DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
|
(əvvəli ötən nömrəmizdə)
X
Dünyada yayılan bütün dinlərdə müxtəlif cərəyanlar, məzhəblər və təriqətlər mövcuddur. Dinlərin belə kiçik qruplara bölünməsi, nəinki dinlər arasında, hətta hər bir dinin öz içində insanlar qarşı-qarşıya qoyulur. Həqiqi dini cərəyan və məzhəblər Hemferlərin, Rixterlərin deyil, mötəbər din alimlərinin düşüncələri əsasında formalaşıb.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Heydər Əliyev – 89
|
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə Ərəbistanda…
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən etibarən Səudiyyə Ərəbistanında səfərdə olub. Səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirib. Aprelin 2-də Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə krallığı Həcc nazirinin Həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb. Görüşdə ötən ilin Həcc mərasimləri ilə baglı yekunlardan danışılıb, Səudiyyə tərəfinin təşkilati hazırlığı, Azərbaycan Həcc missiyasının fəaliyyətindən razılıq ifadə olunub, habelə zəvvarlarımızın müqəddəs məkanlara builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan-ABŞ: diplomatik münasibətlərinin 20 illiyi
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 24-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb. Səfər ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin bərqərar olmasının 20-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində həyata keçirilib. QMİ sədri A.Paşazadə 25-26 aprel tarixlərində Vaşinqtonda keçirilən “Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxışвЂќ mövzusunda konfransda iştirak edib. İki ölkə arasında iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunan konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər gündəmdə olub.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan-Özbəkistan: elmi və dini əlaqələr möhkəmlənir
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti (aprelin 20-dən 23-ə qədər) Özbəkistanda səfərdə olub. Nümayəndə heyətinin tərkibində millət vəkilləri Hadı Rəcəbli, Cavanşir Paşazadə, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Hüseynbala Mirələmov, Fəzail İbrahimli, QMİ sədrinin birinci müavini müfti Salman Musayev və Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, professorlar Qulu Məhərrəmli, Şahin Fərzəliyev, Anar İsgəndərov, İsrafil İsrafilov, Qazı Hacı Mirəziz Seyidzadə və digər görkəmli elm və ictimai xadimlərin təmsil olunması səfərin mahiyyətini daha geniş aspektdə açıqlayır.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
|
Ətraf mühitin mühafizəsində maarifləndirmə
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir. 2010-cu il ərzində Nazirliyin Ekoloji təbliğat şöbəsi və regional təbliğat sektorları tərəfindən əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif kütləvi tədbirlər həyata keçirilmişdir.
|
13.05.12 Məqaləni oxumaq
|
|
|
Xüsusi təhsil üçün dərslik problemi
|
Sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səmərəli təşkili istiqamətində qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları var. Hələ 2001-ci ildə qəbul edilmiş "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunub.
|
12.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda son zənglər əvvəlki illərdə olduğu kimi keçiriləcək
|
Azərbaycanda son zənglər əvvəlki illərdə olduğu kimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
M.Mərdanov son illərdə son zənglərlə bağlı hansısa bir problemin olmadığını deyib. Nazir yaxın günlərdə son zənglə bağlı əmr imzalayacağını da vurğulayıb.
|
12.05.12 Məqaləni oxumaq
|
|
|
Avropa Şurasının gənclər portalında Azərbaycan Gənclər Fondunun elanı yerləşdirilib
|
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır.
“KƏLAMİNFO” xəbər verir ki, Fondun loqosunun dizaynı ilə bağlı müsabiqənin elanı 10 May 2012-ci il tarixində Avropa Şurasının gənclər portalında da yayımlanıb. Ətraflı: http://www.coe.int/t/dg4/youth/
Qeyd edək ki, loqo dizaynı üçün artıq çoxsaylı təkliflər gəlib. Azərbaycan Gənclər Fondu gənclərimizi müsabiqədə aktiv iştirak etməyə dəvət edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 may 2012-ci il saat 17:00-dək office@youthfoundation.az elektron ünvanına loqo təklifini təqdim etməlidir.
|
12.05.12 Məqaləni oxumaq
|
|
|
|