Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rusiyalı nənələr Abşeron çimərliyində olub
    “Eurovision”un nənələri çimməsələr də çimərlikdə konsert veriblər. “KƏLAMİNFO” xəbər verir ki, “Eurovision–2012”də Rusiyanı təmsil edən nənələr Abşeron çimərliyində maraqlı gecə keçirib. Gecənin əsas qəhrəmanları “Buranovskiye babuşki” yenə də hər kəsin marağında olmağı bacarıb.

    Müğənni nənələr sevimli hitlərini oxumaqla bərabər, hətta bir neçə məşhur mahnını da öz dillərində ifa ediblər. Zahirən qoca görsənmələrinə baxmayaraq, özlərini daxilən gənc hesab edən nənələrin udmurt dilində “Şən Azərbaycan” mahnısını oxumaqla da tamaşaçıların diqqət mərkəzində qalmağı bacarıblar.
    Xatırladaq ki, gecənin qonaqları sırasında olan bəstəkar-müğənni Emin Ağalarov və Rusiyanın Xalq artisti Oleq Qazmanov da tamaşaçılara öz mahnılarını təqdim ediblər.
    22.05.12 Məqaləni oxumaq
     
    “Eurovision”la əlaqədar 100 ədəd elektron köşk-multimedialı taksofon quraşdırılıb
    “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən paytaxtda 100 elektron köşk-multimedialı taksofonlar quraşdırılıb. “KƏLAMİNFO” nazirliyin elektron xəbər xidmətinə istinadən bildirir ki, elektron köşklər Bakının mərkəzi küçələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və “Baku Crystal Hall” kompleksi yaxınlığında quraşdırılıb.

    Multimedialı qurğular özündə taksofon və kompyuterin funksiyalarını birləşdirir. Adi telefon xidmətləri ilə yanaşı, qurğu yerli, şəhərlərarası və beynəlxalq rabitəni təmin edir. İnternet şəbəkəsinə çıxmağa, elektron poçt göndərməyə, videoçarxlara baxmağa və s. imkan yaradır. Qurğu “Bluetooth” və USB portları ilə təchiz olunub.
    22.05.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
    ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşüb.

    “KƏLAMİNFO” xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib.
    Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib.
    Prezident İlham Əliyev Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
    22.05.12 Məqaləni oxumaq
     
    “Facebook” şirkətinin banisi evləndi
    “Facebook” şirkətinin banisi Mark Zukerberq uzun müddət nişanlı olduğu Prisilla Çanla evlənib.  O, həyatındakı bu mühüm anı yaratdığı sosial şəbəkədə elan edib.

    “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 28 yaşlı milyarder Çanla Palo Alto şəhərində kiçik mərasimdə nikah qurub. Mətbuatla danışan qonaqlar bildiriblər ki, onlar ilk öncə elə güman edirdilər ki, Çanın tibb məktəbini bitirməsini bayram etməyə gedirlər. Amma Palo Altoya gəldikdən sonra onlara bildirilib ki, əslində onlar Zukerberqlə Çanın toyuna gəliblər.
    Mark və Prisilla Harvardda təhsil alarkən tanış olublar.  Səkkiz il bundan öncə Mark Zukerberq Harvarddakı tələbə yataqxanasında “Facebook”-u yaratmışdı.
    22.05.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
    “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

    O qeyd edib ki, müsabiqənin keçirilməsi ilə bağlı Azərbaycanın bütün dövlət qurumları yüksək səviyyədə hazırlıq görüb. “Aidiyyəti qurumlar üzərinə düşən vəzifələrdə, istər nəqliyyat, istərsə də digər sahələrdə hazır vəziyyətdədirlər. Bir sözlə, bütün sahələr üzrə hazırlıq yüksək səviyyədədir. Bakı müsabiqəyə tam hazır vəziyyətdədir” - deyə o əlavə edib.
    22.05.12 Məqaləni oxumaq
     
    Serbiya təmsilçisinin şərəfinə parti verilib
    “EuroClub”da Serbiyanın “Eurovision–2012” təmsilçisi Zeljko Yoksimoviçin də şərəfinə parti keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib. Gecədə İsveç, Ukrayna, Kipr, Makedoniya və digər ölkələrin “Eurovision–2012”dəki təmsilçiləri iştirak edib. Serbiya təmsilçisi Zeljko Yoksimoviç partiyə gələn bütün qonaqları salamlayıb və hər kəsə uğurlar diləyib. Daha sonra Zeljko ona “Eurovision–2004”də ikincilik qazandıran mahnısını, eləcə də builki “Nije Ljubav Stvar”  mahnısının instrumental və “Bakı Kristal Zalı”nda ifa edəcəyi versiyasını səsləndirib.
    Qeyd edək ki, Səfir Zoran Vayoviç builki təmsilçilər arasında favoritinin Zeljko olduğunu deyib və hər kəsi “Məşəlini alovlandırmağa” səsləyib.
    21.05.12 Məqaləni oxumaq
     
    Bu il Əfqanıstanda 156 NATO əsgəri ölüb
    Əfqanıstanın cənubunda kamikadzenin hücumu nəticəsində 2 NATO əsgəri həlak olub. Uruzqan əyalətinin rəhbərliyi həmçinin hücum nəticəsində 2 uşaq da daxil olmaqla bir neçə dinc sakinin yaralandığını xəbər verib. Həmçinin ötən gün Kunar əyalətində NATO bazasının raket atəşinə tutulması nəticəsində 2 əsgər ölüb, 6-sı isə yaralanıb. Təkcə bu il Əfqanıstanda 156 NATO əsgəri öldürülüb.
    21.05.12 Məqaləni oxumaq
     
    Pakistanda Twitter sosial şəbəkəsi bağlanıb
    Pakistan hakimiyyəti Twitter sosial şəbəkəsinə çıxışı bağlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hakimiyyət bunun səbəbini şəbəkə rəhbərliyinin Məhəmməd Peyğəmbərin (s) karikaturlarının konkursu ilə bağlı materialları saytdan yığışdırmaq istəməməsi ilə izah edir. Pakistan hakimiyyəti 2010-cu ildə eyni səbəbdən Facebook şəbəkəsini də bağlamışdı.
    21.05.12 Məqaləni oxumaq
     
    Ombudsman Gəncədəki 2 saylı İstintaq Təcridxanasına baş çəkib
    Ombudsman Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, buradakı saxlanma şəraiti ilə tanış olub. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. 
    Müvəkkil başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan doqquz qadınla, eləcə də təcridxanada saxlanılan  yetkinlik yaşına çatmayan beş şəxslə görüşüb, onların saxlanılma şəraiti, qidalanması, tibbi xidmətin səviyyəsi, müəssisə əməkdaşlarının həmin şəxslərlə rəftarı ilə maraqlanıb.
    21.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılır
    Bərdə rayonunun Xam Torpaq adlanan ərazisində məcburi köçkün ailələri üçün yeni qəsəbə inşa edilir. Məlumatı “KƏLAMİNFO” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən veriblər.
    134 hektar ərazini əhatə edən yeni qəsəbə 195 məcburi köçkün ailəsi üçün salınır. Burada 15 birotaqlı, 98 ikiotaqlı, 72 üçotaqlı, 4 dördotaqlı ev tikilir. 
    21.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    May.2012
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031