Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Milli Məclisdə Avropa Parlamentinin qətnaməsinə etiraz sənədi hazırlanır
    Milli Məclisdə Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi hazırlanır.
    “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, sənədin hazırlanması üçün Bahar Muradovanın rəhbərliyi ilə yaradılan komissiyaya Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli, Fərəc Quliyev daxildir.
    29.05.12 Məqaləni oxumaq
     
    TQDK təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.
    29.05.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Gürcüstan bir daha kiminsə çəkmələrini yalamayacaq”
    Gürcüstan prezidenti Mixail Saakaşvili parlamentdə Müstəqillik gününə həsr olunmuş tədbirdə bildirib ki, ölkəsi bir də heç vaxt kiminsə müstəmləkəsi olmayacaq: “Beşinci kolon Gürcüstanı kiminsə çəkmələrini yalamağa qaytara bilməyəcək”. Onun sözlərinə görə, Gürcüstan özünü regionun maliyyə, təhsil, texnologiya mərkəzinə çevrilməsi istiqamətində irəliləyəcək. “KƏLAMİNFO” “Qazeta ru”ya istinadən xəbər verir ki, o bildirib ki, gürcülərin guya müharibəyə başladıqları və buna görə də cəzalanmaları olduğunu iddia edənlər heç bir vaxt onu incidilmiş, atılmış vəziyyətə qaytara bilməzlər: “Onlar hesab edirlər ki, Gürcüstanın yeganə yolu məhz çəkmələrin yalanmasındadır – bu, heç vaxt baş verməyəcək”.
    29.05.12 Məqaləni oxumaq
     
    Türkiyə polisi təqaüdə çıxmış 6 hərbçini saxlayıb
    Bu gün Türkiyə polisi təqaüdə çıxmış 6 hərbçini 1990-cı illərdə islamçı baş nazir Nəcməttin Ərbakanın istefasında rol oynadıqlarına görə saxlayıb. Bu altı nəfər Ərbakanın Türkiyədə İslamın nüfuzunu artırmaq üçün etmək istədiyi cəhdlərə görə istefası üçün təzyiq etməkdə təqsirləndirilirlər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, saxlananlar arasında Türkiyənin keçmiş milli təhlükəsizlik şurasının baş katibi İlhan Kılıç da var.
    29.05.12 Məqaləni oxumaq
     
    Kofi Annan Əsədlə görüşəcək
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bu gün prezident Bəşər Əsədlə görüşməyi planlaşdırır. Görüşdə məqsəd Annanın sülh planını qorumağa yenidən cəhddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Dəməşqdə danışıqlar aparılan zaman Hula şəhərində, xüsusilə də uşaqlar və qadınlar daxil olmaqla ən azı 108 nəfər öldürülüb.
    Annan mayın 28-də Suriyaya gedib və baş vermiş qırğını dərin nəticələri olan dəhşətli an adlandırıb. O bildirib ki, bu qırğının səbəbkarları məsuliyyətə cəlb olunmalıdırlar. Bununla yanaşı, Annan “əli silahlı” hər kəsi 15 aydır davam edən zorakılığa son verilməsi üçün onun 6 maddədən ibarət sülh planına əməl etməyə çağırıb.
    29.05.12 Məqaləni oxumaq
     
    Türkmənistanın neft-qaz naziri işdən qovulub
    Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov neft və qaz nazirini işində yol verdiyi ciddi nöqsanlara görə işdən azad edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, nazir Bayramgəldi Nadirov mayın 25-də işdən çıxarıb - Türkmənistanın Pakistan və Hindistanla imzaladığı yeni neft kəməri sazişinin imzalanmasından cəmi 2 gün sonra.
    Nadirov 2008-ci ildən bu vəzifəni tuturdu. “Türkmənqaz” dövlət şirkətinin sədr müavini Kakageldi Abdullayev neft və qaz naziri vəzifəsinə müvəqqəti icraçısı təyin edilib.
    29.05.12 Məqaləni oxumaq
     
    İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məcburi əməyə cəlb edilmə ilə bağlı 20 müraciət daxil olub
    Bu il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məcburi əməyə cəlb edilmə ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən 20 müraciət daxil olub.  Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev deyib. Onun sözlərinə görə, müraciətlər Rusiyada məcburi əməyə cəlb edilmə ilə bağlı olub. Hazırda sözügedən məsələ ilə bağlı istintaq  aparıldığını xatırladan F.Əliyev ona görə də məsələ ilə bağlı ətraflı məlumat verməyib.
    29.05.12 Məqaləni oxumaq
     
    Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub
    Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. O ki qaldı David Qareci məbədinə, onun sözlərinə görə, hazırkı mərhələdə konkret hansısa bir bəyanat vermək tələsiklik ola bilər: «Sərhədlərin 66 faizi delimitasiya olunub». Yerdə qalan hissə ilə bağlı diskussiyalar aparılır. Bəlli olduğu kimi, prezidentlər arasında telefon danışığı olub, eləcə də iki ölkənin xarici işlər idarələri arasında əlavə məsləhətləşmələr aparılıb» - deyə nazir müavini vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə sərhədlərin qurulması üzrə komissiyanın iclası keçiriləcək və bu, əlavə məsələlər üzrə müzakirələri yeniləməyə imkan verəcək. «Lakin hansısa bir qərar barədə danışmaq tələskənlik olardı. Hansısa bir konkretlik yaranarsa, ictimaiyyət bundan məlumatlandırılacaq» - deyə Kalandadze bildirib.
    29.05.12 Məqaləni oxumaq
     
    Məşhurların obrazı canlandırılacaq
    Yazıçı-dramaturq Əli Əmirli “Siz teatrı sevirsinizmi?” adlı pyesi üzərində işləri bitirib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən ədibin sözlərinə görə, əsər onun müəllim kimi çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilib. Universitetin rektoru, professor Timuçin Əfəndiyevin ideyası əsasında yazılan pyesin sənədli-bədii kollaj janrındadır: “Bu əsərdə müxtəlif dövrlərdə yaşayan və fəaliyyət göstərən bir çox məşhur tarixi şəxsiyyət yer alıb. Burada 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə  ilk yaradılan Teatr məktəbi əsasında formalaşan, zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı inkişaf mərhələlərini keçərək Teatr institutuna, daha sonra İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilən unikal sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışmışam. Bu bir həqiqətdir ki, bu gün Azərbaycanda mədəniyyətin, o cümlədən teatr kimi möhtəşəm bir sənətin istiqamətini müəyyən edən sənətkarların əksəriyyəti məhz 90 yaşlı bu təhsil müəssisəsinin yetirmələridir”.
    29.05.12 Məqaləni oxumaq
     
    Paytaxt bələdiyyələri bu gün
    Çoxsaylı problemlərlə üzləşən Azərbaycan bələdiyyəsi onillik fəaliyyəti dövründə bir sıra irəliləyişə və uğura imza ata bilib. Bu sahədə əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə strukturu kimi tanınması olub. Odur ki, artıq cəmiyyətin hər bir üzvündə mənasından asılı olmayaraq, bələdiyyələr haqqında bilgi formalaşıb. Ötən dövrün təhlili də göstərib ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım ata biliblər. Lakin bələdiyyə institutunun imkanlarını nəzərə alsaq, görərik ki, bu qurumların təmsilçiləri ötən illər ərzində daha çox iş görə bilərdilər. Bir şərtlə ki, qeyd olunan orqanların fəaliyyətinə müvafiq icra orqanları tərəfindən hər hansı maneələr yaradılmamış olsun.
    27.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    May.2012
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031