Millət vəkilləri Əlcəzairdə seçkiləri izləyəcək
|
Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı İslam Əməkdaşlığı Təşkilatının xətti ilə müşahidəçi qismində parlament seçkilərini izləmək üçün sabah Əlcəzair Xalq Demokratik Respublikasına səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputatlar ölkə parlamentinin aşağı palatasına - Milli Xalq Assambleyasına mayın 12-də keçiriləcək seçkilərin gedişini Əlcəzair şəhərində izləyəcəklər. Onlar müxtəlif seçki məntəqələrində müşahidə aparacaq, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər. Səfər mayın 14-də başa çatacaq.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
“Microsoft” Azərbaycanda İT sahəsində yeni layihəyə start verib
|
“Microsoft” korporasiyası Azərbaycanda “Microsoft IT Academy” (“Microsoft”un İnformasiya Texnologiyaları Akademiyası) layihəsinə start verib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, şirkətin bu qlobal layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Microsoft”un ilk tədris mərkəzi açılacaq.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
Nazirlik qanun pozuntularına görə 86770 manat cərimə tətbiq edib
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 15-30 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
ATƏT: Çatışmazlıqlar Ermənistanda seçkilərin nəticəsinə inamı sarsıdır
|
Ermənistanda parlament seçkilərini izləmiş ATƏT müşahidəçiləri bildiriblər ki, demokratik prosesdə bəzi çatışmazlıqlar səsvermənin nəticələrinə inamı sarsıdıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ATƏT-in bəyanatında deyilir ki, seçki kampaniyasında azad toplaşmaya və ifadə azadlığına hörmət qoyulub, ancaq səsvermənin özü siyasi partiyaların və bütövlükdə ictimaiyyətin seçki prosesinin bütövlüyünə inamsızlığından zərər çəkib.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
Olland baş naziri mayın 15-də təyin edəcək
|
Fransanın yeni prezidenti Fransua Olland baş naziri mayın 15-də təyin edəcək. “KƏLAMİNFO” “AFP”-yə istinadən xəbər verir ki, Ollandın seçki qərargahının rəhbəri Pyer Moskovisi bildirib ki, Olland yaxın günlərdə beynəlxalq məsələlər və gələcək hökumətin işi ilə məşğul olacaq. Hazırda baş nazir vəzifəsini Fransua Fiyyon tutur.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
Avstriya təmsilçiləri Azərbaycan mətbəxi ilə tanış olublar
|
Bakının ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində Avstriyanı təmsil edəcək “Trackhittaz” qrupunun üzvləri Azərbaycana gəlməzdən əvvəl milli mətbəximizlə tanış olublar. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, qrup Avstriyanın 1994-cü ildə “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Petra Freylə Vyanadakı Azərbaycan restoranında milli təamlarımızdan dadıb, hətta qəlyan da çəkib. Petra Frey “Trackhittaz” qrupunun ölkələrini gözəl təmsil edəcəklərinə inandığını deyərək, tamaşaçıları bu şoudan zövq almağa səsləyib. Xatırladaq ki, “Trackchittaz” “Eurovision–2012”-də “Bakı Kristal Zalı”nda “Woki mit deim popo” mahnısını ifa edəcək. Hazırda onlar Bakı səhnəsindəki çıxışlarına hazırlaşırlar.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
ABŞ səfiri istefa verir
|
ABŞ-ın Pakistandakı səfiri bu ilin sonunda öz vəzifəsindən getməyi planlaşdırır. Kemeron Munter 2010-cu ilin oktyabrında səfir andını içib və ABŞ-Pakistan münasibətlərinin gərgin dövründə İslamabadda çalışıb. “KƏLAMİNFO” xəbər verir ki, ABŞ rəsmilərindən biri “Frans-Press” agentliyinə bildirib ki, Munter həm Pakistan, həm də ABŞ hökumətilə yaxşı münasibətini qoruyub saxlayıb: “Bu onun öz qərarıdır. Onun bu seçiminə nə Vaşinqtondan, nə də Pakistandan narazılıq yoxdur”. Munterin yerini ABŞ-ın Əfqanıstanda inkişaf və iqtisadi fəaliyyətinə məsul Riçard Olsondun tutacağı gözlənilir.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
Turizm sektorunun növləri
|
Bu araşdırmada ölkədə mövcud olan turizm sektorunun - mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət və əyləncə, dağ, qış və xizək, çimərlik, idman, turizm, kənd yaşıl, ov, tarix, dini turizm növləri barədə məlumat verməyə çalışacağıq.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
|
Effektiv bələdiyyə institutunun formalaşması yerli özünüidarə qurumlarının fəaliyyətinin səmərəli qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanda bələdiyyələrin səlahiyyətləri, onların fəaliyyətinin səmərəliliyi son illərdə gündəmdə olan əsas mövzulardandır. Bələdiyyələrin fəaliyyətinin effektivliyi də daim sual doğuran məqamdır.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
Barak Obama bu gün rəsmi olaraq seçki kampaniyasına başlayır
|
ABŞ prezidenti Barak Obama rəsmi olaraq seçki kampaniyasına başlayıb. Prezident Obama xanımı Mişel ilə bərabər Ohayo və Virciniya ştatlarında keçirilən “Getməyə hazırıq” şüarı ilə keçirilən nümayişdə iştirak edib. Obama işsizlik və ləng iqtisadi inkişaf kimi problemlərin davam etdiyi bir zamanda ikinci dövr prezidentlik uğrunda mübarizə aparacaq.
“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prezidentliyə başlayan zaman mövcud olan və həlli uğrunda mübarizə apardığı iqtisadi problemlər onun birinci dövr prezidentlik rekordunun bir hissəsidir. Prezident özünün həftəlik müraciətində bildirib ki, “Böyük depressiya” dövründən başlayaraq davam edən ən ciddi iqtisadi böhrandan sonra iqtisadi inkişafın bərpası davam edən bir işdir. 2008-ci ildə keçirilən kampaniyadakı kimi Obama səsvermə prosesində elektron sosial media əməliyyatını tətbiq edəcəyi gözlənilir.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
|