Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Fransanın yeni prezidenti Fransua Olland oldu
    Fransada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bəlli olub. Seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti 52 faiz səslə sosialistlərin namizədi Fransua Olland olub. “KƏLAMİNFO” “RİA Novosti”yə istinadən xəbər verir ki, onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətə uğrayıb.
    Qeyd edək ki, Fransanın yeni prezidenti Fransua Olland 1954-cü ildə Fransanın Rouen şəhərində doğulub, siyasi elmlər üzrə təhsil alıb. O, 1979-cu ildə Sosialist Partiyasına üzv olub, 1997-2008-ci illərdə isə bu partiyanın sədrinin birinci müavini kimi fəaliyyət göstərib. 1988-93, 1997-ci illərdə millət vəkili, 2001-2008-ci illərdə isə Tulledə bələdiyyə sədri seçilib.
    07.05.12 Məqaləni oxumaq
     
    Bu gündən TQDK-nın sonuncu sınaq imtahanına yazılış başlayır
    Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) cari tədris ilin üçün keçirdiyi sonuncu sınaq imtahanına yazılış başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Sonuncu sınaq imtahanı may ayının 27-də keçiriləcək. İmtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. İmtahan Bakı şəhəri ilə yanaşı respublikanın bir sıra şəhər və rayonlarında keçiriləcək.
    07.05.12 Məqaləni oxumaq
     
    Azərbaycan və İqtisad universitetlərinin tələbələri olimpiada qalibi olublar
    Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 15 ali məktəbin tələbə və magistrantı arasında “Vergilər” mövzusunda 6-cı olimpiada keçirilib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, olimpiadada iştirak edən ali məktəblərdən 11-i dövlət (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Aqrar Universitet, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Kooperasiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti), 4-ü özəl (Azərbaycan Universiteti, Qərb Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti) olub. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub. Olimpiadada ali məktəblərin 200-dən yuxarı tələbə və magistrantı iştirak edib.
    07.05.12 Məqaləni oxumaq
     
    TQDK 29 şəhərdə sınaq imtahanları keçirib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 6-da respublikanın 29 şəhərində sınaq imtahanı keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunub. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.
    Nəticələrin həftə ərzində Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
    07.05.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil alan 84 gəncin qayğıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərindədir
    “Hazırda xaricdə təhsil alan 84 Azərbaycan gəncinin maddi və mənəvi qayğıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərindədir. Biz Azərbaycan gənclərinin xaricdə təhsilini dəstəkləyirik və bu istiqamətdə əlimizdən gələni edəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqəsinin nəticələrinə həsr edilən tədbirdə deyib.
    Nazir ümid etdiyini bildirib ki, bu gün inşa yazı müsabiqəsində qalib olan şagirdlər gələcək karyeralarında İKT-ni prioritet seçəcək və ona böyük diqqət yetirəcəklər. “Əgər gələcəkdə onların belə seçimi olarsa, biz bunu dəstəkləməyə hazırıq”.
    07.05.12 Məqaləni oxumaq
     
    Əli Abbasov: Təhsil sistemində İKT çox geniş sürətdə tətbiq edilir
    Azərbaycan məktəbləri, ölkənin təhsil sistemində İKT çox geniş sürətdə tətbiq edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqəsinin nəticələrinə həsr edilən tədbirdə deyib.
    Nazir bildirib ki, artıq bir neçə beynəlxalq reytinq təşkilatının məlumatlarının analizi də bunu təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan təhsildə İKT-nin tətbiq səviyyəsi ilə bağlı Şərqi və Mərkəzi Avropa ölkələri arasında öndə olan dövlətlərdəndir. “Bu işi davam etdiririk. Biz Təhsil Nazirliyi ilə çox sıx işləyirik. İki böyük Dövlət Proqramını birgə həyata keçiririk ki, bu da İKT-nin məktəblərdə geniş surətdə tətbiq edilməsi ilə əlaqədardır” deyən nazir Təhsil Nazirliyi ilə digər məsələlərlə bağlı da geniş əməkdaşlıq etdiklərini söyləyib.
    07.05.12 Məqaləni oxumaq
     
    Əlillər dövlətin himayəsi altında
    İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyə sahib olan Azərbaycan eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasətinə malik bir ölkədir.
    07.05.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Şevardnadze ölkəyə o qədər borc qoyub gedib ki...”
    Eduard Şevardnadze ölkəyə o qədər borc qoyub gedib ki, hələ də Gürcüstanı beynəlxalq məhkəmələrə cəlb edirlər. “KƏLAMİNFO” “İnterfaks”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. Onun sözlərinə görə, yeni hökumətin cəhdlərinə baxmayaraq, ölkə köhnə hökumətin və onun ailə üzvlərinin borclarından yaxa qurtara bilməyib: В«Şevardnadze hələ də bizə ağıl öyrədir. Biz nəinki onun tərəfindən başladılan dağıntının qarşısını dayandırdıq, həm də yenidənqurma işlərinə başladıqВ».
    05.05.12 Məqaləni oxumaq
     
    TQDK abituriyentlərə çağırış etdi
    Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər. Abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat isə www.tqdk.gov.az saytında yerləşdirilib.
    05.05.12 Məqaləni oxumaq
     
    BDYPİ вЂњEurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib
    Respublika Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə “KƏLAMİNFO”ya idarədən məlumat verilib. Məlumatda qeyd edilir ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. Həmçinin müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacaq. Bunun üçün hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.
    05.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « May.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031