Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Azərbaycan BMT TŞ-yə rəhbərlik edərək Dağlıq Qarabağ məsələsini qaldıra bilməz
    “Azərbaycanın BMT-nin Təhlükəsiz Şurasına qeyri-daimi üzv olması tarixi bir qələbədir. Bu, Azərbaycanın dünya birliyində kifayət qədər böyük bir mövqeyə sahib olmasından xəbər verir”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın indi bu quruma rəhbərlik etməsi də Azərbaycanın dünya birliyində rolunun və mövqeyinin artmasından xəbər verir. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan birbaşa bu quruma rəhbərlik edərək Dağlıq Qarabağla bağlı məsələni qaldıra bilməz. Buna baxmayaraq, Azərbaycanın dünya birliyində mövqeyinin artması bütövlükdə Dağlıq Qarabağ məsələnin ədalətli şəkildə həll olunmasında öz müsbət təsirini göstərir.
    04.05.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Şuşa haqqında bütün məlumatlar dərsliyə salınmalıdır
    Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib. Onun sözlərinə görə, dərsliklərin növbəti nəşrlərində Şuşa şəhərinin tarixi barədə ayrıca məlumat veriləcək. Nazir hesab edir ki, Şuşa şəhəri haqqında məlumatların dərsliklərə salınması gələcək nəsillərin bu şəhər haqqında ətraflı məlumat almasında mühüm rol oynayacaq.
    04.05.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
    Prezident İlham Əliyev Nyu-York şəhərinə işgüzar səfərə gəlib. ”KƏLAMİNFO” xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etməkdir.
    04.05.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Almaniya səfirinin bəyanatında ədalət mövcud deyil”
    “Almaniya səfirinin bəyanatında hər hansı ədalət mövcud deyil”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib Onun fikrincə, Almaniyanın bır sıra mətbuat orqanları Azərbaycana qarşı qərəzli mövqelərini gizlətmirlər. Bu və ya digər bəhanələrlə Azərbaycandakı prosesləri ciddi şəkildə təhrif edir, bu təhriflər əsasında kampaniya aparırlar. “Azərbaycanın da bır sıra mətbuat orqanları alman mediasına Azərbaycana qarşı apardıqları kampaniyaya cavab verirlər. Hesab edirəm ki, iki ölkənin müstəqil mətbuatı arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxiləsinə ehtiyac yox idi. Açığını deyim, düşünürdüm ki, Almaniya səfirliyi bu məsələlərin fövqündə dayanan bir mövqe nümayiş etdirəcək. Amma təəssüf hissi ilə bildirirəm ki, Almaniya səfirliyi tərəflərinin birinin mövqeyini tutub və bununla da həmin ölkənin mediasının apardığı qeyri-obyektiv kampaniyaya qoşulmuş oldu” - deyə Ə.Əhmədov əlavə edib. YAP sədr müavini bu məsələyə Almaniyanın rəsmi hökumət mövqeyini əks etdirən bir insanın qatılmasını yersiz hesab edir.
    04.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Serbiyada parlament seçkilərini izləyəcəklər
    Azərbaycan Milli Məclisinin bir qrup deputatı Serbiyada mayın 6-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Belqrad şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının müşahidəçilər missiyasının tərkibində, millət vəkili Fazil Mustafa isə Avropa Şurası Parlament Assambleyasının xətti ilə prosesin gedişini izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, təşkilatı məsələlər, elektoratın fəallığı ilə maraqlanacaqlar. Səfər mayın 7-də başa çatacaq.
    04.05.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib
    Bu gün Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Xalq artisti, rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi sənədli film nümayiş olunub. Çıxış edən təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Bu sahəyə dövlətin daim dəstəyinin olduğunu diqqətə çatdıran M.Mərdanov Azərbaycanın təhsili ilə bərabər digər sahələrinin də inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, filmdə Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib. Onun sözlərinə görə, filmləri seyr edənlər ümummilli liderin həyat və fəaliyyəti haqqında daha dərin məlumatlar əldə edəcəklər. M.Mərdanov onu da qeyd edib ki, Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində yayılması nəzərdə tutulub. Bu işi nazirlik öz üzərinə götürüb.
    04.05.12 Məqaləni oxumaq
     
    Misirdə aksiyaçılara hücum olub, azı 5 adam ölüb
    Qahirədə Müdafiə Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası iştirakçılarına hücum olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, azı 5 adam ölüb, 50-dən çox adam yaralanıb. Bu haqda yerli fəallar və tibb işçiləri məlumat verib. Aksiya iştirakçılarının çoxu seçkilərdə iştirakı qadağan edilmiş sələfi namizəd Hazim abu İsmayılın tərəfdarları olub. Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra ilk dəfə olaraq prezident seçkisi keçiriləcək. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparacaq. Seçki mayın 23-24-də olacaq. İlk mərhələdə namizədlər 50 faizdən çox səs toplaya bilməsə, iyunun 16-17-də seçkinin ikinci mərhələsi keçiriləcək.
    03.05.12 Məqaləni oxumaq
     
    TQDK nəticələri açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 29-da keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Daha ətraflı məlumat TQDK-nın www.tqdk.gov.az saytında yerləşdirilib. Abituriyentlər saytda kodlarını daxil etməklə imtahanın nəticələrini öyrənə bilərlər.
    03.05.12 Məqaləni oxumaq
     
    Təhsil naziri: Gündəlikdə reklamlar digər ölkələrdə də mövcuddur
    Təhsil naziri Misir Mərdanov orta məktəb gündəliklərində yer alan reklamlara münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, nazir deyib ki, belə bir təcrübə digər ölkələrdə də mövcuddur: “Mən digər ölkələrin gündəliklərinə də baxmışam və onların gündəliyində reklamların olduğunu görmüşəm. Hesab edirəm ki, bu, şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”. Nazir deyib ki, gündəliyi nəşriyyat çap edir və bütün bu suallara onlar cavab versə, daha yaxşı olar.
    03.05.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Attestatları biz verəcəyik
    Təhsil Nazirliyi orta məktəblərdə buraxılış sinfinin şagirdlərinə attestatın hansı qurum tərəfindən verilməsinə münasibətini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. O qeyd edib ki, qanuna görə attestatın Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulub. “Ona görə də yəqin ki, attestatları biz verəcəyik”-deyə o əlavə edib.
    03.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « May.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031