin istirahət günləri bir qrup müxalifət belə mitinqlər keçirməklə demək olar ki, heç nə əldə edə bilmir. Ə.Əhmıədov vurğulayıb ki, mitinqin mahiyyəti bundan ibarətdir ki, hansısa bir qrup insan, hansısa partiyalar nədənsə narazıdırlarsa bunu sivil qaydada yığışıb bir dəfə, iki dəfə ifadə edirlər. Amma təəssüf ki, hər həftənin sonu küçələrə yığışan bir qrup müxalifətçi təkrar-təkrar mitinq keçirməklə heç nə əldə edə bilmirlər.
    11.05.12 Məqaləni oxumaq
     
    İçərişəhər “Eurovision”a hazırlaşır
    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtımızın qonaqlarının “İçərişəhər” və “Qala” qoruqlarında istirahətinin rahat və mənalı keçirmələri üçün müvafiq hazırlıq tədbirlərini davam etdirir.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, otel, ticarət və ictimai iaşə obyektlərinin işçilərinə keçilən sürətli ingilis dili kursları artıq bitmək üzrədir. Bununla yanaşı, Qoruq İdarəsinin tabeliyində olan muzeylərin bələdçilərinə vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilib.
    11.05.12 Məqaləni oxumaq
     
    Timoşenkonun müalicəsi azı 1 ay çəkəcək
    Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun müalicəsi azı 1 ay sürəcək. Bunu almaniyalı həkim Lutz Harms Xarkov xəstəxanasında Timoşenkonu müayinə etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, o, artıq müalicənin təyin edildiyini və hazırda Timoşenkonun aclıq vəziyyətindən çıxarıldığını bildirib.
    7 illik həbs cəzası çəkən keçmiş baş nazir həbsxanadan xəstəxanaya köçürülməsinə bir şərtlə razılıq verib ki, müalicəni almaniyalı həkim Lutz aparsın.
    10.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    May.2012
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031